SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunYalan danışmaq
Tarixində 16 February 2026 & Saat 21:59
Namaz qılan şəxs məcburən yalan danışsa yenə günah sayılırmı?
Günahın bağışlanması
Tarixində 16 February 2026 & Saat 21:59
Bir hərəkət və rəftar edib, sonradan etdiyin hərəkərə görə peşiman olan insanın Allah günahından keçirmi?
Əgər bir şəxs əvvəl günaha mürtəkib ola, günah edəndən sonra peşman ola və Allahın bərabərində xalisanə hüzuri qəlblə (düşünərək) tövbə edə və birdə günah etməyəcəyinə söz versə, inşallah Allah taala onu bağışlayar. Bu şəxs vacibləri yerinə gətirməyə, günahları tərk etməyə, xeyir işlərə və Quran oxumağa çalışmaqla etdiyi günahların yerin yaxşı əməllərlə əvəz edib onları bağışlatmalıdır.
Istimnanı tərk etmək yolları
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum, lütfən istimnadan yaxa qurtarmaq yollarını göstərərdiz, təşəkkür edirəm.
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
İstimna haramdır və böyük günahlardan sayılır. Hər kəs istimna etməyə mürtəkib olsa, cəhənnəm əzabına layiq görülər. İstimna və özü ilə şəhvətini söndürmək həqiqətdə bir növ xəstəlikdir və insana çox zərər və ziyan vurur, o cümlədən:
1-Cismi təsirlər: Göz və görmə qabiliyyətinin zəifləməsi, bədənin get-gedə qüvvədən düşməsi, sonsuz qalmaq və dünyaya övlad gətirməyə qadir olmamaq, vaxtından əvvəl qocalmaq, oynaqların zəifliyi və süstlüyü, əl əsməsi, zahiri görünüşün pisləşməsi və surətin təravətinin aradan getməsi...
2-Ruhi və psixi təsirlər: Zehnin və hafizənin zəifləməsi və fikri pərişanlıq, iztirab, təkliyə çəkilmək və guşənişinlik, depressiya, qəmginlik və həyatdan ləzzət görməmə, bədəxlaqlıq, tez özündən çıxmaq və tündxasiyyətlik, daimi sıxıntıda olmaq, iradəsizlik...
3-İctimai təsirləri: Ailə ilə uyğunsuzluq, evlənməyə əlaqəsizlik, həyat yoldaşı ilə cinsi rabitədə qabiliyyətsizlik, qeyrətin getməsi, cəmiyyətdən aryı düşmək hissi, ictimai mövqeiyyətin, hörmətin və şərafətin aradan getməsi, gec evlənmək və ailə həyatından ləzzət aparmamaq...
İstimnanın günahları haqda düşünün və iradənizi toplayın, bu çirkin əməli tərk edə bilərsiz. Allahın insana bəxş etdiyi nemətlərdən biri əzm və iradəyə malik olmaqdır. Təcrübə ilə sabit olunub ki, bir işi yerinə yetirmək və tərk etməkdə insan böyük qüdrətə malikdir. İradə etsəniz hər bir işi əncam verib tərk edə bilərsiz, demək istimnanı tərk etməkdə qüvvətli olmalısız.
Evlənmək üçün şəraitiniz yoxdursa bu imkan yaranana qədər, gərək öz cinsi hisslərinizə və şəhvətinizə qələbə çalasız. Bu məsələdə iman möhkəmliyi ilə bərabər aşağıda qeyd olunan məsələlərə də diqqət yetirin:
1-Şəhvəti qaldıran mənzərələri görməkdən, şəhvəti təhrik edən yazıları oxumaqdan və bu kimi məsələlər barədə fikirləşməkdən uzaqlaşın, naməhrəmə baxmaqdan ciddiyyətlə çəkinin.
2-Öz vaxtınızı elmi-mədəni və bu kimi faydalı mövzuları mütaliə etməyə sərf edin. İdman etmək və əməklə məşğul olmağa can atın.
3-Təklikdən uzaqlaşın və çalışın həmişə camaatla bir yerdə olun.
4-İmkan olan qədər moizə, öyüd-nəsihət və Məsumların (ə) misibət məclislərində iştirak edin. Həmçinin, məscidlərdə camaat namazlarına gedin, çoxlu Quran oxuyun və Allahdan istəyin sizə kömək olsun.
5-Hər zaman cinsi hissləriniz və şəhvətiniz sizə qələbə çalsa, ölümü və axirəti yada salın, həmişə ölümün yaxın olduğunu və məhşərin bərpasını fikirləşin. Ölümü yada salmaq şəhvəti söndürür.
6-İstimnanın aqibəti barədə düşünün, bilin ki, dünya və axirətdə ancaq bədbəxtliyə səbəbdir.
7-“ لاحول ولا قوة الا باللَّه” (La hövlə və la qüvvətə illa billah) zikrini çox deyin.
8-Oruc tutun, sağlam bədəniniz varsa, oruc tutduqda bədənin qüvvələri tənzim olar və şəhvət aradan gedər.
Bu deyilənlərə diqqətli olun, bunların müsbət nəticəsini görsəniz, davamlı olaraq onlara əməl edin. Bütün bu deyilənlər həyatda sizə sağlam bədən və ruh verər, hörmət və mövqeiyyət yaradar. Eyni halda istimnanı tərk etmək üçün ciddi surətdə iradəli olun, Allah-taala insanı iradə ilə yaradıb və öz həyatını qurmaqda onu iradəsinə bağlayıb.
Müvəffəqiyyət əldə etməkdə sizi dua edirik, istəyinizə nail olasınız və cəmiyyət sizin varlığınızdan faydalansın, inşa Allah!
Heyvanların kəsilməsi
Tarixində 16 February 2026 & Saat 21:59
Mən dənizdə işləyirəm. Hər ay 2 həftə dənizdə oluram. Burda bizə verilən ətlər xaricdən gətirilir. Və adını xatırlamadığım islam təşkilatı əti istehsal edənlərə təminat verir. O, sertifikatı özüm də görmüşəm. Mənim buna yəqinliyim var. Amma bilmək istərdim bu ətlərin yeyilməsi nə dərəcədə doğrudur?
Əgər yəqinin vardır ki, ətlər şəri yolla kəsilmişdir və müsəlmanlar islami qaydalara riayət etməklə kəsiblər, bu ətlərdən istifadə etməyin maneəsi yoxdur.
Nə üçün etdiyimiz dualar qəbul olmur?
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum
Allah taala müqəddəs Quranda buyurur: "Çağırın məni (dua edin) Mən də sizin dualarınızı müstəcab edim!"
Lakin bir çox hallarda dua edirik, amma müstəcab olmur, yəni dualarımız həyata keçmir. Nə üçün etdiyimiz dualar qəbul olmur? Zəhmət olmasa, bu sualı cavablandırardınız, təşəkkür edirəm.
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab: Duanın qəbul olunması üçün müəyyən edilmiş şərait vardır, o cümlədən:
1-İnsan tam etiqadla dua etsin və bəzi rəvayətə əsasən öz hacətinin icabətə yetməsinə çox inansın, sanki hacəti artıq müstəcab olmuş kimidir.
2-Dua zamanı Allahdan qeyrisinə ümid bağlamasın və ixlasla dua etsin.
3-Təkcə dua etməklə kifayətlənməsin və duadan əlavə mümkün təbii yollardan da istifadə edib öz çətinliyini aradan aparmağa çalışsın.
4-Duanın qəbul edilməsinə mane olan məsələləri aradan aparsın, məsələn əldə edilən haram yeməyi kənar etsin, duadan öncə öz günahlarından tövbə etsin, haram mal yeməkdən çəkinsin, başqalarına hörmətsizlik etmədiyi dillə dua etsin (töhmət-qeybət-yalan deməsin və ya tövbə etsin və öz dilini islah etsin).
5-Duadan öncə və duanın sonunda Peyğəmbərimizə (sallallahu aleyhi və alih) və Həzrətin pak Əhli-beytinə (əleyhimussəlam) salavat desin.
6-Duanın qəbul edilməsi insanın məsləhətinə uyğun olsun. Bəzən mümkündür duanın bütün şəraiti mövcud olsun, amma bununla belə dua müstəcab olmasın, çünki Allah o şəxsin məsləhətini etdiyi duanın müstəcab olmamasında görsün. Həmçinin rəvayətdə deyilir ki, Əgər Allah taala müəyyən səbəbə görə dünyada öz bəndəsinin duasını müstəcab etmirsə, onun axirəti üçün çoxlu savab yazır.
Eləcə də bəzən insanın duası qəbula yetir lakin onun icabəti təxirə qalır. Bunun səbəbi barəsində rəvayətdə deyilir ki, Allah taala mələklərə buyurur: Bu bəndəmin səsini çox eşitmək istəyindəyəm.
Hər halda Allahın rəhmətindən naümid olmayın. Əgər bu vaxta qədər duanız müstəcab olmayıbsa, bu o demək deyildir ki, sizin dualarınız və zəhmətiniz hədər getmişdir, əksinə Allah dualarınızın savabını sizin üçün zəxirə edib yazmışdır. Ola bilsin məsləhət deyilmiş və ya Allah sizi müəyyən vaxta qədər imtahan etmişdir, deməli dua etmənizə davam edin və ümidsizliyi özünüzdən uzaq edin.