SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Quranda Məsum İmamlarımızın (əleyhimussəlam) adları
Tarixində 17 February 2026 & Saat 07:13

Sual: Nə üçün Qurani-Kərimdə Məsum İmamlarımızın (əleyhimussəlam) adları yoxdur?

Bismillahir Rahmanir Rahim

Salamun aleykum

Həzrət İmam Sadiq (əleyhissəlam) bu suala belə cavab verir:

... Əbu Bəsir nəql edir ki, Əbu Abdillah həzrət Sadiqdən (əleyhissəlam): – Qurani-Məcidin:  "Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!.."- ayəsi (Nisa surəsi, ayə 59) haqqında soruşdum. Həzrət buyurdu: "Bu ayə Əli ibn Əbi Talib, imam Həsən və imam Hüseyn (əleyhimussəlam) haqqında nazil olmuşdur."

Dedim: "Camaat deyir ki, nə üçün Əli ibn Əbi Talib və onun Əhli-beytinin (əleyhimussəlam) adları Allah-taalanın kitabında çəkilməmişdir?" İmam (əleyhissəlam) buyurdu: "Bunu soruşanlara deyin ki, "Namaz ayəsi həzrət Peyğəmbəri-Əkrəmə (sallallahu aleyhi və alih) nazil oldu, amma namazın rəkətlərinin sayı bu ayədə bəyan olunmamışdı. Bunu Allahın elçisi (sallallahu aleyhi və alih) camaata izah etdi. Zəkat ayəsi nazil oldu, amma qırx dirhəmdən bir dirhəminə zəkat düşdüyü bu ayədə bəyan olunmamışdı. Bunu da Peyğəmbər (sallallahu aleyhi və alih) camaata izah etdi. Həccə getmək əmr olundu, amma Kəbə evini yeddi dəfə təvaf etmək göstərişi verilməmişdi. Bunu da Peyğəmbər (sallallahu aleyhi və alih) açıqladı..."

Mənbə: "Üsuli-kafi", 1-ci cild, səh. 286-287, hədis -1

2857 Görüş

Forex sistemi
Tarixində 17 February 2026 & Saat 07:13

Dünyada istifadə olunan Forex sisteminin hökmü nədir. Bu haramdırmı?
Forex sistemi istifadə olunan bir müəssisədə işləyirəm komputer mühəndisi kimi. Bəzən də onların müəyyən işlərində vasitəçilik etməli oluram. Mənim bu müəssisədə işləməyim caizdirmi? Və indiyə kimi qazandığım gəlirin hökmü necə olacaq ?

Forex bazarı “fırıldaqçı bazar” və yaxud “fırıldaqçı şirkət” adı ilə tanınmışdır. Əgər bu günə qədər Forexlə işləmisinizsə eybi yoxdur. Eyni zamanda oradan əldə etdiyiniz gəlirin də eybi yoxdur. Amma bundan sonra Forex şirkəti ilə işləməyin. Kiminsə orada işə düzəlməyi üçün də vasitəçi olmayın!

2836 Görüş

Əzan və iqamə haqda
Tarixində 17 February 2026 & Saat 07:13

Radio vasitəsi ilə İranda yashayan bir alimimizin azanda Həzrət Əlinin(ə) haqqında təxminən bu cür şəhadət verdiyini eşitdim: Əşhədu ənnə əmirəl mömininə Əliyyibni Əbutalib vəliyullah vəsiyyun Rəsulillah. Mənim yadimda saxladigim budur. Xahiş edirəm sizdən burda səhv varsa duzəldib mənə yazin.

“Əşhədu ənnə əmirəl mömininə Əliyəbnə Əbi Talib vəliyullah vəsiyyu Rəsulillah” zikrini namazın əzan və iqaməsində rəca qəsdi (yəni bu əməli burda yerinə yetirməklə savab bir əməl yerinə gətirirəm) ilə demək yaxşidir. Amma əzanla iqamənin bir hissəsi deyil. Namazın təşəhüdündə onu demək caiz deyildir. 

Bunuda unutmamalıyıq ki, Əmirəl mömininə Əliyəbnə Əbi Talib vəliyullah vəsiyyu Rəsulillah olmasinda heç bir şübhə yoxdur. Ona namazdan ayrı yerdə deməyində savabı vardır,  amma bu o demək deyildir ki, hər bir şey həqiqətdirsə onu namazda deməliyik.

2830 Görüş

Nə üçün namazı ərəb dilində qılırıq?
Tarixində 17 February 2026 & Saat 07:13

Nə üçün namazı ərəb dilində qılırıq? Olmazmı hər millət namazı öz dillərində qılsın?


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab) Dünyada mövcud olan dillər arasında ən kamil və ən dolğun mənalı dil, ərəb dilidir. Bu dilin kəlmələri son dərəcə dəqiq və zərif mənalara şamildir. Belə ki, başqa dilə tərcümə edərkən həmin mənaları olduğu kimi çatdırmaq adətən mümkün deyil. Allah-taala Qurani- Kərimdə bu dili, “ərəbiyyi mubin” (bəyan edib və aydınlıq gətirən ərəb dili) adlandırmış, səmavi kitabların ən üstünü olan Quranı bu dildə göndərmiş, Öz bəndələrinin bu dildə namaz qılmalarını vacib buyurmuş və namazın qılınma keyfiyyətini də həzrət Peyğəmbəri-Əkrəmin (sallallahu əleyhi və alih) vasitəsilə bəyan etmişdir.

Müvəffəq olasınız

2827 Görüş

Həzrət Əli əleyhissəlamın fəzilətlərindən
Tarixində 17 February 2026 & Saat 07:13

Salamun aleykum
Qurani-Kərimdə Əmirəl-Möminin Əli əleyhissəlamın şənində ayə və ya ayələr nazil olmuşdurmu? Lütfən əgər vardırsa bəyan edin


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

Həzrət Əli əleyhissəlamın şənində bir çox Quran ayələri nazil olmuşdur, bəzi alimlər onların sayını 300-ə qədər demişlər. Bunlardan məşhur olan və bəzi əhli-sünnə alimlərinin də qəbul etdikləri ayələr ibarətdir:

1. Maidə surəsinin 55-ci ayəsi;

 « انما ولیکم الله و رسوله و الذین آمنوا الذین یقیمون الصلوة و یؤتون الزکوة و هم راکعون»

2. Maidə surəsinin 67-ci ayəsi;

 « یا ایها الرسول بلغ ما انزل الیک من ربک.»

3. Maidə surəsinin 5-ci ayəsi; «الیوم اکملت لکم دینکم..»

4. Əhzab surəsinin 33-cü ayəsi;

 « إِنَّمَا يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً »

5. Ali-İmran surəsinin 61-ci ayəsi;

 فَمَنْ حَآجَّكَ فِيهِ مِن بَعْدِ مَا جَاءكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْاْ نَدْعُ أَبْنَاءنَا وَأَبْنَاءكُمْ وَنِسَاءنَا وَنِسَاءكُمْ وَأَنفُسَنَا وأَنفُسَكُمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَل لَّعْنَةَ...

(Bu iki ayə Həzrət Əli, həzrət Fatimə, həzrət imam Həsən və həzrət imam Huseyn əleyhimussəlam barəsindədir)

6. İnsan surəsi; həmçinin bu surə də həzrət Əli, həzrət Fatimə, həzrət imam Həsən və həzrət imam Huseyn (Əhli-Beyt) əleyhimussəlamın vəsfində nazil olmuşdur.

7. Bəqərə surəsinin 207-ci ayəsi ki, “Leylətul-məbit” ayəsi adı ilə məşhurdur;

 وَمِنَ النَّاسِ مَن يَشْرِي نَفْسَهُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَاللّهُ رَؤُوفٌ بِالْعِبَادِ

8. Bəqərə surəsinin 274-cü ayəsi;

 الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُم بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلاَنِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ »

(Bir çox şiə təfsirçiləri və bəzi əhli-sünnə təfsirçiləri bu ayəninin həzrət Əli ibn Əbi Talibin (əleyhissəlam) barəsində nazil olduğunu qeyd etmişlər)

İltimasi dua!

2814 Görüş