SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşun“Aşura” ziyarətnaməsinin mötəbər təriqi (nüsxəsi)
Tarixində 17 February 2026 & Saat 08:52
Lütfən “Aşura” ziyarətnaməsinin oxunuşunun mötəbər və səhih tərzini kamil şəkildə, bütün surətlərini bəyan edin
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab) “Aşura” ziyarətnaməsinin kamil oxunuşunun bir nümunəsi elə həmin keyfiyyətlədir ki, “Məfatihul-cinan” kitabında Əlqəmənin vasitəsilə: – yüz lənət, salam və duaya şamil olmaq surətində – nəql edilmişdir. Tarixi sənədlərin tədqiqi üçün isə “Aşura” ziyarətnaməsinin şərhində yazılan kitablara, o cümlədən, (Tehraninin) “Şifaus-sudur”, yaxud “məzar” ünvanında təlif edilmiş mərhum Şeyxin “Misbah”, İbni Quləveyhin “Kamiluz-ziyarat”, Kəfəminin “Misbah” və c. Kitablarına müraciət edə bilərsiz.
Yuxuya etimad etmək düzdürmü?
Tarixində 17 February 2026 & Saat 08:52
Sual: Salamun aleykum. Qardaşım yuxusunda bir kişini görür. O, qardaşıma yaxşı sözlər və göstərişlər, bəzən də yaxın gələcəkdən xəbər verir. Bu son vaxtlar yuxuda ona deyib ki, qısa bir müddətdən sonra dünyadan gedəcəksən. Bu yuxu qardaşımın ruhi sıxıntılığına və narahatçılığına səbəb olub. Görəsən, yuxuda gördüyü bu kişinin verdiyi xəbər mötəbərdir, onun göstərişlərinə uyğun əməl etmək düzdürmü?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab) Müqəddəs şəriətin dediklərinə və “Tovzihul-məsail” risaləsində bəyan olunan göstərişlərə əməl etmək lazımdır. Ələm mərcəyi-təqliddən qeyri şəxsin sözü höccət (əməl edilməsi lüzumlu) deyil və Qurani-Kərimin (قل اعوذ بربّ الناس), (قل اعوذ بربّ الفلق), (قل هو الله احد) və (قل يا ايها الكافرون) –“Nas”, “Fələq”, “Tövhid” və “Kafirun” surələrini oxumağa davam edin.
Əbdal və övtad
Tarixində 17 February 2026 & Saat 08:52
Salamun aleykum. Zəhmət olmasa Əbdal və övtad barəsində məlumat verərdiniz.
Allahın adı ilə
Əbdal və Övtad kəlmələri bəzi rəvayətlərdə gəlmiş və ariflər yanında işlənən adlardır. Övtad kəlməsi lüğətdə mıxlar deməkdir. Qurani-Kərim dağları Yer üzünün mıxları kimi tanıtdırır. Bəzi hədis kitablarında müxtəlif övliya qrupları Övtad adlandırılmışlar.
Əbdal sözü istilahda elə ariflərə deyilir ki, heç birşəxsin təsiri altında deyillər və maddi qeydlərdən, eləcə də maddənin zülmət hicabındanuzaq olduqları üçün müxtəlif şəkillərə düşməyə qadirdirlər.
Şiə rəvayətlərində bəzən Peyğəmbər (sallallahu əleyhi və alih) və on iki İmam (əleyhimussalam), bəzən də övliyalar Övtad adlandırılmışlar ki, Əbdal, abidlər və zahidlər silsiləsi sırasında qərar tutmuş və Allahın sevimli bəndələrindəndirlər. Övtad kəlməsi Peyğəmbər (sallallahu əleyhi və alih) İmamlar (əleyhimussalam) barəsində işləndikdə belə mənanı ehtiva edir ki, Allah onların vasitəsilə Yer sakinlərini həlakətdən hifz edir. Hər zaman insanlar On iki İmamı tərk etsələr, Yer öz əhlini qərq edəcəkdir. Allah bu qrupu öz bəndələri üçün hüccət qərar vermişdir. Onlar Yaradanın əmrinnə həmişə hazırdırlar. Onların xilqəti varlıq aləminin xilqətindən öncə olmuş və onlar Allah ərşinin sağ tərəfində nur şəklində qərar tutmuşlar.
Övtad təbəqələrinin mühüm xüsusiyyətindən biri də budur ki, onların biri vəfat etdiyi zaman Əbdal və ya Əbrar təbəqəsindən digəri onun canişini olur. Beləliklə, Övtad əsl və Əbdal isə onlara canişindirlər.
Xalid ibni Əbil-Heysəm bir hədisdə deyir, Həzrət Rza əleyhissalamdan soruşdum: Xalqın nəzərinə əsasən, Yer üzündə Əbdal vardır, onlar kimlərdir? Həzrət buyurur: "Doğru deyirlər, Əbdal övsiyadır, Allah onları ənbiyanın vəfatından sonra onlara canişin təyin etmişdir. Onların silsiləsi Həzrət Muhəmməd sallallahu əleyhi və alihlə xətm olunmuşlar.
Mərhum "Mühəqqiq Tureyhi" Məcməul-Bəhreyn kitabında Əbdal sözünün mənasında buyurur: "Onlar Saleh insanlardan bir qrupdur və həmişə Yer üzərində həyat sürürlər, hər vaxt onlardan biri vəfat edərsə, Allah onun yerinə digərini təyin edir. Onlar Şam vilayətində yaşayır sayları 40 və ya 70 nəfərdir, yaxud İmam Məhdi əleyhissalamın səhabələri arasında yaşayan 30 nəfərdir. Bəzən Əbdal barəsində deyilən sözlərdən belə düşünülür ki, onlar İmam Zaman əleyhissalamın böyük qeybət dövründə o həzrətlə birlikdə olan 30 nəfərdirlər, onlardan hər birisi vəfat edərsə, onun yerini başqa bir layiqlisi tutur.
Doğrudur, Ovtad və Əbdal adları daha çox ariflərin dilində işlənən sözlərdir və Əhli-sünnə arifləri bu adlardan çox istifadə etmişlər, amma onların təbirləri əgər Quran və hədislərə mütabiq olmazsa, mötəbər sayılmayacaqdır.
Əhli sünnə sufilərinin rəvayətlərində Ovtad övliya qrupundan hesab edilirlər və sayları 4 və ya 7, yaxud 40 nəfərdirlər ki, həzrət Musa əleyhissalamın xəlqi və ya həzrət Cəbrailin qəlbinə xəlq olunmuşlar. Onlar həzrət İbrahimin (əleyhissəlam) yəqinliyi həddində yəqinə malikdirlər ki, onların bərəkətinə yağış yağır və yer üzərindən bəla uzaq edilir və insanlar onların bərəkətinə ruziyə çatırlar.
Sufi əhlində və arifllərdən bəziləri Allah övliyalarınınsayını hər dövrdə 352 nəfərdən təcavüz etməyən həddə təyin etmişlər. Onlardan birisi o birilərinin rəisi hesab edilir ki, onu Ğovs, Fərd, Qütb və Came adlandırırlar. Bu Qütb hamının yanında məxfi olaraq qalır, yalnız özü öz məqam və rütbəsi barəsində izhar etdikdən sonra tanına bilər. Qütbdən aşağı mərtəbədə olan 4 nəfər, Ovtad adlanır və ondan aşağı mərtəbədə olan 7 nəfər isə Əbdal adlanırlar. Aşağı mərtəbədə olan 40 nəfər, Nücəba və ya Ricalul-ğeyb sayılırlar. Üç yüz nəfər aşağıda gələnlər isə Nüqəba deyə adlanırlar. <?xml:namespace prefix = o ns = "urn:schemas-microsoft-com:office:office" />
Bir
daha qeyd etməliyik ki, əgər bu deyilənlər rəvayətdə gəlməsə və yalnız sufilərin
yaxud bu kimi insanların dilindən nəql edilərsə, heç bir etibara malik
sayılmayacaqdır.
Heyvanlar haqda
Tarixində 17 February 2026 & Saat 08:52
Heyvanı axtalamaq haramdır?
Sərab haqda
Tarixində 17 February 2026 & Saat 08:52
Mən yaşadığım vilayətdə İslamı bacardığım qədər təbliğ etmişəm, amma indi bir sual çıxıb ona cavab vermişəm, amma şiə qardaşım hənəfinin dediklərinə inanaraq mənim fəaliyyətimə mənfi təsir göstərir.
Mömin bəndə şərab içərsə o həmin halda imandan və dindən çıxmış olar (hənəfi məzhəbi deyir ki, Peyğəmbərin (s.ə) hədisinə görə o din və imandan çıxmır)
Baxmayaraq ki, şərab haramdır və şərab içmək böyük günahlardandır, hətta Məsumlarımızdan(ə) bizə gəlib çatan rəvayətlərə əsasən bir nəfər şərab içsə və tövbə etməsə qirx gün onun namazı qəbul deyildi və baxmayaraq ki, namazlarını qılmaq vacibdir, amma savabı olmur.
Həmçinin ayrı bir rəvayətdə gəlibdir: Şərab içən qiyamət günündə üzü qara, dili ağzından eşiyə çixmış və ağzının suyu sinəsinə tökülmüş və susuzluqdan ucadan qişqiran halda olar. Allah -təalanın ən pis əzabına düçar olar.
Şərab içən dindən xaric olmaz, dindən çixmış sayılmaz. Ona kafir deyilməz və imandanda xaric olmaz.
Əlbətdə bəzi rəvayətlərdə gəlib: Şərab içən tövbəsiz ölsə küfr halında və kafir olaraq ölmüşdür. Bu şərab içənin günahının daha şiddətli və çox olmasındandır. Amma nəqədər diridirsə müsəlmandır və islamın hökümləri ona aiddir.