SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunCümə gününün qüslünü nə zaman etmək lazımdır?
Tarixində 17 February 2026 & Saat 01:03
Salamun aleykum:
Lütfən cümə günü qüslünün nə zaman edilməsini bəyan edərdiz, təşəkkür edirəm.
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Cümə qüslü müstəhəbdir, onun edilməsi vaxtı sübh azanından zöhrə vaxtına qədərdir. Zöhr vaxtına yaxın zamanda edilməsi daha yaxşıdır. Əgər zöhrə qədər yerinə yetirə bilməsə, əda və qəza niyyəti olmadan cümə gününün əsr vaxtına qədər yerinə yetirməsi yaxşıdır. Həmçinin, əgər cümə günü bu qüslü edə bilməzsə, onun qəzasını şənbə günü sübhdən günəşin qürub etməsi vaxtına qədər yerinə yetirməsi müstəhəbdir.
Müvəffəq olasınız.