SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunMusiqi haqda
Tarixində 17 February 2026 & Saat 08:52
Hansısa musiqi alətini evdə özün üçün ifa etməyin hökmü nədir?
Eyş-işrət alətlərini çalmaq və onları evdə saxlamaq haramdır. Onlara qulaq asmaq da, haramdır. Həmçinin eyş işrət yəni, əyyaşlıq məclislərinə münasib, yaxud təhrik edici olan musiqi alətlərini çalmaq və onlara qulaq asmaq haramdır.
Qəzavü-qədər və insanın taleyi-3
Tarixində 17 February 2026 & Saat 08:52
Bir şəxs dua yazmaqla birinin işini və ya bəxtini bağlayırsa, insanın ixtiyarsız və məcbur olmasına səbəb olmurmu? Nə üçün Allah dünyada belə bir işin görülməsinə icazə vermişdir?
Bu məsələnin ətraflı müzakirəyə ehtiyacı vardır. Sehr və cadu Allahın istək və qüdrətindən yüksəkdə deyil. Dünyada hər bir baş verən hadisə Allahın iradəsindən kənarda deyildir. Allahın hikmət və qüdrəti ilə də ziddiyyət təşkil etmir. Çünki Allah-taala özü bu qüdrəti cadukarlara vermişdir ki, kimin düzgün istifadə etməsi və kimin düzgün istifadə etməməsi məlum olsun.
Dünya səbəb və səbəbkarlar dünyasıdır və hər şey başqa bir şeyin səbəbidir. Allah səbəbləri yaratmışdır və insana da onlardan istifadə etmək ixtiyarını vermişdir; kimi yaxşı istifadə edir və kimisi pis istifadə edir. Digər tərəfdən Allah istəməsə heç bir səbəb təsir edə bilməz və bir şəxs o səbəblər üçün özündə zəmin yaratmasa, o səbəblər ona təsir etməz.
Sehr də belədir. Əgər hər şəxs Allaha təvəkkül etsə, günah və xəyanətdən uzaq olsa, Quran və duaya pənah aparsa sehrin ona heç bir təsiri olmayacaqdır. Amma hər kəs bu vasitələri əldən versə sehrin onda təsir etməsi mümkündür.
İnsan öz ixtiyarı ilə hadisələr və ya sehrin müqabilində qorunmaq vasitələrini əlindən verir. Əgər bir şəxs Allaha təvəkkül etsə onun üçün heç bir çətinlik yaranmaz. Əlbəttə İlahi imtahan və sınaqlar da mövcuddur və geniş mövzulara malikdir.
Duanın qəbul olunma şərtləri
Tarixində 17 February 2026 & Saat 08:52
Sual: Nə üçün bəzən uzun müddət etdiyimiz dualar müstəcab olmur?
Duanın qəbul olunması üçün müəyyən edilmiş şərait vardır, o cümlədən:<?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
1-İnsan tam etiqadla dua etsin və bəzi rəvayətə əsasən öz hacətinin icabətə yetməsinə çox inansın, sanki hacəti artıq müstəcab olmuş kimidir.
2-Dua zamanı Allahdan qeyrisinə ümid bağlamasın və ixlasla dua etsin.
3-Təkcə dua etməklə kifayətlənməsin və duadan əlavə mümkün təbii yollardan da istifadə edib öz çətinliyini aradan aparmağa çalışsın.
4-Duanın qəbul edilməsinə mane olan məsələləri aradan aparsın, məsələn əldə edilən haram yeməyi kənar etsin, duadan öncə öz günahlarından tövbə etsin, haram mal yeməkdən çəkinsin, başqalarına hörmətsizlik etmədiyi dillə dua etsin (töhmət-qeybət-yalan deməsin və ya tövbə etsin və öz dilini islah etsin).
5-Duadan öncə və duanın sonunda Peyğəmbərimizə (sallallahu aleyhi və alih) və Həzrətin pak Əhli-beytinə (əleyhimussəlam) salavat desin.
6-Duanın qəbul edilməsi insanın məsləhətinə uyğun olsun. Bəzən mümkündür duanın bütün şəraiti mövcud olsun, amma bununla belə dua müstəcab olmasın, çünki Allah o şəxsin məsləhətini etdiyi duanın müstəcab olmamasında görsün. Həmçinin rəvayətdə deyilir ki, Əgər Allah taala müəyyən səbəbə görə dünyada öz bəndəsinin duasını müstəcab etmirsə, onun axirəti üçün çoxlu savab yazır.
Eləcə də bəzən insanın duası qəbula yetir lakin onun icabəti təxirə qalır. Bunun səbəbi barəsində rəvayətdə deyilir ki, Allah taala mələklərə buyurur: Bu bəndəmin səsini çox eşitmək istəyindəyəm.
Hər halda Allahın rəhmətindən naümid olmayın. Əgər bu vaxta qədər duanız müstəcab olmayıbsa, bu o demək deyildir ki, sizin dualarınız və zəhmətiniz hədər getmişdir, əksinə Allah dualarınızın savabını sizin üçün zəxirə edib yazmışdır. Ola bilsin məsləhət deyilmiş və ya Allah sizi müəyyən vaxta qədər imtahan etmişdir, deməli dua etmənizə davam edin və ümidsizliyi özünüzdən uzaq edin.
Cinayətkarı edam etmək olarmı?
Tarixində 17 February 2026 & Saat 08:52
İslamda cinayətkarı edam etmək hökmü varmı?
Bəzi günah və cinayətlərin hökmü edamdır. Məsələn bir nəfər bir nəfəri öldürsə və öldürülənin varisi qisasın alınmasını istəsə, qatil edam olunur. Və ya əgər bir nəfər müsəlman olub sonra mürtəd (dindən dönə) olsa, həmçinin şəri günah cəzası alan şəxs günahından əl çəkməsə – şəriət hakiminin vasitəsi ilə 3-cü dəfə şəri cəza tətbiq olandan sonra təkrar həmin cəzaya mürtəkib olan şəxs – edam olunur.
Evlənməsi haram olan
Tarixində 17 February 2026 & Saat 08:52
Buyurdunuz ki, zinakar qadın zina etdiyi kişiyə həmişəlik haramdır. Bəs əgər bu qadın illərlə əri tərəfindən əziyyət edilibsə və əri onun təlabatını yerinə yetirmirsə, qadını ilə vaxtı-vaxtında əlaqədə olmursa, onu dindən uzaqlaşdırıb günaha çəkirsə, bu qadının vəzifəsi nədir? Zina etdiyi kişi tövbə edərsə, onunla evlənə bilərmi?
Sizin yazdığınız şəkildə, biz cavab göndərməmişik. Baxmayaraq ki, məşhur müctəhidlərin nəzərinə görə ərli qadınla zina əbədi haram olmağa səbəb olur, lakin həzrət Ayətullah əl-uzma Fazil Lənkəraninin nəzərinə görə ərli qadınla zina əbədi haram olmağa səbəb olmur. Zinakar kişi və qadın boşandıqda, əlbəttə “təlaq iddəsi” bitdikdən sonqa evlənə bilərlər. Eyni zamanda etdikləri günahdan da tövbə etməlidirlər.