Müqəddəs Bəqi qəbiristanlığının vəhşicəsinə dağıdılması
- Tarixində 19 February 2026
- Saat 10:53
Hicri qəməri 1440-cı il şəvval ayının 8-i, miladi 2019-cu il iyunun 12-i müqəddəs Mədinə şəhərində Bəqi qəbiristanlığında dörd Məsum imamın (əleyhimussəlam) müqəddəs məzarlarının vəhşicəsinə dağıdılmasının ildönümüdür
Mübarək Fitr bayramınızı təbrik edirik
- Tarixində 19 February 2026
- Saat 10:53
Hicri qəməri 1440-cı il şəvval ayının 1-i, 2019-cu il iyun ayının 5-i ilə müsadifdir. Bu böyük və əzəmətli bayramı bütün müsəlmanlara, xüsusilə Əhli-Beyt (əleyhimussəlam) sevərlərinə ürəkdən təbrik deyir, gələcək günləri və həyatlarına Allah-taaladan bərəkət diləyirik!
Ramazan ayının iyirmi doqquzuncu gününün duası
- Tarixində 19 February 2026
- Saat 10:53
lahi, bu gün məni Öz rəhmətinlə əhatə et, mənə uğur və paklıq nəsib et, qəlbimi şübhəli işlər və töhmətli əməllərdən təmizlə, ey mömin bəndələrinə rəhm edən Allah!
Ramazan ayının iyirmi səkkizinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 10:53
İlahi, bu gün məni müstəhəb əməlləri yerinə yetirməyə müvəffəq et və arzularımı yerinə yetirməklə məni əziz tut. Bu gün Sənə yaxın edən vasitələrin daha yaxın olanını mənə yaxınlaşdır. Ey istəyi olanların israrı və çox təmənna etmələri onu haqdan geri qoymayan Allah!
Ramazan ayının iyirmi yeddinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 10:53
İlahi, bu gün “qədr” gecəsinin fəzilətini mənə nəsib et, bütün çətinliklərimi asanlaşdır, mənim üzrlərimi qəbul et, günahlarımı təmizlə və çirkin əməllərin ağırlığından mənə nicat ver. Ey saleh bəndələrə mehriban olan Allah!
Ramazan ayının iyirmi altıncı gününün duası
- Tarixində 19 February 2026
- Saat 10:53
İlahi, bu gün mənim səyimi bəyənilmiş, günahımı bağışlanmış, əməlimi qəbul olunmuş və eybimi örtülmüş qərar ver. Ey eşidənlərin ən yaxşı eşidəni!
Ramazan ayının iyirmi beşinci gününün duası
- Tarixində 19 February 2026
- Saat 10:53
İlahi, məni bu gün dostlarını istəyən, düşmənlərini düşmən bilən, sonuncu Peyğəmbərin din və şərəfini üstün tutub, ona gözəl əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlblərini hər bir sıxıntı və sapqınlıqlardan qoruyan Allah!
Ramazan ayının iyirmi dördüncü gününün duası
- Tarixində 19 February 2026
- Saat 10:53
İlahi, bu gün Səndən, Səni razı salan əməlləri istəyirəm və Səni qəzəbləndirən əməllərdən Sənə pənah aparıram. Səndən istəyirəm ki, bu gün məni, Sənə itaət etməyə və günahdan çəkinməyə müvəffəq edəsən. Ey hacəti olanlara qarşı səxavətli Allah!
