Ramazan ayının iyirmi yeddinci gecəsinin əməlləri
- Tarixində 18 February 2026
- Saat 22:46
Bu gecə xüsusilə qüsl almaq qeyd olunmuşdur və İmam Zeynulabidin (əleyhissəlam) bu gecədə əvvəlindən axırına kimi oxuyardı: İlahi, qürur (fani) evindən uzaqlaşıb, əbədi evə qayıtmağı və vaxtı çatmamışdan öncə ölümə hazırlığı mənə nəsib et!
Ramazan ayının iyirmi altıncı gününün duası
- Tarixində 18 February 2026
- Saat 22:46
İlahi, bu gün mənim səyimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!
Ramazan ayının iyirmi beşinci gününün duası
- Tarixində 18 February 2026
- Saat 22:46
İlahi, məni bu gün dostlarını istəyən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərin din və şərəfini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqlardan qoruyan Allah!
Ramazan ayının iyirmi dördüncü gününün duası
- Tarixində 18 February 2026
- Saat 22:46
İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah!
Ramazan ayının iyirmi üçüncü gününün duası
- Tarixində 18 February 2026
- Saat 22:46
İlahi, bu gün mənim günahlarımı yu, çirkin və eyibli işlərdən təmizlə, qəlbimə qəlblərə aid olan təqva ilə qurtuluş ver! Ey günahkarların tövbəsini qəbul edən!
Qədr gecəsi: Ramazan ayının iyirmi üçüncü gecəsi
- Tarixində 18 February 2026
- Saat 22:46
Həyatında yadına düşən hər bir zamanda çalış bu duanı oxuyasan. Allahı həmd etdikdən və onun peyğəmbərinə salavat göndərdikdən sonra deyirsən: İlahi, Sənin canişinin (nümayəndən) Hüöccət ibnil-Həsənə (imam Zamana) (ona və əcdadına salam və salavatın olsun) indi və hər bir an himayəçi, gözətçi, rəhbər, köməkçi, yolgöstərən və gözü ol! O vaxta qədər ki, öz məsləhətinlə onu yer...
Ramazan ayının iyirmi ikinci gününün duası
- Tarixində 18 February 2026
- Saat 22:46
İlahi, bu gün Öz ehsan və kərəm qapılarını mənim üzümə aç və Öz bərəkətini mənə nazil et. Məni bu gün Sənin razılığına səbəb olan əməlləri yerinə yetirməyə müvəffəq et. Məni Öz cənnətinin ən gözəl yerində məskunlaşdır. Ey çarəsizlərin duasını qəbul edən!
Həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadəti
- Tarixində 18 February 2026
- Saat 22:46
Hicri qəməri 1439-cu il, ramaza ayının 21-I, miladi 2018-ci il iyun ayının 6-sı imamət səmasının birinci parlaq ulduzu həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) şəhadət günüdür. İmamiyyə şiələrinin birinci imamı həzrət Əmirəl-mö’minin Əli ibn Əbitalib (əleyhissəlam) həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) ilk iman gətirən müsəlman və İslam dininin möhkəmlənməsində misilsiz...
