SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunDaimus-səfər
Tarixində 17 February 2026 & Saat 05:26
Sual: Mən işimlə əlaqədar tez-tez səfərə gedirəm, bilmək istərdim "daimus-səfər" ünvanı mənə şamil olurmu və oruc-namazlarımı tam şəkildə yerinə yetirməliyəmmi?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Sualın cavabı:
Əgər sizin gedib-gəlməniz bu surətdə olsa ki, on gün bir müəyyən yerdə qalmırsız və həmişə şəri məsafət həddindən (ən azı 22.5 kilometrdən) uzağa səfər edirsiz və heç olmasa bir ay (yəni təqribən bir ay müddətində hər həftədə bir dəfə) belə davamlı müsafirət edirsizsə, bütün məkanlarda sizin oruc-namazınız kamil və tam şəkildə yerinə yetirilməlidir. Bu şəraiti olan şəxsə “daimus-səfər” (davamlı səfərdə olan) deyilir.
Meyar budur ki, bir ay müddətində ən azı on gün bir yerdə qalmayasız. Əlbəttə, sizin səfərlərinizin işinizlə bağlı olması, yaxud ziyarət və ya gəzinti xarakteri daşıması mühüm deyildir.
Lakin əgər bir şəxs “daimus-səfər” olsa və hər hansı bir səbəbə görə on gün bir məkanda qaldıqdan sonra yenidən davamlı olaraq səfərə getməyə başlayarsa, birinci səfərində namazı şikəstə (qəsr), orucu isə qeyri-məqbuldur. Amma sonrakı səfərlərindən başlayaraq namazlarını gərək kamil qılsın və oruclarını da tutsun. Məsələn, novruz bayramı ərəfəsində tətil səbəbinə iki həftə səfərdən qalsanız və tətillərdən sonra işiniz və ya təhsilinizlə əlaqədar yenidən davamlı şəkildə səfərlərə başlasanız, tətil günlərindən sonra ilk səfərdə olduğunuz müddətdə gərək namazlarınızı şikəstə qılasız və oruclarınızı da tutmayıb sonradan qəzasını yerinə yetirəsiz. Lakin sonrakı ardıcıl səfərlərdə gərək namazları kamil qılasız və oruclarınızı da tutasız.
Ümüdsüzlük
Tarixində 17 February 2026 & Saat 05:26
Mən 23-24 yaşlı bir cavanam. Hal-hazırda bir müəssisənin işçisiyəm. Doğrusu ümidsizlik vücudumu bürüyüb. Bir nəfər istəyirdim ki, onunla dərdləşim. Mən imansız bir cavan deyiləm, lakin bu günlər mənim üçün olduqca çətin keçir. Düzünü desəm keçən il mənim üçün ömrümün ən çətin keçən illərindən biri idi. Çünki əvvəllər qədrini bilmədiyim indi isə mənim üçün önəmli olan bir nəfəri itirdim. O qabaqlar həyat yoldaşım idi. Biz xoşbəxt idik lakin yalançı qürurlar, yersiz ciddilik, dərmanlara həssaslıq, dəyərsiz şeylər və s kimi bəhanələrim bizi ayrılmağa gətirib çıxartdı. Ən çətini bu oldu ki, iki ay sonra onu birdəfəlik itirdim. Düzünü desəm əgər Allahdan qorxum olmasaydı dünyadan həmişəlik əlimi üzərdim. Mənə yol göstərin.
Əgər insan həyatında Allah-taalaya əqidəsi, təvəkkülü olsa həmişə Onu öz əməllərinə şahid bilsə, Onun mütləq qüdrətinə diqqət etsə və bilsə ki, hər bir işə qadirdir o zaman belə bir insan heç zaman naümid olmaz. Bilin ki, dünyada çoxlu insan olub ki, həyatlarında sizin səhvinizdən də böyük səhvləri olub. Siz heç zaman Allahın lütf və mərhəmətindən ümidsiz olmamalısınız. Allaha şükür ömrünüzün elə bir mərhələsini yaşayırsınız ki, gələcəyiniz üçün olduqca mühüm tədbirlər töküb proqramlar cıza bilərsiniz.
Heç vaxt keçmişiniz və səhvlərini haqqında düşünməyin. Keçmişinizdən gələcəyiniz üçün ibrət götürməyiniz kifayətdir. Həmişə indiki və gələcək vəziyyətinizə diqqət edin. Öz əlaqənizi Allah-taala ilə möhkəm edin, ibadətlərinizi daha yaxşı, mükəmməl, şirin və dərin edin. Namazın ilk vaxtına və müstəhəb namazların qılınmasına diqqət edin. Özünüzü həmişə Allaha möhtac bilin. Əmin olun ki, həyatınız tezliklə dəyişiləcək. "Kim Allaha təvəkkül edərsə, O (Allah) ona (təvəkkül edənə) kifayət edər". Başqa bir tərəfdən də, sizi bu hala salan əxlaq və ruhiyyənizi dəyişdirin, diqqətli olun və özünüzü islah etmək istəyində olun. Biz də, sizin üçün dua edərik.
Usağı saldırmaq
Tarixində 17 February 2026 & Saat 05:26
Ana bətnindən uşağı saldırmaq olar? Bizim uşaq xəstə, zəif olduğuna görə həkimlər onu ana südündən kəsməyə (ayrılmağa) qəti icazə vermir. Eyni zamanda ananın bətnindəki uşağa görə onu süddən ayırmaq lazımdır. Süd əmər balanı süddən ayırsaq olmur, amma süd versəndə bətnindəki körpəyə mənfi təsir edəcək. Bu halda ana bətnindəki uşağı götüzdürmək olarmı? Onu da əlavə edim ki, ana çox zəifdir.
Verilən suala əsasən uşağı saldırmaq haramdır. Əgər bir kimsə bu işi görsə haram iş görübdür. Haram olmaqla bərabər diyəsi də (şəri cəriməsi) vardır. Buna əsasən məcburiyyət qarşısında qalsa, uşağı ana südündən kəsməli və ayrı bir yeməklərlə uşağı böyütməlidir. Amma uşağı saldırmasın!
Camaat namazı
Tarixində 17 February 2026 & Saat 05:26
Cammat namazında pişnamaz, cammat namazının niyətini necə etməlidir?
İmam camaat niyyətdə həm camaatla birgə niyyət edə bilər və həm də tək niyyət edə bilər. Camaatla birgə niyyət edəndə “İmam camaat ünvanı ilə camaatla birgə namaz qılıram” niyyəti kifayətdir. Bu niyyətlə namaza daxil olur. Xüsusi bir şey deməsi lazım deyil. Sadəcə “İmam camaat ünvanı ilə camaata namaz qılıram” niyyətin etsə düzdür.
Qadın ve kisi davranışı
Tarixində 17 February 2026 & Saat 05:26
Bir nəfər sual verir ki, ərim siqaret çəkir mən ondan küsəndə o siqareti atır, amma eşitmişəm ki, 3 gündən artıq küsülü qalmaq olmaz. Mən indi nə edim, istəyirəm o siqareti atsın. Həkim deyir ki, siqaret çəksə xəstələnəcək. Mən ondan küsə bilərəmmi?
Öz ərinizlə xoş dillə söhbət edin və ona deyin ki, onu sevirsiniz və buna görə istəyirsiniz ki, o siqaret çəkməsin. Çünki ona zərəri var. Mütləq küsmək lazım deyil.