SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunTato vurmaq (etmək) hökmü nədir?
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum
Zehmet olmazsa, tato yazdırmağın hökmünü bəyan edin, təşəkkür edirəm.
Bismilləhir Rahmənir-Rahim
Salamun aleykum
Cavab: Əgər tato dəri
altında döymə kimi olsa və dəstəmaz aldıqda dərinin üstündə heç bir mane
yaratmazsa, bu halda tato etməyin heç bir maneəsi yoxdur. Bəli, əgər qadının
zinət və yaraşığı sayılarsa, onu naməhrəmdən örtməlidir.
Amma dərinin
üstündə olsa və suyun dəriyə yetişməsinə mane yaratsa, əgər dəstəmaz və qüsl
etdikdə onu götürmək mümkündürsə, gərək götürüb sonra dəstəmaz və qüsl etsin.
Lakin dəstəmaz və qüsl etmək zamanı onu götürmək mümkün deyilsə, bu halda dəstəmaz
və qüsl alsa, batil olar. Ona görə də, şəriətə əsasən, vacib əməlin yerinə
yetirilməsinə mane olduğu üçün onu etmək caiz deyil. Bu surətdə əgər
bir kəs tato edibsə, gərək onu təmizləsin və aradan aparsın.
Amma dəstəmaz və
qüsl aldıqda onu təmizləmək mümkün olmazsa, gərək cəbirə qaydası ilə dəstəmaz və
qüsl etsin.
Eyni zamanda əgər hökmü
bilərəkdən onu təmizləmək istəməzsə, cəbirə qaydası ilə dəstəmaz və qüsl etməsi
də batil olar.
Müvəffəq olun.
Zəncirvari və şəbəkə formalı ticarət
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum
Lütfən zəncirvari və şəbəkə formalı ticarətdən faydalanmaq və bu sahədə alqı-satqı etməyin icazəli olub-olmaması barədə nəzərinizi deyərdiniz, təşəkkür edirəm
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykumCavab: Zəncirvari və şəbəkə formalı ticarət növündən hasil olan pul və gəlir mərhum
həzrət Ayətullah Uzma Fazil Lənkəraninin nəzərinə əsasən, nöqsanlıdır və caiz
deyil. Amma Ayətullah Şeyx Məhəmmədcavad Fazil Lənkəraninin nəzərinə əsasən, əgər
şəriətdə alış-veriş şəraiti onda mövcud olsa və riayət edilsə, maneəsi yoxdur və
halaldır.
Ayı görməkdə teleskopdan istifadə etməyin hökmü
Tarixində 16 February 2026 & Saat 21:59
Ayı görməkdə astranomik cihazlardan istifadə etməyin icazəli olması barədə Cənabınızın nəzəri nədir? Mübarək ramazan ayının başlanması, ya sona yetməsi üçün astranomik hesablamaları qəbul edirsinizmi?
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (şər`i vaxtı təyin etməkdə) ayı görmək üçün teleskopdan istifadə etməklə bağlı nəzəri
Cavab:
Ayın təyin edilməsi astranomik cihazlarla sabit olur və mənim nəzərimdə ayı cihazla görmək lazım (vacib) deyil; əgər ayın doğuşuna və onun görünməz nöqtədən xaric olmasına astranomik hesablama vasitəsilə xatircəm olsaq, kifayət edər. Allah-taala hər şeyə agahdır.
Sinə və zəncir vurmaq
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum
Məsumlar (əleyhimussəlam) üçün sinə vurmaq hansı dəlillərə əsaslanır?
Salamun aleykum
Cavab-Əza və matəm saxlamağın, eləcə də zalımların
zülmünə qarşı tənəffür bildirməyin yollarından biri sinə vurmaqdır. Deməli, sinə
vurmaq düzgün və Məsumların (əleyhimussəlam) yolunu davam etdirmək istiqamətində
mühüm təsirə malikdir.
Əsas terminlər:
Sinə və zəncir vurmaq
sinə və zəncir vurmaq
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum
Əzadarlıqda bədənin göyərməsi və bəzən qan axması ilə nəticələnən sinə və zəncir vurmaq cayizdir?
Salamun aleykum
Cavab-Bədənə mühüm zərər yetirməmək şərtilə, cayiz və
hətta bəyəniləndir.
Əsas terminlər:
Sinə və zəncir vurmaq