SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Kafir insanın beheştə getmək ümidi varmı?
Tarixində 17 February 2026 & Saat 07:13

Axirət dünyasını, cənnət-cəhənnəmi, bərzəx və qiyaməti qəbul etməyən insanların beheştə getmələri mümkündürmü?


Bismihi taala

Salamun aleykum.

Əgər qeyri- müsəlman bir kəs Allah taalanı, Peyğəmbəri (sallallahu əleyhi və alih) və İslamı, yaxud da qiyaməti və bərzəx aləmini inkar edərsə, kafir adlanar. Müqəddəs Quranın ayələrinə və mötəbər hədislərə əsasən, kafir insanın beheştdə yeri yoxdur. Yalnız bir surətdə kafirin beheşte getmə imkanı ola bilər, o da budur ki, kafir insan eyni zamanda müstəz`əf də olsun.

Fikri, cismi və iqtisadi cəhətdən haqqı batildən ayırd etməyə qadir olmayanlara və yaxud doğru əqidəni təyin etməsinə baxmayaraq, cisminin zəifliyi ucbatından və ya yoxsulluğu səbəbinə, yaxud da yaşadığı mühitin onun üçün yaratdığı məhdudiyyətlər üzündən kamil surətdə öz vəzifələrini yerinə yetirməyə qadir olmayan insanlara müstəz`əf deyilir.

Həzrət İmam Musa ibn Cəfər əleyhiməssəlamdan soruşurlar ki, müstəz`əf dedikdə kimlər nəzərdə tutulur? Həzrət bu sualın cavabında belə yazır: "Hüccət və dəlilin çatmadığı və (insanda məzhəb və əqidə düzgünlüyünü və həqiqəti tədqiq edib axtarmağa səbəb olan) ixtilaflı məsələlərdən xəbərsiz olan kəslərə müstəz`əf deyilir. Lakin hər zaman bu məsələdən xəbərdar olarsa, artıq ona müstəz`əf deyilməz".

Müstəz`əf olmayan insanlar nifaq və cinayət törətməsələr və müstəz`əf olmaları ucbatından haqq məzhəbə təmayül etməsələr, Allah taala axirətdə onları sınayacaqdır. Əgər bu sınaqda müvəffəqiyyət əldə etsələr, beheşt əhli olacaqlar.

Amma, haqqı batildən ayırd etmək qüdrətinə malik olanlar, lakin buna baxmayaraq təəssüb, etinasızlıq və bu kimi məsələlər üzündən həqiqəti tədqiq etmək və haqq məzhəbin doğruluğunu araşdırıb haqqı qəbul etməyə hazır olmayan sayir insanlar müstəz`əf adlanmazlar. Belə insanlar axirətdə Allah taalanın rəhmətindən uzaq qalıb əzaba düçar olarlar.<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />

2601 Görüş

Salavat demək
Tarixində 17 February 2026 & Saat 07:13

Salamun aleykum:
Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) mübarək adını eşitdikdə salavat deməyin lazım olduğu kimi o həzrətin mübarək adını çəkən şəxsin özünün də salavaat deməsi lazımdırmı?

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum və rahmətullah

Cavab) Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) mübarək adını eşitdikdə və ya dedikdə salavat göndərmək təkidli müstəhəb əməldir.

2596 Görüş

Əsas terminlər: salavat demək
Kreditlə alver caizdirmi?
Tarixində 17 February 2026 & Saat 07:13

Dükandan kreditlə computer almaq istəyirəm, amma həmin dükanda kreditlə alınan mala – qiymətinin 30%-i də əlavə verilməlidir. Bu cür faizli kredit halaldır yoxsa haram?

Əgər bu alver ümumilikdə kredit formasında (nisyə olduğuna görə) real (nəqd) qiymətindən 30% çox olsa, işkalı yoxdur. Amma əgər malı nəqdi qiymətə satalar və nisyəyə görə 30% ödəməklə xeyir çəkələr caiz deyil.

2592 Görüş

Nəfslə mübarizə
Tarixində 17 February 2026 & Saat 07:13

Sual: Bəzən bir əməlin günah olduğunu bilərək yenə də nəfsimi saxlaya bilmirəm, lütf edin əgər bu sahədə bir dua varsa bəyan edin?


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Sualın cavabı:

Nəfslə mübarizə üçün ilk növbədə insanın öz iradəsi çox təsirlidir, bundan əlavə bu zikri də --«لا حَوْلَ و لا قُوَّهَ اِلاّ بِالله » çox desin. Həmçinin, nəfslə mübarizə üçün bu duanı da oxusun:

«یا رَبّاهُ یا رَبّاهُ یا رَبّاهُ لا یَرُدُّ غَضَبَکَ اِلاّ حِلْمُکَ وَ لا یُنْجی مِنْ عَقُوبَتِکَ اِلاّ التَّضَرُّعُ اِلَیکَ حاجَتیَ الَّتی اِنْ اَعطَیْتَنیها لَمْ یَضُرَّنی ما حَرَّمْتَنی وَ اِنْ حَرَّمْتَنیها لَمْ یَنْفَعْنی ما اَعْطَیْتَنی اَللّهُمَّ اِنّی اَسْئَلُکَ الْفَوْزَ بِالْجَنَّهِ وَ اَعُوذُبِکَ مِنَّ النّارِ یا ذَا الْعَرْشِ الشّامِخِ الْمُنیفِ یا ذَالْجَلالِ وَالأِکْرامِ الْباذخ الْعَظیمْ یا ذالْمُلْکِ الفاخِرِ الْقَدیمِ یا الَهَ الْعالَمینَ یا صَریخَ الْمُسْتَصْرِخینَ وَ یا مَنْزُولاً بِه کُلُّ حاجَهٍ اِنْکُنْتَ قَدْ رَضیتَ فَازْدُدْ عَنّی رِضاً مِنْکَ وَ قَرِّبْنی مِنْکَ زُلْفی وَ اِلاّ تَکُن رَضیتَ عَنّی فَبِحَقِّ مُحَمَّدٍ وَ الِهِ وَ بِفَضْلِکَ عَلَیْهِمْ لَمّا رَضیتَ عَنّی اِنَّکَ اَنْتَ التَّوابُ الرَّحیمُ».

“Ya Rəbbahu, Ya Rəbbahu, Ya Rəbbah; La yəruddu qəzəbəkə illa helmukə və la yunci min uqubətikə illət-təzərruu iləykə hacətiyəlləti  in ə`təytəniha ləm yəzurrəni ma hərrəmtəni və in hərrəmtəniha ləm yənfə`ni ma ə`təytəni. Əllahummə inni əs`əlukəl fəvzə bil-cənnəti və əuzu bikə minən-nar, Ya zəl-Ərşiş-şamixil-munif, Ya zəl-Cəlali vəl-İkramil-Bazixil-Əzim, Ya zəl-mulkil-faxiril-qədim, Ya İlahəl-aləmin, Ya sərixəl-mustəsrixin və Ya mənzulən bihi kullu hacətin, in kuntə qəd rəziytə fəzdud ənni rizən minkə və qarribni minkə zulfi və illa təkun rəziytə ənni fəbihəqqi Muhəmmədin və Alihi və bifəzlikə ələyhim ləmma rəziytə ənni innəkə Əntət-Təvvabur-Rahim.”

 

2590 Görüş

Əsas terminlər: Nəfslə mübarizə
İmanın zəif olması
Tarixində 17 February 2026 & Saat 07:13

İman zəfif olduğu halda neynəmək lazımdır?

1-    Öz imanınızı gücləndirin. İmani gücləndirməyin yolları bunlardır:

Təfəkkür və fikr etmək. İman məsələsi əqidəvi bir məsələdir. Əqidədə könülə məxsus olan bir işdir. Könülə aid olan bir işində fikirləşməyə ehtiyacı vardır. Yəni imanı qazanmağın müqəddimə və girişlərindən biri fikirləşmək və düşünməkdir. Elə buna görə Qurani-Kərimdə fikirləşmək və düşünməyə həddən artıq təkid olunmuşdur. Çünki fikirləşmək və düşünmək Allahı  tanımağın başlanğıcıdır.

 

Amma nə haqda fikirləşək?

 

A: Yaranış aləminin əzəmət və böyüklüyündə fikirləşmək.

B:  Allah- təalanın əzəmət və qüdrətində fikirləşməliyik. Beləki  bu əzəmətli aləmi bu qaydada dəqiq nəzm ilə və sonu olmayan kainatı bir iradə və göstərişlə yaratmışdir. Bütün  bu böyük aləmi bir iradə ilə icra edir və hərəkətə gətirir.

C:  Ölümdən sonra o aləmin haqqında və həmçinin qiyamətin əlamətləri barədə fikirləşmək. İnsanın axırı haqqında düşünün.

 

2-Əqidəti kitablar mütaliyə edin. Beləliklə Allah- təala haqqina elminiz artsın və onun əzəmət və qudrətindən daha artıq xəbərdar olun.

 

3-Çalışın vacib olan əməllərinizi yerinə yetirin və gunahlardan uzaqlaşın və Allah- təala ilə ünsiyyət və əlaqənizi sağlam saxlayın. Allah- təala ilə sağlam ünsiyyət saxlamaq Allah- təalanı  əməldə tanımaqdır. Bu kimi şeyler Allahın köməkliyi ilə insanın imanın  gücləndirir.

 

2589 Görüş