SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunQəza namazı
Tarixində 17 February 2026 & Saat 08:52
Qəza namazında azan demək olarmı?
Bəli, əda namazı (vaxtında qılınan namaz) kimi azan və iqamə deyə bilərsiniz.
Qəsbi tikinti
Tarixində 17 February 2026 & Saat 08:52
1. Valideyinlərim mənim üçün ev tikdirir. Evin tikilişi zamanı istifadə edilən tikinti materiallarının böyük qismi halal, az qismi isə “qəsbi” maldır. Belə olan halda mən o evdən istifadə edə bilərəmmi? Qəsbi-mal barəsində hansı hökmə əsasən davranmalıyam?
Qəsb olunmuş bir şeyi istifadə etmək haramdır. Əgər evin yeri qəsbi olmasa orada namazın işkalı (maneəsı) yoxdur. Amma əgər evin yeri qəsbi tikinti materialları ilə döşənmiş olsa orada namaz batildir. Hər nə qədər tez olsa qəsbi malların sahiblərini razı edin və qəsbi olan miqdarın qiymətini onların sahiblərinə verin. Əgər qəsbi malların sahiblərini tanımırsınızsa öz müctəhidinizin icazəsi ilə onların tərəfindən fəqirə sədəqə verin.
Qəzavü-qədər və insanın taleyi-2
Tarixində 17 February 2026 & Saat 08:52
Allah-taala bizim taleyimizi və sonumuzu etdiyimiz əməllərə görə dəyişirmi? Yəni əməllərimizin gələcəyimizdə bir təsiri varrmı?
Bəli, insanın taleyi öz əməl və rəftarının nəticəsində dəyişir.
Allahın insanların həyatında sabit qanunlarından biri də budur ki, hər bir insanın ya cəmiyyətin taleyini onların öz əli ilə müəyyən edir və heç bir halda məcburiyyət və insan ixtiyarından xaric olan amillər rol oynamır.
Allah-taala bu barədə buyurur: “ Həqiqətən Allah heç bir dəstə üçün (mövcud) olanı (nemət, yaxud bəla və çətinliyi) onlar özlərində olanı (iman və küfrü, yaxud itaət və fasiqliyi) dəyişdirməyincə dəyişdirmir. Allah hər hansı bir dəstə üçün pislik (və əzab) istəyəndə, onun qarşısı əsla alınmaz və onlar üçün Ondan başqa heç bir yardımçı və başçı yoxdur.”1
Bu ayə ümumi bir qaydanı açıqlayır: “Hər bir insanın və ya cəmiyyətin taleyi onların öz əlindədir və bir insanın və ya bir cəmiyyətin xoşbəxtliyə ya bədbəxtliyə doğru dəyişikliyi ilk növbədə onların özündən aslıdır. Fərdi ya ictimai həyatda hər növ xarici dəyişikliklər onların daxili dəyişikliklərinə söykənir.
Evin haram pulla alınması
Tarixində 17 February 2026 & Saat 08:52
Əgər evin tikildiyi torpaq sahəsi halal pul ilə alınıb, ev isə haram pulla tikilmişdirsə o evin içində döşəmənin üstünə halal pulla alınmış xalça sərib namaz qılmaq olarmı ?
Yer qəsbi olmasa, həmçinin evin döşəməsi qəsbi şeylərlə düzəlmiş olmasa, orada namaz qılmağın işkalı (maneəsi) yoxdur. Amma əgər evin döşəməsi qəsbi daş və sementlə – daş döşəmə olsa, qəsbi daş döşəmənin üzərində namaz qılmaq caız deyil. Hətta üzərində xalça sərilmiş olsa belə namaz batildir.
Əyyame Fatimiyyə (əleyhasəlam)
Tarixində 17 February 2026 & Saat 08:52
Salamun aleykum
Sual:
Birinci və ikinci “Fatimiyyə” günləri neçə gündür?
“Fatimiyyə” günlərində neçə gün əzadarlıq etmək xüsusunda rəvayət varmı?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum və rəhmətullah
Cavab:
Möminlərin “Fatimiyyə” günlərində neçə gün əzadarlıq və matəm saxlamaqları barəsində bir hədis yoxdur, amma rəvayətlərdə qeyd edilibdir ki, möminlər bizim şadlığımızda şad və əzamızda əzadar olsunlar. Həzrət İmam Rza (əleyhissəlam) Rəyyan ibn Şəbibə buyurdu:
" اِن سَركَ اَن تَكُونَ مَعَنا فِيالدرَجاتِ العُلي مِنَ الجَنانِ فَاحزَن لِحُزنِنا وافرَحَ لِفَرحِنا"
“Əgər beheştin ali dərəcələrində bizimlə birgə olmaq istəyirsənsə, bizim qəm-qüssəmiz üçün hüznlü ol və şadlığımız üçün xoşhal ol!”[1]
Əmirul-möminin əleyhissəlam da buyurur:
« إِنَّ اللَّهَ تَبَارَكَ وَ تَعَالَي اطَّلَعَ إِلَي الْأَرْضِ فَاخْتَارَنَا وَ اخْتَارَ لَنَا شِيعَهً يَنْصُرُونَنَا وَ يَفْرَحُونَ لِفَرَحِنَا وَ يَحْزَنُونَ لِحُزْنِنَا وَ يَبْذُلُونَ أَمْوَالَهُمْ وَ أَنْفُسَهُمْ فِينَا أُولَئِكَ مِنَّا وَ إِلَيْنَا»
“Allah təbarək və təala Yerə nəzər saldı və bizi seçdi, şiələrimizi də bizim üçün seçdi ki, onlar bizim sevincimizə xoşhal və bizim qəm-qüssəmizə məhzun və kədərli olurlar. Onlar canlarını və mallarını bizim yolumuzda fəda edirlər; onlar bizdəndirlər və bizə tərəf də gələcəklər.”[2]
Bu əyyamda əzadarlıq halətinin qorunub
saxlanılması sayəsində Məsumların (əleyhimussəlam) xüsusi məhəbbət və inayətinin
cəlb olunmasına səbəb olacaqdır, İnşaallah!
[1] “Uyunu əxbarir-Rza” (əleyhissəlam), mərhum Şeyx Səduq, 1-ci cild, səh. 300
[2] “Xisal”, mərhum Şeyx Səduq, 2-ci cild, səh. 635; “Biharul-ənvar”, mərhum Əllamə Məclisi, 44-cü cild, səh. 278
İltimasi dua!