SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Qadınla kişinin rəqs etməsi
Tarixində 16 February 2026 & Saat 21:59

Qadının qadın və kişinin kişi qarşisinda rəqs etməsi caizdirmi?

Qadının naməhrəm kişi qarşısında rəqs etməsi haramdır və həmçinin qadının qadınlar üçün də rəqs etməsi ehtiyat-vacibə əsasən caiz deyil. Yalnız qadın öz həyat yoldaşı qarşısında rəqs edə bilər. Bu şərtlə ki,  başqa heç kim hətta məhrəmləri belə orada olmasın və həmçinin eyş-işrət alətlərindən çalğı üçün istifadə olunmasın.

2276 Görüş

Toy keçirtmək
Tarixində 16 February 2026 & Saat 21:59

Azərbaycan şəraitində toy keçirmək üçün hansı şərtlərə əməl etmək lazımdır?

Toy məclisinin təşkili Allaha üsyan və günahdan uzaq olmalıdır. Qadın və kişinin bir-birinə qarışmasından, həmçinin haram musiqilərinin yayılmasından uzaq durmaq lazımdır.

Toy məclisində gərək şərab verilməsin. Günah hesab olunan hər bir əməl tərk olunmalıdır.

2261 Görüş

Xanımın diş müalicəsi
Tarixində 16 February 2026 & Saat 21:59

Mömin xanım kişi stomatoloqa gedib dişlərini mualicə elətdirə bilərmi? Halbuki Azərbaycanda saysız hesabsız stomatoloq qadınlar var.

Əgər  qadın diş həkimi mövcuddursa, onun dişlərini müalicə edə bilərsə, kişi diş həkiminin yanına getmək caiz deyil.

2259 Görüş

Hicab haqda
Tarixində 16 February 2026 & Saat 21:59

Qızımı 4 aydı hicabla məktəbə buraxmırlar, əla qiymətlərlə oxuyan 10 yaşlı qızı bisavad böyüdüm, yoxsa zalımlar tələb etdiyi kimi sinifdə başını açsın?

İnşaallah tezliklə bu zalimanə qanun ləğv olunar və sizin qızınız hicabla məktəbə gedər. Səy edin hər cür ki, bacarırsınız onun təhsil vəsaitini hazırlayın. İnşaallah İmamın (ə) zühuru yaxınlaşmaqdadır!.

2248 Görüş

Oruc tutmaq haqda
Tarixində 16 February 2026 & Saat 21:59

Rəcəb ayının orucun tuturam. Bilmək istərdim gecə cunub olub, sübh azanından sonra oyanmışam və qüsul vermişəm, indi mənim orucum batildi ya səhihdir?

Bu suala əsasən (gecə qüsulluq olub və sübh azanına qədər qüsl etməyib və sübh azanından sonra qüsulluq olmasını bilibsə), əgər orucluq ayının qəzasın tutmuşsa orucu batildir, amma müstəhəb oruc tutmuşdursa orucu düzdür. Yəni əgər müstəhəb oruc tutmaq istəyirdinizsə bu halda orucunuz düzdür.

2235 Görüş