SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunHicab haqda
Tarixində 17 February 2026 & Saat 01:05
Qızımı 4 aydı hicabla məktəbə buraxmırlar, əla qiymətlərlə oxuyan 10 yaşlı qızı bisavad böyüdüm, yoxsa zalımlar tələb etdiyi kimi sinifdə başını açsın?
İnşaallah tezliklə bu zalimanə qanun ləğv olunar və sizin qızınız hicabla məktəbə gedər. Səy edin hər cür ki, bacarırsınız onun təhsil vəsaitini hazırlayın. İnşaallah İmamın (ə) zühuru yaxınlaşmaqdadır!.
Qadın və kişi əlaqələri
Tarixində 17 February 2026 & Saat 01:05
Bir kişi həyat yoldaşına, uşağına qarşı laqeyd davranır, uzun müddətli səfərlərdən (1 aylıq) sonra iki həftə evdə olanda da ailəsi ilə qalmaq əvəzində gecələri çayxanalarda dostları ilə, gündüzləri isə yatmaqla keçirir. Həmçinin ailəsi ilə ünsiyyətdən qaçır və yalnız şəhvani ehtiyaclarına görə xanıımı ilə ünsiyyətdə olur. Başqa qadınlarla da əlaqə saxlayır, – səbəbini başqa qadinlarla dostluğa, ünsiyyətə ehtiyacı olduğunu bildirir. Səfərdə olan zaman isə ailəsi ilə zəif, demək olar ki, heç əlaqə saxlamır. (Qadın artıq boşanmaq haqqında fikirləşir, ancaq Allahın qəzəbinə və övladına görə qorxur. Hətta bir dəfə ər evini tərk edib ancaq heç bir gün keçməyib barışıblar.) Bu təqdirdə qadın ərini islah etmək niyyətilə ümumiyyətlə onu özünə yaxın buraxmaq istəmir. (ərinin şəhvani ehtiyaclarını ödəməkdən boyun qaçırsın). Bu məsələnin hökmü nədir?
Qadının haqqı yoxdur ərini cinsi məsələlərdə (işlərdə) qadağan edib, mane olsun və bu iş günahdır. Ərini evinə cəzb etmək və günahdan uzaqlaşdırmaq üçün ən yaxşı yol əri ilə gözəl rəftar edib onunla mehriban olmasıdır.
Kişi ilə qadın yaxınlığı
Tarixində 17 February 2026 & Saat 01:05
Əgər bir kişinin xanımı xəstə olarsa, beləki canı ağrısa və bəzi səbəblər üzündən öz ərinə yaxin ola bilməsə və ərinin ehtiyacını çox gec-gec ödəsə, o zaman əri nə etməlidir? Əlbətdə ki, zina haram və günahdır, yol verilməz bir əməldir. İndiki bir dövrdə də siğə etmək beləki, ona münasib bir qadin da tapmaq problemdir, bəs belə bir şəraitdə kişi nə edə bilər?
Bu suala əsasən kişi yaxınlıqdan başqa, həyat yoldaşının bədəninin ayri yerləri ilə yaxud həyat yoldaşının əli ilə özünü rahatlada bilər.
Oruc tutmaq
Tarixində 17 February 2026 & Saat 01:05
Məhərrəm ayında oruc tutmaq olarmı?
Məhərrəm ayında oruc tutmağın işkalı (maneəsi) yoxdur, təkcə Aşura günündə oruc tutmaq bəyənilmir.
Ayət namazı
Tarixində 17 February 2026 & Saat 01:05
1.Ayət namazını azansız, iqaməsiz və ya 3 dəfə "əssəlat" demədən sadəcə niyyət edib fərdi formada qılmaq olar?
1-Ayət namazını həm fərdi formada, həmdə camaat namazı ilə qılmaq olar. Ayət namazında azan və iqamə yoxdur. Amma ayət namazında azan və iqaməni rəca (Allah- təalanın istəyi bu sözü deməkdə olmaq ) qəsdi ilə deməyin eybi yoxdur.