SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunDini mərasimlərin və məclislərin keçirilməsi
Tarixində 17 February 2026 & Saat 05:26
Salamun aleykum
Məsumların (əleyhimussəlam) mərasimləri və dini məclislərin keçirilməsinin necəliyi barəsində öz mübarək nəzərinizi buyuraydınız?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab- Ümumi şəkildə desək Məsumların (əleyhimussəlam) mərasimləri və dini məclislərin keçirilməsində aşağıda qeyd olunan mətləblər riayət edilməlidir:
1-Ürf baxımından hörmətsizlik sayılan hər növ əməldən, məsələn, əl çalmaq, fit çalmaq, kobud-ədəbsiz sözlər və ibarələrin işlədilməsindən ictinab edilib saqınmalıdır.
2-Düşünülüb izah edilməsi mümkün olmayan, qərəzli və bədxah insanların sui istifadə etməsi və məzhəb süstlüyünə səbəb olan hər növ əməldən ictinab edilməlidir.
3-Şirkə və küfrə səbəb olan hər növ ibarə və cümlələrdən uzaq olmaq gərəkdir.
4-Bədən üzvlərinə şiddətli zərər yetirən və ya bədənin naqisliyi ilə nəticələnə bilən hər növ əməldən saqınmaq gərəkdir.
5-Belə mərasimlər riyadan, özünü göstərməkdən və dünyəvi məqsədləri güdən hər cür qərəzdən gərək uzaq olmalıdır. Mərasimlər gərək xalqın qədim adət və ənənəsi əsasında keçirilsin ki, İnşaallah, İlahi dərgahda qəbula yetsin.
Muvəffəq olun!
Müstəhəb namazlar haqda
Tarixində 17 February 2026 & Saat 05:26
Dunyadan köcən möminlərə hər gecə necə vəhşət namazı qılmaq olar?
Niyyət necə deyiləcək? Həmçinin hər ayın əvvəlində qılınan namazın tərtibin zəhmət olmasa deyərdiniz .
1.Müstәhәbdir ki, mеyyitin dәfn оlunduğu ilk gеcә оnun üçün iki rәkәt vәhşәt nаmаzı qılsınlаr. Оnun qılınmаsı qаydаsı bеlәdir: birinci rәkәtdә Hәmddәn sоnrа bir dәfә “Аyәtәl-kürsü”, ikinci rәkәtdә isә Hәmddәn sоnrа оn dәfә “İnnа әnzәlnа” Surәsi охunsun, nаmаzın sаlаmındаn sоnrа dеyilsin:
اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَّمَدٍ وَابعَث ثَواَبَهَا اِلَى قَبرِ فُلاَن
“Аllаhummә sәlli әlа Mühәmmәdin vә аli Mühәmmәd vәb’әs sәvаbәhа ilа qәbri fülаn.” “Fulаn” kәlmәsinin yеrinә mәrhumun аdını dеsin.
Vәhşәt nаmаzını, mәrhumun dәfn оlunduğu ilk gеcәnin hәr sааtındа оlsа, qılmаq оlаr. Аmmа dаhа yахşı оlаr ki, işа nаmаzındаn sоnrа gеcәnin әvvәlindә qılınsın.
Әgәr mеyyiti uzаq bir şәhәrә аpаrmаq istәsәlәr, yахud bаşqа sәbәblәrә görә оnun dәfni tә’хirә düşsә, bu hаldа vәhşәt nаmаzı оnun qәbrә qоyulduğu ilk gеcәyә qәdәr tә’хirә sаlınmаlıdır.
2. Ayın əvvəlində qılınan namaz.
Ayın əvvəlində birinci günü namaz qılmağın qaydası belədir: İki rükətdir. Birinci rükətdə Həmd (Fatihə) surəsindən sonra otuz dəfə (ayın günlərinin sayı qədər) İxlas (qul huvəllah) surəsi oxunur və ikinci rükətdə otuz dəfə Qədr (inna ənzəlnahu) surəsi oxunur və namazdan sonra Allah yolunda bir sədəqə verilir (əgər hal-hazırda ehtiyaclı adam olmazsa onun üçün kənara qoyulmalıdır). Bəzi İslam hədislərində belə nəql olunub ki, hər kəs bu cür edərsə o ayda öz salamatlığını Mütəal Allahdan almışdır.Bəzi hədislərdə, namazdan sonra bu duanın oxunması sifariş olunubdur.
Bismillahir-Rəhmanir-Rəhim
Və ma min dabbətin fil-ərzi. İlla ələllahi rizquha. Və yə`ləmu mustəqirrəha və mustəvdə`əha. Kullin fi kitabın mubin. Bismillahir-Rəhmanir-Rəhim. Və in yəmsəskəllahu bizurrin fəla kaşifin ləhu illa huvə. Və in yuridkə bixəyr. Fəla raddə lifəzlihi yusibun bihi mən yəşau min ibadihi və huvəl ğəfurur-rəhim. Bismillahir-Rəhmanir-Rəhim. Səyəc`əlullahu bə`də usrin yusra. Ma şaəllahu la quvvətə illa billahi. Həsbunallahu və ne`məl vəkil. Və ufəvvizu əmri iləllahi. İnəllahə bəsirun bil ibad. La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zaliminə. Rəbbi inni lima ənzəltə iləyyə min xəyri fəqirun. Rəbbi təzərni fərdən və əntə xəyrul- varisin.
Tərcüməsi:
Bağışlayan və mehriban Allahın adı ilə.
Bu yer üzündə (heyvan, cin və ya insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsindədir və O, onların əsl məkanlarını və müvəqqəti yerlərini bilir. (Yaxud: О, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyduqları yeri bilir) (Bunalrın) hamısı aydın kitabda qeyd olunmuşdur. Bağışlayan və mehriban Allahın adı ilə. Əgər Allah sənə bir ziyan (xəstəlik, yoxsulluq, və müharibədə məğlubiyyət kimi) yetirsə, onu Ondan başqa aradan qaldıran olmaz və əgər sənin üçün bir yaxşılıq istəsə, Onun fəzlini əsla dəf edən olmaz. O, Öz bəndələrindən istədiyi bəndəsinə xeyrini yetirər. O, (çox) bağışlayan və mehribandır. Bağışlayan və mehriban Allahın adı ilə.
Allah hər hansı bir çətinlikdən sonra tezliklə bir asanlıq yaradar. Allah nə istəsə (o da olacaqdır) güc və qüvvət yalnız Allahın vasitəsi ilədir. Bizə Allah kömək edər və O, gözəl vəkildir. Mən öz işimi Allaha tapşırıram, çünki Allah bəndələrin ( halını) görəndir. Səndən başqa heç bir məbud yoxdur. Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən həqiqətən də (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam.
Ey Rəbbim, həqiqətən də mən sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə möhtacam!
Ey Rəbbim, məni tək qoyma və Sən varislərin ən yaxşısısan!
Səbirli və helimli olmaq
Tarixində 17 February 2026 & Saat 05:26
Sual: Mən əsəbləşəndə pis hala düşürəm və başqalarına da pis təsir bağışlayıram, belə ki, soyuduqdan sonra özüm də xəcalət çəkirəm. Səbirli və helimli olmaq üçün nə etmək olar?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Sualın cavabı:
Səbirli və helimli olmaq üçün insanın öz iradəsindən əlavə mübarək “Əsr” surəsini çox mütaliə edib üzərində təfəkkür etmək lazımdır.
Əsəbiliyi və tünd xasiyyətliyi dərman və müalicə etmək üçün ən yaxşı dua budur ki, həmişə Allah-taalanı yad edəsiz, iki məsələni də fikrinizdə saxlayasız və özünüzə adət verəsiz ki, əsəbi olduğunuz zaman zehninizdən çıxmasın:
Birinci, Qurani-Kərimin bu şərafətli ayəsini həmişə zehninizdə saxlayın ki, buyurur:
وَالْكَاظِمِينَ الْغَيْظَ –“qəzəblərini udanlar”. Allah-taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 134-cü ayəsində öz qəzəblərini udub rəftarına hakim olan şəxsləri müttəqi və cənnətə layiq bəndələri kimi tanıtdırır.
İkinci, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) bu hədisini heç vaxt unutmayın və ona əməl edin. Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) buyurur:
Allah-taala Öz peyğəmbərlərindən birinə belə vəhy edir: “Ey Adəm övladı! Qəzəblənərkən Məni yada sal ki, Mən də qəzəblənəndə səni yada salım və səni həlakət və məhv olmaqdan saxlayım.”
Qəzəb gəldikdə ən münasib silah “Allahı xatırlamaqdır”. Bu, insanı günahdan, inhirafdan, zülm, pis danışmaq və nalayiq rəftardan saxlayar və qəzəb şöləsini söndürüb onu cilovlayar.
Həqiqətdə qəzəb vaxtı bir sınaq səhnəsidir ki, mömin şəxs “zikr” qüdrətilə bu səhnədən qalib çıxır və öz qəzəbini boğaraq bir çox günahdan qorunur. Daha mühüm məsələ budur ki, qəzəbini cilovlayan şəxs Allah-taalanın qəzəbindən amanda qalır.
Bu iki mühüm məsələni xatırlamaqla aşağıdakı tövsiyələrə əməl edin:
1-Əsəbləşib hirslənərkən tez öz yerinizi dəyişin; məsələn, əgər ayaq üstəsinizsə, oturun və əgər oturaq haldasızsa, uzanın; əl-üzünüzü soyuq su ilə yuyun, bir istəkan sərin su için və özünüzü düşdüyünüz şəraitdən uzaqlaşdırın.
2-Çoxlu Quran oxuyun, yəni 24 saatda hər vaxt fürsət olsa Quran oxuyun və Quran oxumaqdan qafil olmayın; çünki Qurani-kərimi oxumaq insanın daxilən aramlıq və sakitliyi üçün böyük təsirə malikdir. Eləcə də öz ibadətlərinizə diqqətli olun, namazı əvvəl vaxtında və tam huş-guşla qılın ki, bunun xatircəmlik və daxili rahatlığın yaranmasında çox böyük təsiri vardır və insanı daxilən sakitləşməyə sövq edir.
3-Bu məsələdə iradənizi gücləndirin və özünüzə təlqin edin ki, iradəniz möhkəmlənsin, tez əsəbləşib narahat olmayasız. Digər gündəlik işlərinizdə və adi rəftarınızda da özünüzü tam ələ alaraq onları tələsmədən və yavaş-yavaş yerinə yetirin ta ki, hövsələli və təmkinli olmaq bütün rəftarınıza hakim olsun.
4-Bir miqdar uzanıb gözlərinizi yumun, bütün əzələləri boşaldın ki, əzələləriniz gərginlikdən çıxsın və fikrinizi əsəblənməyə səbəb olan hər bir işdən yayındırın və öz əzələlərinizə təmərküzləşdirin.
Dəstəmazın suyunun qəsbi olması
Tarixində 17 February 2026 & Saat 05:26
2. Məcburiyyət halında qəsbi-mal olan borudan (su krantı) alınan dəstəmazın və qüslün hökmü nədir?
Əgər borunun özü qəsbi olsa ondan istifadə haramdır, amma qəsbi borudan gələn su qəsbi olmasa, onunla dəstəmaz düzdür.
Toy məclisi
Tarixində 17 February 2026 & Saat 05:26
Toy məclisi ilə bağlı mənim problemim oldu. Valideynlərim və qız tərəfi içkisiz, lakin kişi və qadının bir yerdə olmasını, həmçinin haram musiqi məclisi istəyirdilər. Mən buna etiraz edib həmin qızdan ayrıldım. Hazırkı şəraitdə bu cür toy keçirilməsinə razı olub qəbul edən çox az qız və onun ailəsi tapılır. Mənim vəzifəm nədir?
Əgər toy məclisi şərab və musiqi ilə birlikdə və qadın və kişinin bir-birinə qarışması ilə olsa haramdır. Siz səy edin xanımınızı razı edin ki, ya islami məclis təşkil olunsun, ya toy məclisi etməyin. Bu cür məclisin təşkili həm günah, həm də həyatın başlanğıcında Allaha qarşı günahla başlayan bir məclis olacaq və sizin gələcək həyatınızda mənfi təsirlər qoyacaqdır. Buna görədə sizin vəzifəniz odur ki, bu mərasimin təşkilindən çəkinəsiz və bu cür məclisin yükünün altına girməyəsiniz.
Əlbəttə əgər bu cür məclisin təşkilinin qarşısını ala bilməsəniz məclisdə şərab verilməsinin qarşısını mütləq alın və heç cür bu mərasimi qəbul etməyin və özünüz də orda iştirak etməyin!