SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Lenin kafirdimi?
Tarixində 17 February 2026 & Saat 05:27

Bir məclisdə molla Vladimir Iliç Leninə rəhmət oxudu və bir neçə adam etiraz etdi. Molla Sovetlər dövründə Leninin təhsillə əlaqədər çox zəhməti olduğunu əsas gətirdi. O, çox danışdı, amma çoxları narazı qaldı. O mollanı başa sala bilmədik ki, o kafir idi. Biz onunla razılaşmadıq. Sizin bu barədə fikriniz nədir?

Lenin kafir, Allahı inkar edən və cinayətkar bir şəxs idi,o, minlərlə insanı qurban etmişdir. Lenin və onun kimilərinə rəhmət göndərmək haramdır. Lenin nəinki özü kafir idi, onun məktəbinin bünövrəsi küfr, ateizm və kommunizmdən ibarətdir. O, çox insanları yolundan azdırmış və bir çoxlarını da kommunist cinayətləri ilə qətlə yetiribdir. Allah Lenin və onun kimilərinin əzabını artırsın!

2560 Görüş

Qəzavü-qədər və insanın taleyi-4
Tarixində 17 February 2026 & Saat 05:27

Namaz qılmaq da insanın gələcəyini dəyişirmi?

Bəli namaz qılmaq insanın gələcəyini səadətə çevirir və insanın ömrünü uzun və ruzisini çoxaldır, onun üzünü nurani edir.


2558 Görüş

Eybi açmaq
Tarixində 17 February 2026 & Saat 05:27

Mənim bir problemim vardır. O da bundan ibarətdir ki mənə bir xanim, ayrı bir xanım haqqında söz deyib və mənə halallıqda verməyib. Yəni bu sözü heç kəsə deməməliyəm. Amma bu məsələdə məni çox narahat edir. Bu məsələnin aydınlığa çıxması üçün mən nə edə bilərəm? Bu məsələnin aydınlığa çıxması üçün heç bir şəxsə deyə bilmərəm? Məsələn, ağalardan birinə muraciət edə bilmərəm ki, ağa mənim belə məsələm var buna görə təşvişdəyəm. Yəni bu yükü üstümdən götürmək üçün mən bu xanımın mənə halallıq verib- verməməyinə məhəl qoymalıyam ya bu halallıqdan üz döndərə bilərəm. Mən həmin xanımın bu işi edib etmədiyini necə bilməyim üçün bu məsələni ağalardan məsləhət almaq istərdim. İndi o xanıma necə deyim yəni bunun yolunu bilmək istərdim.Yəni bu xanımın ayrı bir xanım haqqında dediyi sözün həqiqət olub-olmamasını bilmək istəyirəm.

Əgər başqa bir xanımın eybini sizə deyibsə, onu demək və eşitmək haram idi və indi də  sizin o xanımın eybini kiməsə deməyə haqqınız yoxdur, çünki bu iş  qeybət və haramdır. Həmçinin bu sözün doğru olub-olmamadığını bilməyiniz lazım deyil. Elə hesab edin ki, bu söz o xanımın haqqında doğru deyil. Amma o xanımla evlənmək niyyətində olsanız, gələcəkdə problemlərlə üzləşməməyinizdən ötrü onun haqqında eşitdiyiniz sözü axtarıb araşdıra bilərsiniz. Belə olan halda heç kimə bir söz deməməlisiniz.

2546 Görüş

Məst edici maye
Tarixində 17 February 2026 & Saat 05:27

1-Əsli maye və məst edici olan tibb spirtini Ağa Lənkərani (r.ə) pak bilirdi?
2- Müəyyən bir qidalar var ki, xarab olmayıb saxlanılması üçün onların tərkibinə məst edici spirt vururlar. Belə qidalardan yemək olar?

1-Əgər bir şey əsli maye və məst edici olsa nəcisdir. Tibbi spirti həzrət Ayətullah Fazil Lənkərani (r.ə) məst edici bilmirdi. Əgər bir nəfər tibbi spirtin nəcis olmasını dəqiq bilsə, nəcis hökmündədir. Amma əgər bir nəfər tibbi spirtin məst edici olub-olmamasını bilməsə pakdır.

2-Əgər spirt məst edici olsa nəcisdir. Məst edici spirtlə qatışıq olan qidanı yemək caiz deyildir. Amma əgər spirt o qədər az ola ki ayrı bir qida ilə qatılanda artıq orada həll olmaqla itib aradan getsin, bu halda o qidanı yeməyin eybi yoxdur.

2546 Görüş

Namaz qılanın yeri
Tarixində 17 February 2026 & Saat 05:27

Bir şəxsin işlədiyi ofisin ərazisinin halal olmamasına yəqinliyi olarsa, o halda orada namaz qilinmasinin və oradan aldigi maaşın hökmü necədir? Yəni bir şəxs işə girib və sonradan bilib ki, onun işlədiyi ofisin sahibi ofisi tikdirəndə yer sahibi ona (ofis rəhbərliyinə) halalliq etməyib.

Əgər yəqinliklə bir yer və torpağın qəsbi olduğun bilsə  ora daxil olmaq, orda yol getmək haram və orda namaz qılmaq batildir.

2545 Görüş