SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Ölüyə Quran oxumaq
Tarixində 17 February 2026 & Saat 05:26

Dünyasını dəyişən insana “Yasin” surəsini oxumaq nə üçündür?

Yasin surəsini dünyadan köçən üçün oxumaq olar, çünki axirət əzabının azalmasına və günahının bağışlanmasına səbəb olur. Ən azından ölənin günahının bir hissəsi Yasin surəsinin oxunması ilə bağışlanır.

2970 Görüş

Yasinin ölüyə oxunması
Tarixində 17 February 2026 & Saat 05:26

Bəzi məzhəblər ölüyə yasin oxutmağımızı irad tutur və deyirlər ki, Quran yalnız dirilər üçündür. Onun ölüyə savabı yoxdur.

Ölünün qəbri üstündə və başqa yerdə Quran oxumağın və onun savabını ölülər üçün hədiyyə etməyin savabı çox yaxşıdır. Və ölülər onun savabından faydalanır və Quran oxuyan şəxsə də savab verilir. Başqa məzhəblərin danışıqlarına etina etməyin. Quran həm dirilər üçündür və həm də ölülər onun savabından istifadə edirlər.

2961 Görüş

"Məhdi" və "Məhdəviyyət"
Tarixində 17 February 2026 & Saat 05:26

Salamun aleykum. Lütfən "Məhdi" və "Məhdəviyyət" terminləri və onların mənaları barəsində izah verin

Bİsmilləhir-Rahmənir-Rahim

Salamun aleykum

“Məhdəviyyət” termini həzrət imam Sahib əz-Zaman əleyhissəlamın barəsində bəhs edən bir mövzunu əhatə edir. O cümlədən, Həzrətin təvəllüdü, qeybə çəkilməsi, zühur etməsi, hakimiyyəti, zühur dövründə və zühurdan sonra baş verən hadisələrdən ad aparmaq olar. Qramatik baxımdan “Məhdəviyyət” sözü ikinci dərəcəli cümlə üzvü - tamamlıqdır (ismi-məf`ul) və “hidayət edilmiş” mənasında işlənən “Məhdi” kəlməsinin kökündəndir. “Məhdi” kəlməsi bəzən də indiki zaman feli sifəti mənasına olub (ismi fail) “hidayət edən” mənasında işlənir. Məhdi adı bəşərin zühurunu gözlədiyi o Həzrətin ən məşhur adıdır. Bu ad, xalqı çaşqınlıqdan haqqa və ilahi dinə hidayət etməsi baxımından o Həzrətə verilmişdir ki, bu surətdə Məhdi kəlməsi indiki zaman feli sifəti və hidayət edən mənasında işlənmişdir.

Həzrət İmam Sadiq əleyhissəlam bu barədə buyurur:  “...Həzrət Qaimə (əleyhissəlam) xalqı müsəlmanların unutduqları dinə hidayət etməsi xatirinə Məhdi demişlər.”

Vədə verilmiş Məhdinin zühuru yalnız İslam dinində deyil, əslində bütün dinlər və məzhəblərdə, o cümlədən, yəhudi, xrisyian, atəşpərəst, hətta bütpərəstlikdə belə, müzakirə edilmiş və vardır. Bu mənaya ki, zamanın sonunda (həyatın sona çatmaq əsnasında) dünyanı islah edən bir şəxs zühur edəcək və bəşərin cinayətlərinə, xəyanətlərinə və ayrı-seçgilik etməsinə son qoyacaqdır. Amma müsəlmanların arasında o xilasedicinin adı Məhdi olaraq tanındığı üçün bu təfəkkürə “Məhdəviyyət” adı verilmişdir.

Hər halda, xilqət aləminin qanunları ilə müvafiq olan Məhdəviyyət təfəkkürü və əqidəsi səmavi kitablardan götürülmüşdür. Şiə etiqadında olan müsəlmanlar arasında bu təfəkkürlə bağlı mühüm bəhslər, o cümlədən, Həzrətin zühuru, hakimiyyəti və ədaləti dünyada bərpa etməsi kimi mövzular müzakirə edilir.

2954 Görüş

Camaat namazında
Tarixində 17 February 2026 & Saat 05:26

Əhli-sünnə firqəsinin Hənəfi məzhəbinə mənsub olan şəxs, Cəfəri məzhəbinin camaat namazına qoşula bilər?

Hənəfilərin şiə camaat namazında iştirakının manesi yoxdur. Belə ki, öz məzhəbinə uyğun namaz qılsın, camaatın sırasının kənarında dayansın və ya onun vasitəsi ilə məmumların (pişnamaza iqtida edənlər) arasında çox fasilə salinmasın. Belə olan təqdirdə, şiələrin və məmumların namazı da düz olar.

2953 Görüş

İstimnanın həddi
Tarixində 17 February 2026 & Saat 05:26

İstimnanın şəri cəzasi nədir?

İstimnanın həddi yoxdur. Lakin kimsə istimna etsə və şəri hakimin yanında sübuta yetirilərsə onu cəzalandıracaq. Cəzanın miqdarını yaxud şallaq vurmağı istimna edən şəxsi cəzalandırmaq üçün şəri hakim məsləhət bildiyi qədər təyin edir.

 Hədisdə gəlib ki, istimna edən bir nəfəri İmam Əlinin (ə) yanına gətirdilər. Həzrət (ə) qızarana qədər onun əllərinə vurdu və sonra beytul-maldan onun evlənmə xərcini ödədi. Buna əsasən istimnanın cəzası şəri hakimin ixtiyarındadır və şəxsə və zamanın şəraitinə münasib cəzanı təyin edir.

2945 Görüş