SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunAtanın qəza namazı
Tarixində 17 February 2026 & Saat 03:48
Mənim atam rəhmətə gedib və namazlarını qılmayıb mən böyük oğluyam mənim vəzifəm nədir?
Verilən suala əsasən, siz atanızın böyük oğlusunuz, sizin atanızın qəza olmuş namaz və orucları sizə vacibdir ki, yerinə yetirəsiniz və ya bir nəfəri qəza namaz və oruc üçün əcir (naib) edəsiniz. Əlbəttə o səxs etibarlı, namazı düzgün tərzdə qılan olsun. Həmçinin namaz və dəstəmazın şərtlərini bilsin.
Nərd oyunu
Tarixində 17 February 2026 & Saat 03:48
Xahiş edirəm nərd oyununun haram olub-olmamasi ilə bagli hökmü öyrənməkdə kömək edəsiniz.
1-
Bunu nəzərə alsaq ki, nərd keçmişdə qumar aləti olub və camaat arasında qumar aləti kimi baxılmamasına yəqinliyi olmayana və kimsə qumar oynamağını dəqiq bilməyənə qədər onunla hətta udub-uduzmaq olmadan və şərt bağlamadan da belə oynamaq caiz deyildir. Ümumiyyətlə insanın özü hər hansı oyun alətinin və vasitəsinin qumar olmasını ayırd edə bilə və o qumar oyunu üçün işlədilən vasitənin qumar aləti və vasitəsi olmasını bilərsə ya o oyunda şərt olunarsa həmin oyun heç bir formada caiz deyildir.
Namazda zikr
Tarixində 17 February 2026 & Saat 03:48
Bəziləri namazda hər rükət üçün ayağa qalxanda bu zikri ”La hövlə və la quvvətə illa billahil Əliyyil Əzim” –deyir. Bu zikri namazın müstəhəb hissəsi qəsdi ilə demək olar?
Namazda hər rəkətdə qalxan zaman “Bihəvlil-lah və quvvətihi əqumu və əqud” zikrini demək, savabdır. Amma “la həvlə və la quvvətə illə billahil-Əliyyil-Əzim” zikrini ümumiyyətcə namazda deməyin bir eybi yoxdur. Namazin müstəhəb zikri kimi demək caiz deyildir. Yəni adi bir zikr kimi namazda deməyin eybi yoxdur, lakin namazın müstəhəb əməli kimi demək caiz deyildir.
Oruc vacib olmayanlar
Tarixində 17 February 2026 & Saat 03:48
"Şəkər xəstəsiyəm (2-ci qrup) və iki il qabaq həkim mənə oruc tutmağı qadağan edib. Gündəlik boynuna gələn kəffarəni (bir müdd yemək pulunu) ödəsəmdə, ehtiyata görə orucumu da tutmuşam. Fiziki baxımdan heç bir ziyan görməsəmdə şəkərimin artdığını müçahidə etmişəm. Mənim orucum haram oruclardan sayılirmı və mən oruc tutmağa davam edə bilərəmmi?
Əgər oruc tutmaq sizin şəkərinizin artmasına səbəb olmuş və sizin üçün bir zərər yetirmişsə, bu halda oruc tutmaq haramdır. Lakin bu orucun sizin üçün zərərli olub-olmadığını bilmədiyinizə görə harama düçar olmamısınız və tutduğunuz oruc düzdür. Amma gələcəkdə oruc tutmaq sizin üçün zərərli olarsa və ya şəkər xəstəliyinizin artmasına səbəb olarsa, oruc tutmaqdan çəkinin.
Üç, yeddi və qırx mərasimləri şəriət baxımından doğrudur?
Tarixində 17 February 2026 & Saat 03:48
Dünyasını dəyişmiş insan üçün üç, yeddi, qırx və il mərasimlərinin qeyd edilmələri şəriətdə təsdiqlənirmi? Bu günlərin keçirilməsi meyyitlə müəyyən bağlılığı varmı?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Əzadarlıq məsələsi ürfi bir məsələdir. Bu məsələ hətta keçmiş zamanlarda xalq arasında yayılmış və insanlar öz əzizlərinin ölümündə əzadarlıq etmişlər. İslam dini də əzadarlığı təsdiq etmişdir, lakin onun müddəti barəsində isə insanların dini şəxsiyyəti və mövqeiyyətinə nisbət onların əzadarlığı da fərqlənir.
Həzrət İmam Sadiqdən (əleyhissəlam) adi insanların əzadarlığı barəsində rəvayət edilib ki, əzadarlıq üç gün olsun və bundan artıq əzadarlıq etməsinlər ki, bu əməl məkruh sayılır.
Bu o mənaya deyil ki, bir kəs öz ölüsünün firağında ürək yandırmasın və ağlamasın, əksinə məqsəd budur ki, üç gün ərzində yas saxlasın və xalq bu şəxsin evinə get-gəl etsin və ona başsağlığı desin, amma üç gündən sonra artıq yas və matəm saxlamağa son qoysun və adi yaşayışına davam etsin. Bununla belə üç gündən sonra da ağlamaq və ürək yandırmaq haram deyildir, lakin əza və matəm məclisi bərpa etmək məkruhdur.
Dini şəxsiyyətlərə gəldikdə isə onların əzadarlıq müddəti də fərqlidir. Məsələn, əgər bir müctəhid dünyasını dəyişərsə, mümkündür xalq və möminlər onun üçün üç gündən artıq yas saxlasınlar və bunu İslam da qadağan etmir.
Əhli-Beytin (əleyhissəlam) mərasimləri, məxsusən həzrət İmam Huseynin (əleyhissəlam) əzadarlıq mərasimlərinə gəldikdə isə onların müddəti nəinki məhdud edilməmiş, hətta qeyd edilmişdir ki, hər zaman və hər vaxt imkan olarsa belə məclislər bərpa edilsin və rəvayətdə də bunun savab əməl olmasına təkid edilmişdir. Məsələn, bəzi rəvayətlərdə deyilir ki, İmam Sadiq (əleyhissəlam) bir şəxsə pul verir ki, Həcc mərasimində Minada həzrət İmam Huseyn (əleyhissəlam) üçün mərasim tutub rövzə oxutsun və o həzrətin müsibətini zikr etsin. Eləcə də öz evində, bəzən Əhli-Beyt (əleyhimussəlam) şairlərinin o Həzrətin ziyarətinə getdiyi zaman, onlardan Əhli-Beytin və İmam Huseynin (əleyhimussəlam) müsibətləri ilə bağlı şer oxumaqlarını istəmiş və belə mərasimlərdə İmam Sadiq (əleyhissəlam) özü də ağlayıb əzadarlıq etmişdir. Eləcə də belə məclislərin bəzisində pərdə arxasından qadınların da ağlamaq səsləri eşidilirmiş.
Bu hadisələr bunu bildirir ki, Əhli-Beytin (əleyhimussəlam) əzadarlıq məclisləri müəyyən günlərə və zamanlara məhdud edilməmişdir. Deməli, onlar üçün hər vaxt rövzə və əzadarlıq məclisləri bərpa edilərsə, savabı vardır və bu əməl İlahi şüarlar və nişanələrdən sayılır.
Amma qeyd edək ki, üç, yeddi və qırx keçirməyin meyyitin ətinin sümükdən ayrılması ilə bağlılığını bildirən sözlər doğru deyildir. Həqiqətdə xalq meyyit üçün xeyrat və ehsan etmək məqsədilə üç, yeddi və qırx, eləcə də il mərasimlərini keçirirlər və bu yolla meyyiti yada salmaq üçün xeyrat edib Quran xətmini icra edirlər. Əslində xeyrat etmək və Qurani-Kərimi xətm etmək ancaq bu günlərə məxsus deyildir və üç, yeddi və qırx, hətta şəri bir məsələ də deyildir. Bu baxımdan hər vaxt meyyit üçün xeyrat, ehsan və Quran xətmi keçirilərsə, səhihdir, amma xalq baxımından bu qeyd edilən günlər meyyit üçün münəzzəm şəkildə xeyrat etmək məqsədinə uyğundur.