SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunMusiqiyə qulaq asmaq
Tarixində 17 February 2026 & Saat 07:13
Hansı musiqilərə qulaq asmaq olar?
Ləhv, mütrib və eyş-işrət məclislərinə münasib olan musiqiyə qulaq asmaq haramdır. Yəni əyləncə məclislərində günah yayılmasına səbəb olan və ya təhrik edən (həvəsə gətirən) musiqilər caiz deyildir.
Qeyri-möhürə səcdə etmək
Tarixində 17 February 2026 & Saat 07:13
Sual: Əgər namaz qılarkən uşaq möhürü götürüb aparsa naçar qalıb xalçanın üzərinə səcdə edə bilərikmi?
Bismilləhir Rahmənir Rahim
Sualın cavabı:
Salamun aleykum
İxtiyar və təqiyyə olmayan surətdə xalçaya səcdə etmək batildir.
Əgər namaz əsnasında uşaq möhürü götürərsə və əgər pak daş, yaxud kağız və ya pak taxta parçası və yaxud yer üzündə bitən və insanların geyimində işlənməyən otlar yaxınlıqda olarsa, onlara səcdə etsin. Amma üzərinə səcdə etmək səhih olan bir şey olmazsa, əgər namazın heyəti qorunub saxlanarsa və qiblədən də dönmərsə, iki-üç addım atmaqla möhür götürə bilərsə, gərək möhürü əldə edib namazını davam etdirsin. Əgər namazın surəti dəyişmədən möhürü uşaqdan götürmək mümkün olmazsa və namaz qılmaq üçün kifayət qədər vaxt olarsa, gərək namazı saxlayıb möhürü götürsin və namazını qılsın. Amma əgər namazın vaxtı təng olarsa bu surətdə əgər paltarı kətan və pambıqdan olsa, gərək paltarının bir hissəsinə səcdə etsin və əgər paltarı başqa növ parçadan olsa elə həmin paltara səcdə etsin. Amma əgər bu da mümkün olmazsa, əlinin arxasına, o da mümkün olmasa ehtiyata əsasən mədən qazıntılarından, məsələn əqiq daş kimi ələ gələn əşyanın üzərinə səcdə etsin.
Peyk antenaları
Tarixində 17 February 2026 & Saat 07:13
Peyk antenalarında elm və təlim-tərbiyə haqqında olan proqramlara baxmağın hökmü nədir?
: Peyk antenasından düzgün və şəriətə uyğun istifadə etməyin maneəsi
yoxdur. Xüsusilə onun elmi-əxlaqi və təlim proqramlarına baxmağın maneəsi
yoxdur. Bəli əgər proqramın aparıcısı proqramı icra edən zaman dinin zərurətlərinə
riayət etmirsə, çəkinmək yaxşıdır
və əgər riayət etməməkdən əlavə dini əqidə və əhkamları xarab etmək niyyətində olarsa bu halda ondan istifadə etmək
cayiz (icazəli) deyil.
Əbədi haram
Tarixində 17 February 2026 & Saat 07:13
Aşkarda şərab içən və dinin vacib hökmlərinə (ayinlərinə) qarşı (namaz və oruc kimi) çıxan kişinin həyat yoldaşı, bir kişi ilə zina etmiş, sonradan zina etdiyi kişi ilə ailə qurub kəbin kəsdirmişdir. Onların kəbinləri düzdürmü. Əbədi haram məsələsi onlara şamil olurmu?
Aşkarda şərab içən və dinin vacib hökmlərinə (ayinlərinə) qarşı (namaz və oruc kimi) çıxan kişinin həyat yoldaşı, bir kişi ilə zina etmiş, sonradan zina etdiyi kişi ilə ailə qurub kəbin kəsdirmişdir. Onların kəbinləri düzdürmü. Əbədi haram məsələsi onlara şamil olurmu?
Çatlaşma
Tarixində 17 February 2026 & Saat 07:13
İnternetdə çatlaşmanın (söhbət etməyin) hökmü nədir?
: İslam dinində, naməhrəm qadınla kişinin bir-biri ilə əlaqə qurması qadağan olunub. Əgər insan elmi məsələ və mübadilələrdə – o da zəruri həddə – olarsa maneəsi yoxdur. Lakin ondan artıq olarsa fəsadın yaranması üçün müqəddimədir. Buna görə zikr olunan suala əsasən hətta əgər oğlanla qızın məqsədləri dostluq olmazsa da, adətən əlaqə dostluğa səbəb olduğu və sonunda fəsada yol açdığı üçün ondan çəkinmək lazımdır.