SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Cinsiyyət dəyişdirildikdən sonra mürtədin hökmü
Tarixində 16 February 2026 & Saat 23:34

“Fitri” və “Milli” mürtəddə kişi və ya qadın olduğu zaman mürtəd olan şəxsə cinsiyyət dəyişdirildikdən sonra hansı cinsinə əsasən hökm verilir?
Mütərcimdən: “Fitri mürtəd” – əvvəlcə müsəlman olub müsəlmanlıqdan çıxaraq Allahı, Peyğəmbəri inkar edən şəxsə deyilir. “Milli mürtəd” isə – əvvəlcə müsəlman olmayıb islamı qəbul etdikdən sonra müsəlmanlıqdan çıxaraq Allahı, Peyğəmbəri inkar edən şəxsə deyilir

Zahirən indiki cinsinə əsasən hökm icra olunur.

Amma nikah əqdinin pozulması və dəfələrlə (təkrarən) tövbə etdirməyin zərurəti baxımından mürtəd olduğu vaxt əsas götürülür.

2347 Görüş

Muğam və Segah
Tarixində 16 February 2026 & Saat 23:34

Azərbaycanda ifa olunan muğam və segahların hökmünü bilmək istəyirik.

Əgər musiqi keyf və əyləncə məclislərinə uyğun olsa yaxud mütrib və ritmik olsa, ona qulaq asmaq caiz deyil.

2344 Görüş

Bank krediti
Tarixində 16 February 2026 & Saat 23:34

Xahiş edirik Azərbaycan Respublikasında banklardan pul krediti götürmək cayizdirmi?


Allahın adı ilə

Əgər bank şəriət qanunlarından birinə əsasən, məsələn müzaribə və ya müşarikət qanununa əsasən kredit verərsə və kredit götürən bu qanunlara əməl etməklə şəriət qanunu ilə əldə etdiyi pulun müəyyən faizini bank gəliri ünvanı ilə banka qaytarılası pulla birlikdə verərsə, maneəsi yoxdur. Amma əgər bu qanun riayət edilməzsə, bankdan faizlə götürülən pul riba və haram sayılır. Azərbaycan ölkəsində olan banklarda şəriət qanunları riayət edilmədiyi üçün, əgər insan naçar və zəruri hala yetişməzsə, bankdan borc götürmək cayiz deyildir. Lakin əgər bir şəxs yaşayış yerinə ehtiyacı olduğu halda bankdan pul götürmədən ev ala bilmirsə, onun zərurət halında ev almaq üçün pul götürməsinin eybi yoxdur. Amma götürdüyü pulun aylığını banka xeyir ünvanı (riba-sələm) adı ilə verməsin, belə niyyət etsin ki, artıq verdiyi pulu bank dövlət qanunu ilə hər ay  ondan məcburi olaraq alır. Lakin digər ehtiyaclar, məsələn; yaraşıq və zinət əşyaları, avtomobil, ev təmiri, toy və cehiziyyə və s. məsələlər üçün bankdan fayizlə pul götürməyə qəti olaraq icazə verilmir.

2323 Görüş

Satıcının şərtləri
Tarixində 16 February 2026 & Saat 23:34

Boyük bir marketin cox sayda satıcısı var. Halal qeyri halal satırlar. Mənim dostum orda işləyir , ancaq halal məhsullar satır orda işləməyin hökmü nədir?

Əgər sizin dostunuzun işi yalnız halal şeylər satmaq olursa, bu halda onun işləməyinin maneəsi yoxdur.

2302 Görüş

Toyda mahnıların hökmü
Tarixində 16 February 2026 & Saat 23:34

Ancaq qadınların iştirakı olan qız toyunda həm dini və həm də qeyri dini mahnıların oxunmasına şəriətimiz icazə verirmi?

Eyş-işrət mahnıları oxumaq və qulaq asmaq qətiyyən haramdır. İstər xanımların məclisində olsun ya qeyri-xanımların məclisində, lakin qadının dini mahnı oxuması, naməhrəmin onun səsini eşitmədiyi halda maneəsi yoxdur.  

2284 Görüş