SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunKoronavirus günlərində oruc tutmaqla əlaqədar sual və cavab
Tarixində 16 February 2026 & Saat 21:59
Hörmətlə hüzurunuza ərz olunur ki, Koronavirusun yayılmasını və bəzi məsul həkimlərin -İnsan hər bir neçə dəqiqə fasiləsində müəyyən qədər su içərsə, bu virusa yoluxmaz-dediklərini nəzərə alsaq, mübarək ramazan ayında bu virusa yoluxma davam edərsə, oruc tutmaqla bağlı möminlərin vəzifəsi nədir?
Koronavirus günlərində oruc tutmaqla əlaqədar sual və cavab
Ayətullah Məhəmmədcavad Fazil Lənkərani həzrətlərinə (ömrü uzun olsun)
Salamun aleykum
Hörmətlə hüzurunuza ərz olunur ki, Koronavirusun yayılmasını və bəzi məsul həkimlərin -İnsan hər bir neçə dəqiqə fasiləsində müəyyən qədər su içərsə, bu virusa yoluxmaz-dediklərini nəzərə alsaq, mübarək ramazan ayında bu virusa yoluxma davam edərsə, oruc tutmaqla bağlı möminlərin vəzifəsi nədir?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
1- Xəstə olan şəxslər və oruc tutduqda xəstəlikləri ağırlaşan, ya müalicə olmaları təxirə düşərsə, onlara oruc tutmaq vacib deyil və gərək oruclarını başqa bir zamanda tutsunlar.
2- Sağlam olan, lakin oruc tutmaları səbəbinə ağlabatan ehtimala əsasən xəstələnəcəkləri gözlənilən şəxslərə oruc tutmaq vacib deyil və oruc tutduqları halda orucun batil olması da nəzərə gəlir. Bəzi hədislərdə deyilir:
"الصَّائِمُ إِذَا خَافَ عَلَى عَيْنَيْهِ مِنَ الرَّمَدِ أَفْطَرَ"
“Oruc tutan şəxs, əgər oruc səbəbinə gözağrısına tutulmaqdan qorxursa, gərək iftar etsin (və oruc tutmasın).”
3- Əgər mütəxəssis həkimlər insanların koronavirusa yoluxmaması üçün hər bir neçə dəqiqə arasında bir dəfə su içmələrini lazım bilsələr, orucun vacib olması onlardan saqitdir və öz etibarını itirir. Ancaq evdə qalacaqları və virusa yoluxmayacaqları hal müstəsnadır; bu halda üzürlü və daha əhəmiyyətli bir işə xatir evdən çıxmaları lazım gəlməzsə, onların evdə qalmaları vacibdir.
Məhəmmədcavad Fazil Lənkərani
Koronavirusun “Zühur” əlaməti olması barədə edilən suala Hörmətli alimin cavabı
Tarixində 16 February 2026 & Saat 21:59
Hörmətli Ayətullah Fazil Lənkərani həzrətlərinə (uzun ömür arzulayaraq) salam ərz edirik
İctimai şəbəkələrdə dini və etiqadi məsələlər haqda şayeələrin yayıldığı bir zamanda Cənabınızın “Məhdilik” mövzusunda geniş məlumata malik olduğunuzu nəzərə alaraq, hazırki xəstıəliklə bağlı qarşılaşdığımız məsələlərin “Axiruz-zəman” hadisələri ilə mütabiq olması və bunun “Zühur” əlamətlərindən saya gəlməsi kimi dillərdə gəzən danışıqlar barədə nəzərinizi bilmək istərdik?
Bismilləhir-Rahmənir Rahim
“Zühur” əlamətləri təyin edilmiş məsələlərdən sayılır, odur ki, bu barədə etibarlı mənbələrdə qeyd olunanlarla kifayətlənmək gərəkdir. Dini mənbələrə əsasən bu dövrün hadisələri “Zühur” əlamətləri kimi qeydə alınmamışdır. Ona görə də bu hadisənin o əlamətlərə əlavə edilməsini, elmi əsası olmayan mühakimə nümunəsi, hətta dinin təhrifi kimi adlandırmaq lazımdır. Tarix boyu bəzən daha şiddətli, bəzən bir qədər zəif halda buna oxşar hadisələr, bəlalar və xəstəliklər dəfələrlə baş vermişdir, odur ki, bu xəstəliyi heç də “Zühur” və ya onun yaxın olması əlaməti kimi adlandırmaq düzgün deyil.
Həqiqi “İntizar”ın əsaslı nişanələrindən biri budur ki, dinin təhrif edilməsinin qarşısı alaq, heç bir dəlili olmadan cəmiyyətin və cavanların fikrini həqiqəti olmayan məsələlərə yönəltməyək, hətta təəccüblü və böyük təsirə malik olsa belə, hər bir hadisəni “Zühur” əlamətlərindən saymaq olmaz.
Məhəmmədcavad Fazil Lənkərani
15 fərvərdin 1399-cu şəmsi ili/ 3 aprel 2020-ci miladi iliQəmə vurmağın şəri hökmü nədir?
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum
Həzrət imam Huseyn əleyhissəlamın və vəfalı səhabələrinin şəhadəti ilə keçirilən məclislərdə bəzən qəmə vurmaq mərasimləri yayımlanır. Eyni zamanda qəmə vurmaq barədə xalq arasında müxtəlif nəzərlər eşidirik, bilmək istəyərdim qəmə vurmaq İslam dini baxımdan caizdirmi?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykumHəzrət imam Huseyn əleyhissəlama eşq bağlamaq
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum
Qurani-Kərimdə imam Huseyn əleyhissəlama eşq və məhəbbət bağlamağa dəlalət edən bir ayə varmı?
Rəqs etməyin hökmü nədir?
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum.
Sual: Rəqs etməyin hökmü nədir? Kişinin kişi və qadın yanında, qadının kişi və qadın yanında oynayıb rəqs etməyi şəriət baxımından necədir? Lütfən cavab verin, təşəkkür edirəm
Bismilləhir-Rahmənir-Rahim