SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunAnanın bədəxlaqlığı müqabilində qızın rəftarı
Tarixində 17 February 2026 & Saat 08:52
Mən öz anamı bütün vücudumla sevirəm və onun hörmətini saxlamaq üçün heç bir səy və bacarığımı əsirgəmirəm. Amma o, mənimlə elə rəftar edir ki, əgər ona zahiri bənzərim olmasaydı, deyərdim ki, yəqin mən onun övladı deyiləm. Anam mənim əlimdən əsəbləşcəyin, məni vurur, hamının qarşısında təhqir edir, danlayır, başıma çığırır, töhmət vurur və yaraşmaz sözlər deyir. Həmişə mənə deyir ki, səndən acığım gəlir, ürəyimdə sənə qarşı kin-küdurət vardır. Doğrusu, bilmirəm ki, nə edim?! Ona cavab qaytardıqda, özümə nifrət edirəm və deyirəm ki, elə bu anda Allah məndən qəzəblidir, əməllərim qəbul deyil... Heç bir cavab qaytarmadıqda da, əsəbləşirəm, başqaları ilə bədəxlaq oluram. Lütfən mənə yol göstərin ki, anamla necə rəftar etməliyəm?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab) Möhtərəm xanım, bütün bu çətinliklərə baxmayaraq sizin, Allah-taalanı düşünüb: olmaya Onun qəzəbinə səbəb olacaq bir işi edə biləcəyinizdən nigaranlıq hissi keçirməyiniz, həqiqətən, çox sevindirici bir haldır. Bu dünyada hər bir insanın müəyyən nöqsanları vardır, günahsız və nöqsansız insanlar bizim məsum imamlarımız (əleyhimussəlam)- dır. Hər bir kəs, hər nə qədər pisliklər və nöqsanları özündən uzaqlaşdırarsa, bir o qədər Allaha və Əhli-Beytə (əleyhimussəlam) yaxınlaşar. Bunu bilin, ananızın fikir tərzi, sizin fikriniz kimi ola bilməz. Siz indiki zamanda böyümüsünüz, amma ananız sizdən qabaqkı bir dövrdə böyüyübdür. İnsan hər bir mühitdə yaşayıb öz cavanlıq dövranını o mühitdə başa vurursa, bu, insanın mənəvi keyfiyyətini və əhvali-ruhiyyəsini müəyyən edən etik normaların formalaşmasında çox böyük təsir qoyur. Çalışın, insanlarda gördüyünüz hər növ pisliklər üçün mümkün qədər müəyyən bir cəhət və səbəb tapasınız, onları dərk edəsiniz. Sizin ananız, sizinlə hər cür rəftar etmiş olsa belə, yenə sizin ananızdır və onun ehtiramını riayə tetmək sizin vəzifənizdir. Olmaya onunla tünd və kobud rəftar edəsiniz. Hər zaman onun rəftarından narahat olub qüssələndiz, iki rükət namaz qılın, Rəbbinizə ürəyinizi açıb danışın və İmami- Zaman (əleyhissəlam)- dan kömək alın, kədərinizi və çətinliklərinizi o həzrətə deyin. Ola bilsin Allah-taala sizə xüsusi nəzər yetirsin, qəlbinizi Öz məhəbbəti ilə elə doldursun ki, bir daha başqalarının tünd rəftarından narahat olmayasız və bu kimi məsələlərlə bağlı rahatcasına güzəşt edəsiz. Bunu da bilin ki, Allah-taalanın yanında bu söylədiklərinizin müqabilində səbr etməyinizin çox böyük əcri vardır.
Eyni halda, əgər təsiri olacağına ehtimal edirsizsə, onun bədəxlaqlığının kökünü araşdırın və bəzi ruhanilərdən söz eşidə bilirsə, öz çətinliyinizi o ruhaniyə söyləyin ki, ananıza, doğru yol göstərib islah olmasında kömək olsun.
Ümidvaram, həzrət Əbul-həsən imam Əli ibni Musər-Rzanın (əleyhiməssəlam) xüsusi inayəti sizə şamil olsun.
Zöhr namazının vaxtı
Tarixində 17 February 2026 & Saat 08:52
Bir şəhərdə günün uzunluğu 14 saatdır, şaxisdən (günorta namazının vaxtını təyin etmək üçün yerə taxılan çubuq) istifadə olunanda 9 saat şərqə, 4 saat quruba qalır – sual budur: Biz burda zöhr namazın saatla yoxsa şaxislə qılmalıyıq?
Şaxisdən istifadə etmək təbii bir vasitədir. Amma bir şəxs saat vasitəsi ilə ya zamanla uyğun gələn hansısa dəqiq bir vasitə ilə namazın vaxtını və namazın fəzilətli vaxtlarını təyin edə bilirsə ondan bəhrələnməyin və istifadə etməyin heç bir eybi yoxdur.
Buna əsasən əgər saatın vasitəsi ilə namazın dəqiq vaxtı təyin olunursa, zöhrün vaxtın saatla təyin edib namaz qıla bilər. Amma əgər saatla vaxtı dəqiq təyin edə bilmirsinizsə şaxisin vasitəsi ilə zöhr namazının vaxtını təyin edin.
İstixarənin mənası
Tarixində 17 February 2026 & Saat 08:52
Mən bir şirkətdə çalışıram və bu yaxınlarda elə həmin şirkətdə daha yaxşı maaşla, vəzifəsi də üstün olan bir vakant yer əmələ gəlib. Mənə də o yerdə işləmək təklif olunub. Təklif gələndən sonra mən yeni işə keçib-keçməməkdə qərarsız olduğum üçün “istixarə” etdirdim və cavabı çox pis gəldi. İndi isə qərarsızam o işə keçim yoxsa yox? Ümumiyyətlə bu məsələdə istixarə etmək olarmı?
Böyük alimlərin rəyinə əsasən istixarə “xeyir tələb etmək” yaxud “düzgün yol” mənasındadır. İnsan bir iş barəsində məsləhət etməklə yaxud fikir yürüdməklə bir yerə çatmadığı təqdirdə, Allahdan istəyir düzgün yolu ona göstərsin.
İnsan gərək işlərində əvvəlcə məsləhətləşib araşdırma aparsın, əgər bir nəticə əldə etməsə o vaxt istixarə etdirə bilər. Istixarəni elə adam etməlidir ki, Quran ayələrinin işarə və məzmunundan agah olub, istixarənin yaxşı və ya pis.olduğunu başa düşsün.
İstixarə pis gəldiyi təqdirdə ona əməl etmək vacib deyil, amma yaxşıdır, istixarənin məzmunu ilə müxalifət etməsin.
Buna görədə əgər istixarəni düzgün etdirmiş olsanız yaxşıdır ki, onunla müxalifət etməyəsiniz. Bir müddət səbr edin, ta əvvəlki istixarəni nə üçün etdirmisinizsə həmin hadisədə bir dəyişiklik yaransın və sonradan o dəyişikliyə görə yenidən istixarə edin. Bu niyyətlə ki artıq ilk dəfə hansı iş üçün istixarə etmişdiniz. Misal olaraq pis gəlmişdirsə və həmin işdə artıq dəyişiklik yaranıb indi itəyirsiniz Allahla məşvərət edəsiniz ki - indi necə, bu işdə dəyişiklik yaranandan sonra da bu iş yaxşıdır ya yox?- bu zaman siz ikinci istixarəni edə bilərsiniz.
Əgər məsləhət və təhqiqat yolu ilə belə nəticəyə çatırsınız ki, ikinci işiniz yaxşıdır, o işə başlaya bilərsiniz.
Orucun zərərli olması
Tarixində 17 February 2026 & Saat 08:52
Mənim mədəm xəstədir mən istəyirəm oruc tutum. Orucun mənə zərəri olmasıni necə müəyyən edim? Bu halda oruc tutsam mənim orucum düzdür ?
Əgər oruc tutarkən özün də oruc tutmağın sənə zərər olmasını hiss edirsənsə, o zaman özünə zərər vurmamalısan .Həmçinin əgər mömin və dindar bir həkim sizə orucun zərərli olduğunu deyirsə, sizdə onun sözünə inam yaranırsa yenə də tutmamalısınız. Amma dinə bağlı olmayan bir doktor deyirsə, onun sözunə inanmaq lazım deyildir. Bir sözlə təyin etmək insanin və oruc tutanın özü ilədir. Əgər dəqiq bilə ki, onun üçün zərəri var, ya qorxa ki, oruc tutmağının ona zərəri olar o zaman oruc tutmaq onun üçün vacib deyildir. Əgər zərər olduğu halda oruc tutsa düzgün deyil və batildir.
Ölüm qorxusu və ondan yaxa qurtarmaq yolu
Tarixində 17 February 2026 & Saat 08:52
Salamun aleykum
Mən son zamanlar ölüm haqda çox fikirləşirəm və tez-tez yuxudan da diksinib atılıram, lütfən bu qorxudan necə yaxa qurtarmaq yolunu mənə göstərərdiz
2-Günahlar. Yaxşı əməlləri az olan və günahları çox olan insan ölümdən qorxur, çünki ölüm onun üçün əməllərinin hesab kitabının başlanğıcı və əzab-əziyyətlə üzləşməsi olacaqdır.
3-Dünyaya və dünya malına çox əlaqəli olmaq, halal və haram yollarla mal-dövlət qazanmaq, dünyanı abadlaşdırıb, axirəti xarab etmək. Zahirdə abadlaşdırdığı dünyadan köçüb xarab etdiyi axirət və qəbir evinə getdiyini təsəvvürə gətirdikdə, ölümündən qorxur.
4-Axirət dünyasını tanımamaq və onun barəsində məlumatsız olmaq. Tanınmaz bir aləmə getmək insanda qorxu yaradır və öz gələcəyi barəsində nigəran olmağa başlayır.
Bu amillərin məcmusu birlikdə insanda ölüm qorxusu yaradır...
Amma ölümdən sonra daha geniş bir aləmin olmasına etiqadlı olan şəxs, o dünyada insanın əməllərini hesab kitab etməyi dərk edən şəxs, bu dünyada öz əməllərindən muğayat olur, vacibi hökmlərə əməl edib yerinə yetirir, haram işlərdən uzaq olur, etdiyi günahlardan da tövbə edir, camaata zülm etməkdən saqınır, başqalarının mal-dövlətinə toxunmaqdan çəkinir və özünü ölümə hazırlayır, belə insanda ölüm qorxusu da az olur. Hərçənd, təbii olaraq əksər insanlarda ölüm qorxusu vardır, amma bu miqdar qorxu səbəbinə əgər insan günah və haram işlərdən uzaqlaşarsa, belə qorxunun olması heç də pis deyil, əksinə yaxşıdır.
Deməli, siz Allaha təvəkkül edin və bunu bilin ki, Allahın izni olmadan, hətta ağacın yarpağı belə yerə düşməz. Öz əməllərinizi islah edib düzəldin, Allah ilə rabitənizi artırın və möhkəmlədin, bu halda ölüm qorxunuz da azalacaqdır.
Allahı zikr edib Onunla ünsiyyət yaratmaq insanda rahatlıq yaradır və aram tapır, Allah-taala ilə düzgün rabitənin bərqərar olması insanın dünya və axirətinin islah olunmasına səbəbdir.
Allah sizə tövfiq versin, iltimas dua!