SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Qeyb elmindən xəbərdar olmaq
Tarixində 17 February 2026 & Saat 02:15

Sual: Allah-taaladan qeyri birisi qeyb elmindən xəbərdar ola bilərmi?

Bismilləhir Rahmənir rahim

Sualın cavabı:

Salamun aleykum

 Qurani-Kərimin ayələrinə istinadən həqiqətdə qeyb elmi tam və kamil surətdə Allah-taalanın ixtiyarındadır; bütün aləmə hərtərəfli şəkildə əhatə tapan yalnız Odur. Eyni halda Allah-taalanın bəzi layiqli bəndələri də İlahi təlim-tərbiyə ilə və onların göstərdikləri insani ləyaqət və xüsusiyyətlər səbəbinə qeybin əsrar, elm və hadisələrinə agah olurlar.

Bu əsasla həzrət Peyğəmbəri Əkrəm (sallallahu əleyhi və alih) “lədunni və İlahi elm” vasitəsilə gələcəyin hadisələri və məsələlərinə agahlıq əldə etmiş və onlar barəsində qabaqcadan xəbər vermişdir. Bu baxımdan ki, Peyğəmbərdən sonra məsum imamlar (əleyhimussəlam) bütün maddi və mənəvi sahələrdə insanların hidayətini öhdələrinə aldıqları üçün bir sıra qeyb məsələlərindən xəbərdar olmalıdırlar. Ona görə də onların qeyb məsələlərinə agah olmaları lazım olan yerdə və onların bunu istədikləri surətdə Allah-taala bu elmi imamların ixtiyarına qoymuşdur.

Keçmiş İlahi peyğəmbərlər də öz şəxsi ləyaqətlərinə mütənasib olaraq Allahın məsləhəti olan qədərqeyb elminə agahlıq tapmlşlar.
 

2443 Görüş

Əsas terminlər: Qeyb elmi
Namazın beş vaxt qılınması
Tarixində 17 February 2026 & Saat 02:15

Salamun aleykum
Lütfən, Quran ayələrinə əsasən beş vaxt namaz qılmaq xüsusunda sübut və dəlil gətirərdiniz?


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab)

Qurani-Kərimdə açıq-aşkar şəkildə beş vaxt namaz qılmaq barəsində bəyan yoxdur, əslində ümumi şəkildə buyurur:

«وَ أَقِمِ الصَّلاةَ طَرَفَيِ النَّهارِ وَ زُلَفاً مِنَ اللَّيْلِ إِنَّ الْحَسَناتِ يُذْهِبْنَ السَّيِّئاتِ ذلِكَ ذِكْري لِلذَّاكِرينَ»

Günün əvvəlində, sonunda və gecənin bir vaxtında namaz qıl, həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır, bu ibrət alanlar üçün bir nəsihətdir... (Hud surəsi, ayə 114)

Yaxud buyurur:

 «أَقِمِ الصَّلاةَ لِدُلُوكِ الشَّمْسِ إِلي غَسَقِ اللَّيْلِ وَ قُرْآنَ الْفَجْرِ إِنَّ قُرْآنَ الْفَجْرِ كانَ مَشْهُوداً»

Günəşin zəval (günortadan keçəmən) vaxtından qaranlığa çatana qədər namazı bərpa et, həmçinin sübh namazına hamılıqla hazır olsunlar... (İsra surəsi, ayə 78)

Amma beş vaxt namaz qılmaq rəvayətdən ələ gəlir.

Rəvayətdə deyilmir ki, beş vaxt namaz qılmaq vacibdir, əslində bu əməlin əfzəl olmasını çatdırır. Sünni əhlinin öz rəvayətlərinə əsasən həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) bəzən heç bir dəlil olmadan üç vaxtda namaz qılarmlş ki, ümmət üçün asan olsun və təsəvvür edilməsin ki, beş vaxt namaz vacibdir.

Bu əsasla, namazı üç vaxtda qılmaq caiz və səhihdir, lakin beş vaxtda, yəni hər namazın öz fəzilət vaxtında həmin namazı qılmağın fəziləti daha artıqdır.

 Müvəffəq olasıniz!

2442 Görüş

Müsafirin namazını şikəstə (qəsr) qılmasının və oruc tutmamasının sübutu.
Tarixində 17 February 2026 & Saat 02:15

Quranın hansı ayəsi namazın şikəstə qılınmasına və səfərdə orucun tutulmamasına dəlalət edir?

 «فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ وَ مَنْ كانَ مَريضاً أَوْ عَلى‏ سَفَرٍ فَعِدَّةٌ مِنْ آيامٍ أُخَرَ»(بقره: 185)

Oruc barəsində Qurani-kərim buyurur: “Ayı (Ramazan ayını) görən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə (tutmadığı günlərin sayı qədər) başqa günlərdə tutsunlar.”

Bu ayədən səfərdə olan şəxsə orucun vacib olmadığı sübut olunur.

 

Quran bütün məsələləri ümumi şəkildə bəyan edir. Amma məsələlərin təfərrüatını (cüziyyatını) Quranın təfsirçiləri olan Peyğəmbərin (s) Əhli-beyti bəyan edir. Elə bu səbəbə görə də Peyğəmbər (s) şiə və sünni kitablarında gələn “Səqəleyn” hədisində buyurur: “Mən iki qiymətli şeyi sizin aranızda əmanət qoyuram və bu iki şey kövsər hovuzunda mənə qovuşana qədər bir-birindən ayrılmazlar.”

Bu hədisdən anlaşılır ki, Quranı Əhli-beyt (ə) təfsir etməli və onun hökmləri Əhli-beytdən alınmalıdır. Əks təqdirdə yolunuzu azmış olacaqsınız. Əhli-beyt (ə) rəvayətlərində hökmlər bütün təfərrüatı ilə bəyan olunmuşdur. Namazın şikəstə qılınması və müsafirin səfərdə oruc tutmaması kimi məsələlərin hökmü tam aydınlıqla orada izah edilmişdir.

 

2429 Görüş

İnternet klubu
Tarixində 17 February 2026 & Saat 02:15

Mən internet klub işlədirəm nə dərəcədə duzdur. Erotik sayıtlara baxmağı qadağan qoymuşam, ancaq yenədə şubhəli işləyirəm bu işdə. Səbəb, kimlərsə gəlib xanımla elaqə yaradır yəni catdan istifadə edir. Kimisi musiqiyə qulaq asır və.s mənim vəzifəm nədir mənə məsləhət verəsiniz. Allah razi olsun.

Klub, başqa işlər kimi həm halal istifadəsi var, həm haram istifadəsi var. Əğər bir kəs halal istifadə qəsdi ilə klubu işlədə o qazancın işğalı (maneəsi) yoxdur.  Əgər haram qəsdi ilə ola o qazanc haramdır. Verilən suala görə, əgər bilirsiniz ki, bəziləri düz olmayan şeylərdən istifadə edirlər,  onlar  üçün kompyuter cihazlarını icarəyə vermək icazəli deyil və qazancı haramdır. Deməli, bu surətdə sizin klubla bağlı qazancınız  əgər  düz və şəriətlə uyğun istifadə olunsa halaldır və əgər haram istifadələr olunsa və haram iş üçün işlətsələr  qazancı da haramdır. Nəticədə sizin qazanc harama qarışmış olur. Əgər bilmirsiniz  ki, bir kəs icazəsiz istifadə edir ya yox?  Cihazı haram üçün istifadəyə vermək qəsdi də olmaya, o qazancın maneəsi yoxdur. Bir şərtlə ki, o cihazlardan istifadə yerlərini əvvəldən müəyyən edə, məsələn deyə ki, klubdan istifadənin şərti odur ki, ondan halal istifadə ola və icazəsiz istifadə caiz deyil, bu fərzlə ki, başqaları icazəsiz istifadə edirlər və sizin də  bundan xəbəriniz yoxdur, o qazanc halaldır , hərçənd mümkündür  bəziləri haram istifadə etmiş olsunlar, əgər siz başa düşsəniz ki, haram istifadə edir  gərək qadağan edəsiniz və haram istifadənin qarşısını alasınız .

2420 Görüş

Xums haqda
Tarixində 17 February 2026 & Saat 02:15

İmkanlı mömin xumsunu zəkatın muctəhidin numayəndəsinə təhvil verir. Amma
onunla bir vilayətdə yaşayan və kasıbçılıqda həmin vilayətdə məhşur olan bir mömin isə həddən artıq kasıbçılıqdan əziyyət çəkir. Bilmək istəyirəm bu varli möminin boynunda:
1. Xumsdan əlavə ona kömək etmək vacibdir? 2. Muctehidin numayəndəsinin icazəsi ilə öz xumsundan ona kömək etmək şəri cəhətdən vacibdir ya yox?

1. Gərək xumsu özünüzün mərcəyi-təqlidinizə və ya onun nümayəndəsinə verəsiniz. Yaxud mərcəyi-təqlidinizin və ya onun nümayəndəsinin icazəsi ilə fəqirə verəsiniz.

 Əgər həzrət Fazil Lənkərani (Allah ona rəhmət etsin) ağa xumsunuzu fəqirə verməyə icazə versə, o zaman maneəsi yoxdur və onun icazəsi ilə icazə verdiyi qədər İmamın (ə) səhmini fəqirə verə bilərsiniz.

2. Xums və zəkatdan əlavə, fəqirə kömək edə bilən şəxs müstəhəb xərc ünvanı ilə (bunun savabı çoxdur), həmçinin sədəqə və fəqirin çətinliklərini aradan aparmaq ünvanı ilə fəqirə kömək edə bilər.

2408 Görüş