SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunHaram musiqi
Tarixində 17 February 2026 & Saat 03:48
Sizin musiqi və rəqslə bağlı nəzəriniz bəllidir. Rəqsi tamamilə haram buyurmusuz. Amma musiqi məsələsində bəzi anlaşılmayan məqamlar var. Azərbaycanda 3 cür toy mərasimi olur. Biri eyş-işrət, çalıb-oynamaq, arvad-kişi qarışıq olan günah məclisi. Digər ikisi isə möminlərin toy məclisi. Bu ikisinin də fərqi vardır. Belə ki, bəziləri bir vaxt sizin, kişinin kişi məclisində, qadının da qadın məclisində rəqs etməsinə icazə verdiyiniz vaxt o cür toy edirdi. Ikinci dəstə möminlər isə rəqs olmayan, əhli-beyti zikr edən, surudlar oxuyan məddahlarla toy edir. Sonra sizdən sual olundu, rəqs toyunun haram olduğunu cavablandırdınız. Indi yalnız məddahlar əhli-beyti zikr edən musiqilər oxuyurlar. Lakin bir məsələ var. Məddahlar bir cox musiqi alətindən istifadə edir, o musiqilər de sümüyə düşən, ritmik ve ğina sayıla biləcək musiqilərdir. Yəni Peyğəmbər və əhli-beyt zikrini ondan ayırsan, başqa məclislərdə çalınan musiqidən heç fərq eləmir. Bu cür musiqilərin çalınması və əhli-beytin bu musiqilərlə zikr olunması caizdir yoxsa yox?
Verilən suala əsasən musiqi, ləhv musiqisi olduğundan, (kef, əyləncə və eyş-işrət məclisində çalınan musiqi) caiz deyildir. Bəlkə onun haramlığı, yəni haram olması, Əhli-Beyt (ə) zikr olunan məclislərdə daha şiddətlidir. Hər bir halda sizin yazdığınız formada olarsa ləhv musiqisi sayılır o da haramdır.
“Ayətul-Kursi” ayəsi
Tarixində 17 February 2026 & Saat 03:48
Salamun aleykum
Namazda oxunan “Ayətul-Kursi” bu iki ayənin hansında xətm olunur; «وهو العلی العظیم» – və huvəl əliyyul-əzim, yaxud «هم فیها خالدون» – hum fiha xalidun?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum və rahmətullah
Cavab) “Ayətul-Kursi” həqiqətdə “və huvəl əliyyul-əzim” cümləsinə qədərdir. Lakin “leylətul-dəfn” namazı kimi bir sıra xüsusi yerlərdə ehtiyata əsasən “hum fiha xalidun” cümləsinə qədər oxunsun.Müvəqqəti evlənmə
Tarixində 17 February 2026 & Saat 03:48
Mən tanımadığım bir qadınla siğə etmək istəyirəm. Onun həyat yoldaşının olub-olmadığını ondan soruşum? Əgər cavabında desə ki, vardır, ya da yoxdur. Mənim vəzifəm nə olmalıdır?
İlk olaraq ərinin olub-olmamasını soruşmalısınız. Əgər desə ərim yoxdur siğə edə bilərsiniz vaxtı və mehriyyəni müəyyən edin və siğəni oxuyun! Əlbəttə əgər bakirə olsa, ehtiyat-vacibə görə atasının razılığı şərtdir, amma əgər dul olsa, siğə və nigah düzdür.
Təqlid məsələsi
Tarixində 17 February 2026 & Saat 03:48
Lütfən Fazil Lənkaranidən (r.ə) daha elmli olan şəxsi bizə tanıtdırın.
Siz onun övladı həzrət Ayətullah Şeyx Cavad Lənkəraninin icazəsi ilə bütün məsələlərdə həzrət Ayətullah əl-uzma Fazil Lənkəraninin təqlidində qala bilərsiniz .
Onun övladı həzrət ağanın müqəllidlərinə icazə vermişdir ki, bütün məsələlərdə öz təqlidlərində qala bilərlər. Həmin icazəyə uyğun siz də Şeyx Cavad Lənkəraninin icazəsi ilə qəsd edin öz təqlidinizdə həzrət Ayətullah əl-uzma Fazil Lənkəranidə qalın. Sizin təqlidinizdə qalmağınız düzdür və onun risaləsinə uyğun əməl edə bilərsiniz. Bunun üçün məxsus bir iş lazım deyil. Təqlid hökmündə ölü müctehidə baqi qalmaq bütün müctehidlər tərəfindən caizdir. Bu zaman, əgər sizin nəzərinizdə Ayətullah Fazil Lənkərani (r ə) bütün müctehidlərdən ə`ləm (daha elimli) olsa onda baqi qalmağınız və onun risaləsinə əməl etməniz lazımdır. Deməli nə qədər ki, diri müctehidlərdən daha ə`ləmini tapa bilməmisinizsə Ayətullah Fazil Lənkəranidə baqi qalmalısınız, amma əgər Fazil Lənkəranidən ə`ləm olan diri bir müctehidə rast gəlsəniz daha Fazil Lənkəraniyə təqlid edə bilməzsiniz və hənim diri müctehidə təqlid etməlisiniz.
Orucu batil edənlər
Tarixində 17 February 2026 & Saat 03:48
Mən qəza orucu tutmuşdum, ixtiyarsız olaraq məni (sperma) xaric oldu. Bu halda mənim orucum batil olur ya yox?
Amma mənə dedilər ki, sənin orucun batildir. Mən də o alimin sözünə yəqinim olduğu üçün yemək yeyib su içdim. Mərhum Lənkarani ağanın (r.ə) fikrincə mənim vəzifəm nədir?
Yemək yeyib su içməniz orucunuzu batil edir və ayri bir vaxtda onun qəzasın bir gün yerinə yetirin! Amma ixtiyarsiz olaraq məni xaric olursa insanın özü də məninin xaric olmasını istəmirdisə oruc batil olmur.Bunuda bilməlisiniz ki, insandan xaric olan hər bir yaşlıq (rütubət) məni deyildir.
Xaric olan maye üç şərtlə məni sayılır:
1.Siçrayış və atıcılıqla xaric olsun
2.Ləzzət və şəhvətlə xaric olsun
3.Xaric olandan sonra bədəni süstləşsin
Amma qadın və xəstədə lazım deyil ki, onun bədəni halsiz olsun ya atıcılıqla xaric olsun, sadəcə şəhvət və ləzzətlə xaric olarsa məni hökmündədir.
Əgər insandan maye xaric olsa və bu xaric olan mayenin məni, sidik,və ya başqa bir sey olduğunu bilməsə,beləki o dediyimiz uç əlamətin heç biri, ya onlardan bəziləri olmasa, məni hökmündə deyildir və qüsl vermək də lazım deyil. Bədən və paltarı da nəcis etməz, dəstəmazı da batil etməz.