Ramazan ayı: 12-ci günün duası:
- Tarixində 17 February 2026
- Saat 13:46
İlahi, bu gün məni günahlardan qorunmaq və iffətli olmaqla zinətləndir. Mənə qənaət və kifayət libasını geyindir. Məni bu gün ədalət və insafla yaşamaqda müvəffəq et. Məni qorxduğum işlərdən amanda saxla. Ey qorxanların gözətçisi!
Ramazan ayı: 11-ci günün duası:
- Tarixində 17 February 2026
- Saat 13:46
İlahi, bu gün məni yaxşı əməllərə rəğbətləndir, məndə günah və əxlaqsızlığa qarşı nifrət oyat, mənə qəzəb və cəhənnəm atəşini haram et! Ey pənahsızların ən ulu pənahı!
Namaz, yəqinə çatmaq yolu
- Tarixində 17 February 2026
- Saat 13:46
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
Ramazan ayı: 10-cu günün duası:
- Tarixində 17 February 2026
- Saat 13:46
İlahi, bu gün məni Sənə təvəkkül edənlərdən qərar ver. Bu gün Sənin hüzurunda məni yaxşı işlərdə müvəffəq olanlardan hesab et. Məni Öz ehsanınla yaxın bəndələrindən qərar ver. Ey istəyənlərin son istəyi!
Ramazan ayının 9-cu günün duası
- Tarixində 17 February 2026
- Saat 13:46
İlahi, mənə bu gün Öz geniş rəhmətini qismət et və məni aydın, qüdrətli dəlillərinlə hidayət et, məni Öz məhəbbətinlə istədiyin əməllərin hamısına müvəffəq et. Ey istəklilərin yüksək arzusu!
Ramazan ayı: 8-ci günün duası:
- Tarixində 17 February 2026
- Saat 13:46
İlahi, bu gün məni yetimlərə rəhm edən və Sənin yolunda yoxsullara yemək bəxşiş edən və salam verənlərdən qərar ver. Məni Öz nemətinlə kəramətli və yaxşı insanlarla yoldaş et. Ey arzu edənlərin sığınacaq və pənahı!
Ramazan ayının 7-ci günün duası
- Tarixində 17 February 2026
- Saat 13:46
İlahi, mənə bu günün orucunu tutmaqda və yaxşı əməllər yerinə yetirməkdə kömək ol! Məni bu günün əyri yollarından və günahlarından uzaqlaşdır. Məni Öz köməyinlə Səni daim yad etməkdə müvəffəq et. Ey yolunu azmışlara yolgöstərən!
Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi
- Tarixində 17 February 2026
- Saat 13:46
Allah-taala Öz dinini ənbiya və övliyanın vasitəsilə ucaldır. Din, həqiqətdə vəhy şəklində nazil olan Allah sözüdür. Allah əbədiyaşar olduğu kimi, Onun kəlamı da daimi və əbədiyaşardır. İnsanlar da, bəziləri vəhylə rabitədə olduqları üçün diri, bəziləri isə vəhydən uzaq düşdüklərinə görə ölüdürlər
