SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Guest Şəbəkə
Tarixində 17 February 2026 & Saat 02:15

“Guest Şəbəkə” şirkətində işləmək istəyirəm. Burada iş prinsipi belədir: Firmadan müəyyən məbləğdə mal alırsan firma səni işə götürür və sonra kimisə mal almaq üçün firmayla tanış edirsən o da mal alır. Mallar 1,2,3 və s.. “ballıq” sistemlə hesablanır. Əgər paralel olaraq sağında və solunda 3 və 3 ballıq mal sata bilsən eyni ilə özüm aldığım kimi firma mənə həmin məbləği (məs; 250 dollar pul) verir. Bunun hökmü nədir?

“Quest”, çox ehtimal Qould-Quest şəbəkə şirkətinin bir hissəsidir. Şəbəkə şirkətlərində işləmək, sərmayə qoymaq, o şirkətin nəzdində, təsiri altında olan şirkətlərdə fəaliyyət göstərmək caiz deyil. Ona görə ki, bu cür şirkətlər "bazar təşkili" adı altında ödənilir və o heç bir hüquqi mahiyyət kəsb etmir. Həmçinin şəri müqavilələrin heç birinə daxil deyildir.

Qurani-Kərimdə buyurulur: "La tə`kulu əmvaləkum bəynəkum bil batil." (Mallarınızı öz aranızda haqsız yerə yeməyin!) (“Bəqərə / 188”)

2470 Görüş

Evlenmek
Tarixində 17 February 2026 & Saat 02:15

Mənim 33 yaşım var, lakin mənə elçi gəlmir və evlənmək istəyirəm, nə etməliyəm?

Bir qadının xoşbəxtlik və səadəti daimi izdivacındadır. Əgər bu işdə öz intizar və təvəqqe səviyyənizi aşağı gətirsəniz, mütləq sizin üçün dindar və münasib bir şəxs tapılacaq. Hər halda “Məfatihul-Cinan” kitabının əvvəlində gələn həzrət Zəhranın (s.ə) namazını bir neçə cümə zöhr namazından qabaq qılın. Biz də, sizin bütün işlərinizdə məxsusən bu müstəhəb sünnədə müvəffəq olmanız üçün dua edərik.


2469 Görüş

Saytların yazılarından istifadə etmək
Tarixində 17 February 2026 & Saat 02:15

Bəzi internet saytlarında yazılır ki, məlumatdan istifadə etdikdə həmin sayta istinad etmək zəruridir. Həmin yazı saytdan köçürülüb digər sayta yerləşdirilsə və həmin saytda sahibinə istinad olunmasa bu haramdırmı?

Verilən suala əsasən əgər (məlumatı) götürüb mənbəsini qeyd etmədən öz saytında yerləşdirməyin caiz deyildir və bu iş mədəniyyət oğurluğu mənasında hesab olunur.

2464 Görüş

Zəkat haqda
Tarixində 17 February 2026 & Saat 02:15

Peyğəmbərə (s) zəkatdan yemək halaldırmı, yoxsa haram?

Peyğəmbər (s) və onun Əhli-beyti (ə) üçün zəkat yemək caiz deyil.

2454 Görüş

Mənəviyyat
Tarixində 17 February 2026 & Saat 02:15

Mənəviyyat yolunda bir neçə əxlaqi və tərbiyəvi nöqtə bəyan etmənizi rica edirik!

İmam Sadiq (ə) öz vəsiyyətində imam Kazimə (ə) buyurdu: “Əgər mənim bu kəlam və vəsiyyətimə diqqətlə yanaşıb ona əməl etsən, xoşbəxt və firavan həyata sahib olacaqsan. Həmçinin bəyənilmiş ölümlə üzləşərsən. Başqa ifadə ilə desək gözəl hal ilə dünyadan köçərsən. Ey əziz övladım! Kim Allahın təqdir etdiyi qədərə razı olarsa, həmişə ehtiyacsız olacaq və kim camaatın əlində olana göz dikərsə dünyadan fəqir köçəcək.”

Bu müdrik kəlamdan istifadə olunur ki, əgər insan özünü möhtac və asılı hiss etmək istəmirsə, – bunun özü həyatda olduqca mühüm və təsirli bir işdir – Allahın ona inayət etdiklərinə razı olmalıdır və ixtiyarında olana qane olmalıdır. Qənaət elə bir işdir ki, insan cavanlığında ona adət etməlidir. Yeməkdə, danışıqda, geyimdə qənaət etmək, məqam və vəzifədə qənaət etmək nigarançılığın və iztirabın həll olmasına səbəb olur.

Münaqişə və ixtilafların çoxu o cəhətdən baş verir ki, münaqişə edənlərin ya hər ikisi ya bir tərəfi öz haqqına qane olmur. Lakin əgər qənaət olarsa daha münaqişəyə fürsət yaranmaz. Qənaət insanı Allahın ibadətinə hazır edir. Qane olan ruh həmişə Allahın zatına bağlıdır.

Məsum İmamlar (ə) mənəvi məsələlərdə "namazı ilk vaxtda qılmağa" tövsiyə edir.

Əgər əziz cavanlar bu işə adət etsələr yaşayışları həmişə nurani olar və özləri üçün olduqca müvəffəq bir axirət qurarlar. Hədislərə əsasən “Kim namazın ilkin vaxtında qılınmasına əqidəsi olarsa, ölüm mələyi onların canlarını bədənlərindən rahatlıqla xaric edər. (alar).


2450 Görüş