SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Zəncirvari və şəbəkə formalı ticarət
Tarixində 16 February 2026 & Saat 18:17

Salamun aleykum
Lütfən zəncirvari və şəbəkə formalı ticarətdən faydalanmaq və bu sahədə alqı-satqı etməyin icazəli olub-olmaması barədə nəzərinizi deyərdiniz, təşəkkür edirəm

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab: Zəncirvari və şəbəkə formalı ticarət növündən hasil olan pul və gəlir mərhum həzrət Ayətullah Uzma Fazil Lənkəraninin nəzərinə əsasən, nöqsanlıdır və caiz deyil. Amma Ayətullah Şeyx Məhəmmədcavad Fazil Lənkəraninin nəzərinə əsasən, əgər şəriətdə alış-veriş şəraiti onda mövcud olsa və riayət edilsə, maneəsi yoxdur və halaldır.



1319 Görüş