SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunCinsiyyət dəyişdirildikdən sonra ailədə daşınan nisbətlər (ünvanlar).
Tarixində 17 February 2026 & Saat 07:13
Cərrahiyyə əməliyyatından sonra ailədəki nisbətlər (ünvanlar; qardaş, bacı, dayı, xala, əmi, bibi, baba, nənə, ata və ana ) necə olacaq? Və bu zaman irsin bölünməsi necə olmalıdır? (istər varis olsun, istərsə də irs qoyub gedən şəxs )
Bu ünvanlar qarşısında, şəxs tutduğu yeni ünvanın hökmünü daşıyır. Məsələn, əgər öncədən kişi idi və qardaş unvanını daşıyırdısa, cinsiyyətini dəyişdirdikdən sonra bacı ünvanını daşıyacaqdır.
İrs məsələsində isə “irs qoyan şəxsin” öldüyü an və zaman əsas götürülür. Yəni “irs qoyan şəxs” dünyadan köçən anda “varis” kişi idisə, kişi hökmünü daşıyır, baxmayaraq ki, sonradan cinsiyyətini dəyişdirib və qadın olub.
İMAM ZAMAN (Ə) HAQQİNDA
Tarixində 17 February 2026 & Saat 07:13
Türkiyədə bir kişi var özünə əstğfirullah İmam Zaman deyir və möminləri yaman azdırır onun adı Adnan Oktardı. Bu barədə ətraflı məlumat xahiş edirəm yazın. Mən onlara tutarlı cavablar vermək istəyirəm. Çünki Həzrət Peyğəmbərin (s.ə) hədislərin gətirir.
Coxlu insanlar indiyə qədər özlərini İmam Zaman tanıtdırıblar. Belələri yalançıdırlar. İmam Zaman (ə) hələlik qeybətdədir və baxışlardan gizlində, onu bir kimsə görmür.
İmam Zaman (ə) zühur edəndə Məkkədən zühür edecək. İslam, Quran və məzlumlardan müdafiyə üçün zülümkar hakimiyyətl mübarizə aparacaq və Allah –təalanın köməkliyi ilə onlara qələbə çalacaq.
Elə buna görə özlərin İmam Zaman tanitdiran kəslərin hamısı yalançıdırlar.
Cinsiyyət dəyişdirildikdən sonra baxmağın hökmləri
Tarixində 17 February 2026 & Saat 07:13
Cinsiyyət dəyişdirildikdən sonra yeni həmcins şəxslərə baxmaq düzgündürmü?
Həmçinin köhnə (qədim) həmcinslərə baxmağın hökmü nədir?
Toyuqların kəsilməsi
Tarixində 17 February 2026 & Saat 07:13
Makina ilə kəsilən toyuqların hökmü nədir? Əgər makina ilə kəsmək olarsa, hər dəfə Bismillah demək lazımdımı?
Əgər makina üzü qibləyə olsa və heyvanı üzü qibləyə kəsə və toyuqların başını kəsmək üçün makinanın düyməsini vuran zaman Bismillah deyilərsə eybi yoxdur və halaldır.
Amma əgər üzü qibləyə olmasa ya hər dəfə kəsmək üçün makinanın düyməsini vurmaq lazımdırsa, Bismillah deyilməzsə haramdır.
Əlbəttə bunu bilməliyik ki, bir dəfə makinanın düyməsini vurmaqla bir neçə toyuğun başı bir Bismillah deməklə kəsilərsə, kifayət edər və düzgündür.
Əgər bu kəsim davam edirsə və hər dəfə düyməni vurmaqla toyuqlar kəsilirsə, Bismillah deyilməlidir.
Evlənmək haqda
Tarixində 17 February 2026 & Saat 07:13
İzdivac zamanı hansı işləri görmək haram, hansıları isə məkruhdur?
Həyat yoldaşı ilə yaxınlıq; bəzi zamanlarda haram (qadağan), bəzi zamanlar məkruh (xoşa gəlməz) və bəzi zaman və saatlarda isə yaxşı (münasib) olur.
A-Həyat yoldaşı ilə yaxınlığın haram olduğu yerlər və zamanlar:
1-Ehram (həcdə ehram ) halında.
2-Nifas ( doğuşdan sonra gələn qan ) zamanı.
3-Etikaf halında.
4-Aybaşı dövründə.
5-Vacib oruc halında.
6-Qadın 9 yaşından az olan vaxtda.
7- Həcdə təvaf və nisa namazını yerinə yetirməmiş olan şəxs.
B-Qadınla yaxınlıq və nütfə bağlanmasının xoşagəlməz olduğu yerlər və zamanlar.
1-Sübh açılan zamandan günəş çıxana qədər .
2-Günəşin batan vaxtından şəfəqin çəkildiyi vaxta qədər .
3-Günəş tutulan gündə (və ay tutulan gecədə ).
4-Zəlzələ olan gündə (gecədə).
5-Sarı, qırmızı və qara küləklər əsən gündə (gecədə).
6-Ay əqrəb bürcündə olan zaman zifaf (toy gecəsi) məkruhdur.
7-Orucluq və Qurban bayramına keçən gecə.
8-Şəban ayının 15-nə keçən gecə.
9-Azan və iqamənin arasında.
10-Hamilə qadınla dəstəmazsız məkruhdur. (xoşagəlməzdir) Əgər dəstəmaz alsa işkalı (maneəsi) yoxdur.
11-Şəban ayının axırıncı günündə.
12-Evin damında.
13-Sabahısı səfərə çıxacaqsa (həmin gecə.
14-Gecənin əvvəl saatlarında (cümə günündən başqa).
C-Qadınla yaxınlığın münasib (yaxşı) olduğu saat və zamanlar
1-Əgər həftənin 1-ci gününə keçən gecə övladin nütfəsi baqlanarsa, Allahın qismətinə razı və Quran hafizi olar .
2-Həftənin 2-ci gününə keçən gecəsində yaxınlıqdan dünyaya gələn övlada İslamın səadəti ruzi olar, o ağzı xoş iyli, səxavətli, dili isə böhtan və qeybətdən pak olar.
3-4-cü günə keçən gecədə övladın nütfəsi bağlanarsa, şəriət hakimi, ya alimlərindən olar.
4-4-cü gün günəş göyün ortasında olanda övlad yetişə qocalana qədər şeytan ona yaxın olmaz və Allah Təala salamatçılığı dünya və axirətdə ona nəsib edər.
5-Cüməyə keçən gecədə övlad yetişsə xətib və natiq olar.
6- Cümə günü günortadan sonra övladın nütfəsi bağlanarsa məşhur alimlərdən olar.
Bu barədə daha çox məlumat əldə etmək üçün Əllamə Məclisinin "Hilyətul-muttəqin" kitabına müraciət edin.