Mübarək Ramazan ayının gündəlik duaları
- Tarixində 19 February 2026
- Saat 17:10
Iyirminci günün duası: İlahi, bu gün mənim üçün behişt qapılarını aç və cəhənnəm qapılarını bağla. Bu gün məni Quran oxumağa müvəffəq et. Ey möminlərin qəlblərində aramlıq yaradan!
Mübarək Ramazan ayının gündəlik duaları
- Tarixində 19 February 2026
- Saat 17:10
On doqquzuncu günün duası: İlahi, Ramazan ayında olan bərəkətlərdən mənim qismətimi artıq et. Bu ayda xeyir əməllərin yolunu mənim üçün asanlaşdır. Məni bu ayın yaxşı əməllərinin qəbul olunmasından məhrum etmə. Ey açıq-aşkar haqqın tərəfinə hidayət edən!
Ramazan ayının on doqquzuncu gecəsinin fəziləti
- Tarixində 19 February 2026
- Saat 17:10
Ramazan ayının on doqquzuncu gecəsi son dərəcə böyük fəzilətli Qədr gecələrinin birincisidir. Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu heç bir gecə onun fəziləti və yaxşılığına çata bilməz. O gecədə (yaxşı) əməl yerinə yetirmək min ayın yaxşı əməlindən üstündür. O gecədə bir ilin işləri müəyyənləşir. Mələklər ən böyük mələk Ruhla (həzrət Cəbrailla) birlikdə Allahın...
Mübarək Ramazan ayının gündəlik duaları
- Tarixində 19 February 2026
- Saat 17:10
On səkkizinci günün duası: İlahi, bu orucluq ayının səhərlərinin bərəkəti üçün məni oyat. Bu gün Ramazan ayının nuru ilə qəlbimi işıqlandır. Mənim bütün bədən üzvlərimi bu ayda olan gözəl əməlləri yerinə yetirməyə müvəffəq et. Ey qəlbləri nurlandıran Allah!
Mübarək Ramazan ayının gündəlik duaları
- Tarixində 19 February 2026
- Saat 17:10
On yeddinci günün duası: İlahi, bu gün məni yaxşı əməllərə yönəlt. Bu gün mənim bütün arzu və ehtiyaclarımı ödə. Ey sual və izaha ehtiyacı olmayan Allah! Ey aləmlərin qəlbində olanları bilən, salamın olsun Məhəmməd və onun pak Əhli-beytinə!
Mübarək Ramazan ayının gündəlik duaları
- Tarixində 19 February 2026
- Saat 17:10
On altıncı günün duası: İlahi, bu gün məni yaxşı adamlarla dostluq etməyə müvəffəq et. Bu gün məni pis insanlardan uzaqlaşdır. Öz rəhmətinlə məni əbədi məkan olan behiştində məskunlaşdır. Sənə allahlığını and verirəm, ey aləmlərin Rəbbi!
Həzrət İmam Həsən Müctəbanın təvəllüdü
- Tarixində 19 February 2026
- Saat 17:10
Hicri qəməri 1441-ci il Ramazan ayının 15-i, miladi 2020-ci il may ayının 9-u həzrət İmam Həsən Muctəba əleyhissəlamın təvəllüd günüdür. Bu şad və sevimli günün münasibəti ilə ilk növbədə zamanımızın hüccəti və imamı həzrət Sahib Zamana (əccələllahu taala fərəcəhuş-şərif), sonra da bütün Əhli-Beyt (əleyhimussəlam) aşiqləri və tərəfdarlarına təbrik deyir əziz mömin...
Mübarək Ramazan ayının gündəlik duaları
- Tarixində 19 February 2026
- Saat 17:10
On beşinci günün duası: İlahi, bu gün mənə Sənə həqiqi baş əyənlərin itaətini nəsib et. Sənə yaxşı bəndələr kimi tövbə etməklə qəlbimi genişləndir. Ey qorxanlara aman verən!
