SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunSpirtli dərman
Tarixində 17 February 2026 & Saat 03:48
Spirtdən hazırlanmış dərmanları qəbul etmək olarmı? Belə halda namaz qılmaq düzgündürmü? Ümumiyyətlə spirtlə hazırlanmış dərmanlar qəbul etmək olarmı?
Təqlid məsələsi
Tarixində 17 February 2026 & Saat 03:48
Mən 2008-ci ildə namaza baslamişam təqlidimdə Lənkarani ağaya olub, sonra qardaşlardan eşitdim, Lənkərani ağa 2007-ci ildə dunyasını dəyişib. Mənə dedilər dünyasın dəyişmiş müctehidə təqlid etmək olmaz. Mən o qədərdə əhəmiyyət vermədim və təqlidimi davam etdirdim indiyə qədərdə Lənkarani ağaya təqlid edirəm. Təqlidi dəyişməliyəm ya xeyr?
Əgər ağanın həyatı zamanında onun müqəllidi deyildinizsə və onun fətvasına uyğun əməl etməmişsinizsə, indi də ağadan təqlid edə bilməzsiniz. Siz diri və ayrı müctəhidlərdən bilikli bir müctəhidə təqlid edin! Amma həzrət ağanın zamanında onun fətvalarına uyğun əməl etmiş olsaydınız, indi onun təqlidində qala bilərdiniz.
Həkim məsələləri
Tarixində 17 February 2026 & Saat 03:48
Kişi həkimi, doğuş zamanı uşağı qəbul edə bilər?
Qadın doktoru olan halda və qadın həkimi uşağı qəbul edə bilirsə doğuş üçün kişi həkiminin yanına gedə bilməz. Naməhrəm həkimin orda olması haramdır. Məgər qadının özünün ya uşağın canı təhlükədə olarsa kişi doktorundan ayrısı onun canını təhlükədən qurtara bilmirsə, bu zaman zərurətə görə kişi həkiminin vasitəsi ilə uşağın qəbul edilməsinın iradı yoxdur.
Qan köçürmə
Tarixində 17 February 2026 & Saat 03:48
Müsəlmandan kafirə və kafirdən müsəlmana qan köcurtməyin hökmü nədir?
Dəstəmaz
Tarixində 17 February 2026 & Saat 03:48
1-Bir kəs dəstəmaz aldığı yerdən (məkandan) məsh çəkmək üçün nə qədər uzaqlaşa bilər? Dəstəmaz üzvləri rütubətli olan təqdirdə, yaxud zəruri və qeyri-zəruri hallarda bu məsafənin fərqi vardırmı?
2-Bir şəxs dəstəmaz alıb evdən çıxır və zöhr namazının vaxtı çatdıqda, dəstəmazının pozulub-pozulmadığı barədə şəkk edir. Həmin şəxsin vəzifəsi nədir?
1. Dəstəmaz alan vaxtı yol getməyin (yeriməyin) manesi yoxdur. Başına və ayaqlarına məsh çəkmək üçün ovcundakı rütubət quruyana qədər yeriyə bilər. Lakin, baş və ayaqlarına məsh çəkmək üçün əlindəki rütubət quruyacaq qədər yol getsə, dəstəmazı batildir.
2. Əgər bir şəxs dəstəmazının batil olub-olmadığına şəkk edərsə, dəstəmazın batil olmadığını əsas götürməlidir, həmin dəstəmazla namaz qıla bilər.