Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) ziyarətnaməsi
- Tarixində 18 February 2026
- Saat 15:39
Salam olsun sənə, ey Allahın Rəsulunun qızı! Salam olsun sənə, ey Fatimə və Xədicənin qızı! Salam olsun sənə, ey Əmirəlmömininin qızı! Salam olsun sənə, ey Həsən və Hüseynin qızı!.. Salam olsun sənə, ey Musa ibn Cəfərin qızı! Allahın rəhmət və bərəkətləri olsun sənə!
Həzrət Fatimei-Məsumənin (əleyhasəlam) vəfatı
- Tarixində 18 February 2026
- Saat 15:39
Hicri-qəməri 1442-cı il rəbius-sani ayının 10-u və miladi 2021-ci il noyabrın 16-ı Əhli-beytin cəlalətli və kəramətli xanımı imam Musa ibn Cəfər əleyhiməssəlamın sevimli qızı və imam Əli ibn Musa Rza əleyhiməssəlamın əziz bacısı həzrət Fatimei-Məsumə əleyhasəlamın vəfat günüdür
Həzrət imam Həsən Əsgərinin (əleyhissəlam) təvəllüdü
- Tarixində 18 February 2026
- Saat 15:39
Hizcri-qəməri 1443-cü il rəbius-sani ayının 8-i, miladi 2021-ci il noyabrın 14-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Sahib əz-zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi, imamət və hidayət səmasının on birinci parlaq ulduzu həzrət imam Həsən ibn Əli Əsgəri əleyhiməssəlamın mövlud günüdür
Günün hədisi
- Tarixində 18 February 2026
- Saat 15:39
Həftə ərzində heç olmasa bir gün öz dini məsələlərini öyrənmək üçün vaxt sərf etməyən müsəlmana vay olsun!
17 rəbiul-əvvəl
- Tarixində 18 February 2026
- Saat 15:39
Hicri tarixindən 53 il öncə, rəbiul-əvvəl ayının 17-si, miladi 2021-ci il oktyabrın 24-ü bütün məxluqatın ən şərəflisi Allah-taalanın həbibi və sonuncu rəsulu həzrət Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) və Peyğəmbərin sünnəsinin qoruyucusu həzrətin əziz nəvəsi imamət səmasının altıncı parlaq ulduzu şiə məzhəbinin təsisçisi həzrət imam Cəfər-Sadiqin (əleyhissəlam) dünyaya...
Həzrət imam Zaman əleyhissəlamın dürəfşan kəlamlarından
- Tarixində 18 February 2026
- Saat 15:39
“Həqiqətən, ulduzlar səma əhlinin əmniyyət səbəbi olduqları kimi, mən də yer üzünün məxluqatı üçün əmniyyət və asayiş səbəbiyəm.”
Həzrət imam Zaman əleyhissəlamın dürlü kəlamlarından
- Tarixində 18 February 2026
- Saat 15:39
Biz Əhli-beytə (əleyhimussəlam) məhəbbət və istəkli olmağınızı həqiqi sünnəyə və dəqiq İlahi hökmlərə düzgün əməl etməyinizlə sübuta yetirin
Həzrət sahibuz-Zəmanın (əleyhissəlam) imamətə yetdiyi gün
- Tarixində 18 February 2026
- Saat 15:39
Hicri-qəməri 260-cı il rəbiul-əvvəl ayının 9-u həzrət Sahibul-əmr imam Məhdinin (Allah onun zühurunu tezləşdirsin) imamət dövrünün başlanması günüdür
