SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
İslam dininin elmin əhəmiyyətinə diqqəti
Tarixində 17 February 2026 & Saat 02:15

Salamun aleykum
Elmin əhəmiyyəti, bilik və savada yiyələnmək barəsində İslam dininin nə kimi tövsiyələri vardır?


Bismilləhir-Rahmənir-Rahim

  1. Salamun aleykum

Cavab:

Heç bir din və ya quruluşda elm, bilik və savada İslam dini qədər ehtiram və əzəmətə qail olmamışdır; İslam dininin elm və bilik barəsində olan tövsiyələri və çağırışları kimi heç bir məktəb təkid etməmişdir. Qurani-kərimdə və çox-çox rəvayətlərdə həzrət Peyğəmbərdən və məsum İmamlardan (əleyhimussəlam) elm və biliyin əzəməti və vacibliyi barəsində çoxlu təkidlər vardır.

Qurani-kərim Mücadilə surəsinin 11-ci ayəsində elmin əhəmiyyəti və alimin dərəcəsi və məqamının üstünlüyünə işarə edib buyurur: يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَ الَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجاتٍ –Allah taala, iman gətirən və elm əldə edən kəslərə əzəmətli dərəcələr bəxş etmişdir.

“Dərəcələr” sözü burada mütləq surətdə və qeydsiz gəlmişdir və bu da onların yüksək məqamını göstərir. Bu şərafətli ayənin təfsirində Əbu-Zər (Allah ruhunu şad etsin) həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) belə nəql edir ki, buyurdu: “Ey Əba-Zər! Elm öyrənən şəxsi Allah-taala, mələklər və peyğəmbərlər sevirlər və elmi ancan səadət əhli sevər. Belə olan surətdə elm tələb edən insan Qiyamət günü xoşbəxtdir. Evindən elm öyrənmək niyyəti ilə xaric olan kəsə, Allah-taala hər qədəminə Bədr döyüşündə şəhid olmuş şəhidlərdən birinin savabını yazar, elm sevən və tələb edən şəxs Allahın dostudur. Elmi sevən şəxsə behest vacib olar, belə insan gecə və gündüz Allahın razılığında olar və dünyadan gedərkən Kövsər bulağından içər və behest meyvələrindən meyl edər və cənnətdə həzrət Xızrın (əleyhissəlam) rəfiqi olar. Sonra Həzrət buyurdu: Bütün bu fəzilətlər bu mübarək ayənin mənasından ələ gəlir ki, buyurur: «يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَ الَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجاتٍ‏».

İltimasi dua

3205 Görüş

Günahlardan tövbə etmək yolu
Tarixində 17 February 2026 & Saat 02:15

Öz ömrümün neçə illərini günahla keçirmişəm. Mehriban Allahın lütfü və məsum imamların (əleyhimussəlam) inayətilə çox peşman olmuşam. Lütfən deyin, günahlardan tövbə etmək yolu nədir?


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab: Öz günahınızdan peşman olub tövbə etməyə nail olduğunuz üçün gərək Allaha şükr edəsiniz. Tövbənin mühəqqəq olması üçün günahdan peşmançılıq və Allah-taalaya günahınızın bağışlanması üçün istiğfar etməyiniz kifayətdir. Əgər xalqın malını və ya haqqını zaye etmisinizsə, gərək onun əvəzini verəsiniz.

3159 Görüş

Namazda qiraətin hökmü
Tarixində 17 February 2026 & Saat 02:15

Salam. Bu sözlərin latınca necə oxunduğunu mənə yazin zəhmət olmasa. غَيْرِ الْمَغْضُوبِ və وَلَا الضَّالِّينَ. Bu fatihə surəsindən sözlər idi. Burda əsas diqqət “dad” – ض hərfidir. Siz onu oxuyanda Z kimi oxuyursunuz. Buna bir əsas var? O zaman zəlzələ surəsində الْأَرْضُ bu söz “ardu” deyil “arzu” oxunmalidir. Həm də deyə bilərsiz ərəb dilində “Dad” hərfinin Z kimi oxunuşu var?

Hər iki yerdə ظ ض öz məxrəcindən deyilir və oxunur.ض hərfini məsələn “vələzzallin” kəlməsində “d” kimi tələffüz etmək səhvdir. Əgər namazda belə tələffüz olunarsa namaz batildir. “D” hərfi ilə fərqlidir. Əlbətdə təcvid elminə əsasən hər bir hərf öz məxrəc və yerindən əda olunmalıdır. ض hərfi təcvid elminə əsasən dilin kənarı agzın kənarında yerləşən böyük dişlərə dəyməklə tələffüz olunur. Buna görədə “D” hərfinə oxşar səs verir, amma nəinki “D” hərfi şəklində tələffüz olunmalıdır.

Amma ظ hərfinin məxrəc və tələffüz yeri dilin ucu qabaq dişlərin kənarına yəni aşağı hissəsinə dəyməklə və ذ hərfinin məxrəci və tələffüz yeri isə dilin ucu qabaq dişlərin ucuna dəyməklə tələffüz olunur.Həriflərin tələffüz yerini bilmək üçün təcvid kitablarına müraciət edin

3158 Görüş

İzdivac və evlənmək məsələsi
Tarixində 17 February 2026 & Saat 02:15

Sual: İzdivac məsələsinin həlli və bu sahədə yaranmış çətinlikləri aradan aparmaq üçün hansı təlimatı tövsiyə buyurursunuz?


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab) Sübh namazı kimi iki rükət namaz qılsın. Namazdan sonra həzrət Zəhranın (əleyha salam) təsbihatını zikr etsin və yaxşı olar alnını səcdəyə qoyub 14 dəfə salavat çevirsin. Ondan sonra 100 dəfə desin: «اللهم خِرلِی و اختَرلِی» (Əllahummə xirli vəxtər li). Daha sonra yenidən 14 dəfə salavat çevirsin. İnşaəallah-taala bu namazı və namazdan sonrakı duanı müxtəlif günlərdə təkrar etsin ki, Allah-taala izdivac məsələsinə yol açsın.

Həmçinin, həzrət Zəhradan (əleyha salam) “istiğasə” (yardım istəmək) namazı qılsın. Bu namazın yerinə yetirilmə qaydası, necə ki, dəyərli “Məfatihul-cinan” kitabında qeyd edilibdir, belədir: İki rükət namaz qılıb namazdan sonra 3 dəfə təkbir desin və həzrət Zəhranın (əleyha salam) təsbihini zikr etsin. Sonra səcdəyə gedib 100 dəfə desin: «یا مولاتی یا فاطمة اغیثینی» (Ya məvlati! Ya Fatimətu, əğisini). Sonra sağ üzünü yerə qoyub yenidən 100 dəfə desin: «یا مولاتی یا فاطمة اغیثینی». Sonra səcdə edib həmin zikri 100 dəfə səcdə halında desin. Daha sonra sol üzünü yerə qoyub bu zikri 100 dəfə desin. Sonra yenidən səcdəyə gedib o zikri 110 dəfə səcdədə deyib öz hacətini xatırlasın.

3146 Görüş

Təyəmmüm almağın qaydası
Tarixində 17 February 2026 & Saat 02:15

Salamun aleykum
Lütfən təyəmmüm almağın düzgün qaydasını bəyan edərdiniz

 

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

Dəstəmaz, ya qüsl əvəzi edİlən təyəmmümün qaydaları:

Dəstəmaz, ya qüsl əvəzindən edilən təyəmmümdə dörd şey vacibdir:

1. Niyyət;

2. İki əlin içini üzərinə təyəmmüm etmək səhih olan şeyə vurmaq; Ehtiyat vacibə əsasən, əllərin içi birlikdə yerə vurulmalıdır.

3. Hər iki əlin içini bütövlükdə alına və onun iki tərəfinə, başın tükü bitən yerdən qaşlara və burunun yuxarısına qədər çəkmək. Vacib ehtiyata əsasən, əllər qaşların üstünə də çəkilməlidir.

4. Sol əlin içini sağ əlin tamamilə arxasına çəkmək, ondan sonra sağ əlin içini sol əlin tamamilə arxasına çəkmək.

Müstəhəbb ehtiyat budur ki, istər dəstəmaz, istərsə də qüsl əvəzi olan təyəmmüm bu tərtiblə yerinə yetirilsin: Əllərin içini bir dəfə yerə vurub alına və əllərin arxasına çəksin, yenidən bir dəfə də yerə vurub əllərin arxasına çəksin.

Əgər alın, ya əllərin arxasından bir az yeri belə məsh etməsə – istər qəsdən, istərsə də məsələni bilmədiyinə görə, ya unutmaq üzərindən təyəmmüm batildir. Lakin həddindən artıq diqqət etmək də lazım deyildir: Elə “Bütün alın və əllərin arxasını məsh edib” deyiləcək qədər olsa, kifayətdir.

Əlin arxasına bütünlüklə məsh etdiyinə əmin olmaq üçün, biləkdən bir az yuxarıdan məsh etməlidir. Lakin barmaqların arasına məsh etmək lazım deyil.

Alın və əllərin arxası yuxarıdan aşağı istiqamətdə məsh edilməli və bu işlər ardıcıl, fasiləsiz icra olunmalıdır. Əgər onların arasında “təyəmmüm etmir” deyiləcək qədər fasilə olsa, təyəmmüm batildir.

Niyyət edərkən onun dəstəmaz, yoxsa qüsl əvəzində olduğunu müəyyən etməlidir; əgər qüsl əvəzindədirsə, o qüsl də müəyyən edilməlidir. Onun icmali (xülasə) şəkildə müəyyən edilməsi, məsələn, “Əvvəlcə, yaxud ikinci mərtəbədə vacib olan bir şeydən əvəz olaraq təyəmmüm edirəm” deyə niyyət etsə kifayət edər. Əgər ona bir təyəmmüm vacib olmuşdursa və hal-hazırdakı öz vəzifəsini yerinə yetirməyi qəsd etsə, onun müəyyən olunmasında səhvə yol versə də, təyəmmümü səhihdir.

Əgər alın, ya əllərin üstü yaradırsa və yaraya bağlanmış parça, yaxud başqa bir şeyi açmaq da olmursa, əlləri onun üzərindən çəkmək lazımdır. Həmçinin, əllərin içində yara olsa və onlara bağlanmış parça, ya başqa bir şeyi açmaq olmursa, vacib ehtiyata əsasən, həmin sarıqlı əli üzərinə təyəmmüm etmək səhih olan şeyə vurmalı, alına və əllərin arxasına çəkməlidir və Həmçinin, əllərin arxasına təyəmmüm etməlidir.

Əgər təyəmmüm əsnasında bir hissəni unudub-unutmamasında şəkk etsə, bu halda əgər onun məhəlli keçibsə, şəkkə etina etməməli, əgər məhəlli keçməyibsə, həmin hissəyə təyəmmüm etməlidir.

 

3134 Görüş

Əsas terminlər: Təyəmmüm almağın qaydası