SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunFətvalar fərqinin səbəbi
Tarixində 17 February 2026 & Saat 01:05
Salamun aleykum
Sual:
Nə üçün müxtəlif müctəhidlərin bir sıra məsələlərlə bağlı fətvaları bir-birindən fərqlidir?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Təqlid sözünün mənasını mülahizə etsək görərik ki, bütün insanlar özlərinin yaşayış məsələlərində təqlid edirlər: paltar geyimində, saçın düzəlməsində, evin quruluşu və tikilişində və digər məsələlərdə. Çünki təqlid etmək, yəni başqasının sözünə, rəftarına və davranışına uyğun əməl etmək. Bir çox məsələlərin səbəb və dəlili heç müqəllid üçün məlum da deyil. Məsələn, həkim xəstəyə deyir ki, bu dərmanı hər 8 saatdan bir qəbul etməlisən. Həkimin bu məsləhətinin səbəbini xəstə dərk edə bilmir, lakin bununla belə ona əməl etməyi özünə lazım bilir.
Bu əsasla o şəxslər ki, dini məsələləri özləri müstəqil şəkildə öyrənə bilmirlər, gərək müttəqı alimə təqlid etsinlər. Müttəqinin mənası, yəni təqva əhli, özünü pisliklərdən qoruyan, yəni günah və məsiyət etməyən şəxs. Şiə aləminin bütün fəqihləri “Təvzihul-məsail” risalələrinin ilk səhifələrində yazırlar: O şəxsə təqlid etmək olar ki, günahkar olmasın, İlahi əmrlərlə müxalifət etməsin, ədalətli olsun, ədalətli olmaqdan da əlavə, gərək bütün qüvvəsini dini hökmləri əldə etmək üçün sərf etsin. Müctəhid, yəni mötəbər dini mənbələrdən əhkam məsələlrini ələ gətirmək üçün ciddi səy edib çalışan şəxs.
Burada mümkündür insanın zehninə belə bir sual gəlsin ki, nə üçün müxtəlif müctəhidlərin bir sıra məsələlərlə bağlı fətvaları bir-birindən fərqlidir? Bunun cavabında deməliyik ki, müəyyən mövzu ilə bağlı dinin hökmləri müxtəlif deyil, yəni dəstəmazın, qüslün, namazın və digər məsələlərin həqiqi hökmü dəyişməz və sabitdir. Dünyada olan müxtəlif elmi təxəssüslü alimlər və fikir sahiblərinin hamısının bir-birindən fərqli nəzərləri vardır. Məsələn, mühəndislər, həkimlər və digər elmi mütəxəssislər bir çox hallarda müxtəlif və fərqli nəzərlər verirlər. İslam alimləri də bir-birindən müstəqil və müxtəlif nəzərlərə malikdirlər. Qurani-Kərimin ayəsi və rəvayət eynidir, amma onları dərk edib hər hansı bir nəticəyə çatmaq eyni deyil. Bəzən bir müctəhid müəyyən ayədən xas bir mənanı dərk edir, lakin başqa bir fəqih o mənanı qavramır və az da olsa bir-birindən fərqləri olur. Məhz ona görə buyururlar ki, dini məsələləri gərək ən yüksək elmli fəqihdən, yəni ələm müctəhiddən öyrənəsiz.
Peyğəmbərlərin isməti və məsum olmaları dəlilləri
Tarixində 17 February 2026 & Saat 01:05
Salamun aleykum
Peyğəmbərlərin (əleyhimussəlam) ismətli və məsum olmalarına əqli və nəqli dəlillər deyə bilərsizmi?
Salamun aleykum
1-Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) və on iki imam (əleyhimussalam) dinin müqəddəs və İlahi şəxsiyyətləridir.
2-Allah taalanın izni və Pərvərdigarın onlar üçün məsləhət bildiyi qədər qeyb elmindən xəbərdar olmuşlar. Yəni hər istədikləri vaxtda Allah taalanın izni ilə qeybdən xəbərdar olurdular.
3-Ənbiyanın ismətinə, eləcə də səhv və xəta üzündən baş verə bilə günahlardan uzaq olması etiqadı Məsum imamların (əleyhimussəlam) öz ardıcıllarına öyrətdikləri və öz müxalifləri qarşısında həmişə bəyan etdikləri məşhur və qəti əqidələrdəndir.
Ənbiyanın isməti və məsum olmalarına əqli dəlillər
Ənbiya və Peyğəmbərlərin (əleyhimussəlam) bütün günahlardan uzaq və məsum olmalarını sübut edən əqli dəlillərdən birincisi;
Allah taalanın Ənbiyanı insanlar üçün məbus edib onları həqiqətlərə və öz vəzifələrinə tərəf yol göstərmək, İlahinin təyin buyurduğu ən əsas hədəflərdəndir. Peyğəmbərlər həqiqətdə, insanları düz yola hidayət etmək üçün Allah taalanın xalqlar arasında olan səlahətli nümayəndədirlər. Deməli, əgər belə etimadlı və səlahiyyətli nümayəndələr və rəsullar İlahi əmrləri tam riayət etməzlərsə və özləri gətirdikləri ayin və qanunlara əməl etməzlərsə, onların əməlləri dediklərinin tam ziddi olaraq tələqqi ediləcəkdir və xalq onların bəyan etdiklərinə etimad etməyəcəklər. Nəticədə isə onların insanlar üçün göndərilməsi hədəfi tam şəkildə öz həqiqətinə çatmayacaqdır.
Peyğəmbərlərin (əleyhimussəlam) məsum olmaları dəlillərində ikincisi budur ki, Peyğəmbərlər (əleyhimussəlam) öhdələrinə olan vəhy və risalətin ancaq ehtiva etdiyi məsələləri xalqa çatdırıb düz yolu onlara göstərmək vəzifəsindən əlavə, eləcə də insanların təlim-tərbiyəsi, paklığı və təmizliyi üçün də çalışmalıdır. Belə vəzifələrin öhdəsindən gəlmək isə o şəxslərin işidir ki, onlar özləri insaniyyətin kamal dərəcələrinə çatsınlar və ən yüksək mənəvi və nəfsani səciyyələri fəth etmiş olsunlar, yəni məsumluq məqamına yetişsinlər.
Bundan əlavə, ümumiyyətlə başqalarını tərbiyə etmək vəzifəsini daşıyan şəxsin rəftarının təsiri onun söz və danışığından daha çoxdur. Əgər bir şəxsin rəftar və əməlin nöqsan və çatışmamazlıqlar olarsa, şübhəsiz ki, danışıq və kəlamı da lazımlı təsirə malik olmayacaqdır. Deməli, Peyğəmbərlərin (əleyhimussəlam) Allah taala tərəfindən cəmiyyəti tərbiyə etmək üçün göndərilməsi hədəfi yalnız o zaman tam və kamil şəkildə öz həqiqətini tapar ki, onlar özləri əməl və danışıq cəhətdən hər növ çatışmamazlıq və nöqsandan uzaq olsunlar.
Ənbiyanın isməti və məsum olmalarına nəqli dəlillər
1- Müqəddəs Quran-Kərim bir qrup insanları “muxləs” (Allah taala üçün xalis olmuş) adlandırmışdır. Diqqət edilməlidir ki, muxləs kəlməsinin muxlis kəlməsi ilə məna fərqi fardır. Muxləs sözünün mənası budur ki, o şəxsi Allah-taala Özü onu xalis etmişdir, amma muxlis sözünün mənası isə belədir ki, insan öz əməllərini ixlasla yerinə yetirir.
Muxləs insanı hətta İblis də yoldan çıxarmaq fikrinə düşmür. O, elə ki, Adəm övladlarının hamısını yoldan çıxarmağı and içir, muxləs olanları müstəsna etmişdir. Belə ki, Quranın Sad surəsində (82-83) –cü ayələrdə onun dili ilə buyurur:” قالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِين. إِلاّ عِبادَكَ مِنْهُمُ الُْمخْلَصِين” –Yəni, şübhəsiz İblisin Peyğəmbərləri (əleyhimussəlam) yoldan çıxarmağa əlaqəli olmaması, Peyğəmbərlərin paklığı və hər növ xoşagəlməzlikdən uzaq və pak qalmalarıdır. Bir halda ki, o başqaları ilə düşmənlik etdiyi kimi Peyğəmbərlərlə də düşmən olmuşdur və əgər imkanı olsaydı, heç zaman onlarla düşmənlikdən əl götürməzdi.
Bu baxımdan, elə məsum sözünün mənası ilə bir olacaqdır. Necə ki, Quran-Kərim bir sıra Peyğəmbərləri muxləs adlandırıb buyurur: وَ اذْكُرْ عِبادَنا إِبْراهِيمَ وَ إِسْحاقَ وَ يَعْقُوبَ أُولِي الْأَيْدِي وَ الْأَبْصار. إِنّا أَخْلَصْناهُمْ بِخالِصَة ذِكْرَى الدّار – (Sad surəsi, ayə 45-46) Yəni, (Ey Rəsulum!) Qüvvət və bəsirət sahibi olan bəndələrimiz İbrahimi, İshaqı və Yəqubu da yad et! Biz onları özünəməxsus xislətlə xalis etdik və bu onların axirəti xatırlayıb dərk etmələridir.
Başqa bir ayədə buyurur: وَ اذْكُرْ فِي الْكِتابِ مُوسى إِنَّهُ كانَ مُخْلَصاً وَ كانَ رَسُولاً نَبِيّا (Məryəm surəsi, ayə 51) (Ya Rəsulum!) (Səmavi) Kitabda Musanı da yad et! Həqiqətən o, muxləs, Rəsul və nəbi idi.
Eləcə də Yusuf surəsinin 24-cü ayəsində Həzrət Yusufun (əleyhissəlam) çox çətin sınaq şəraitində özünü qoruyub günahdan saxlaya bilməsi səbəbini onun muxləs olması ilə əlaqələndirib buyurur: كَذلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَ الْفَحْشاءَ إِنَّهُ مِنْ عِبادِنَا الُْمخْلَصِين – Biz pisliyi və fəhşanı ondan uzaqlaşdırmaq üçün belə etdik. O, həqiqətən, Bizim muxləs bəndələrimizdəndir!
2- Quran-Kərim Peyğəmbərlərə (əleyhimussəlam) itaət etməyi birmənalı şəkildə vacib etmişdir. Mütləq şəkildə onlara itaət etmək bir halda düzgün olar ki, Peyğəmbərlərə itaət etmək elə Allah-taalaya itaət etməklə üst-üstə düşsün və onların yollarını davam etdirmək Allah-taalaya itaət etməklə təzadlı olmasın. Qeyri halda, yəni əgər Peyğəmbərlərin xəta və səhvə düşməsi ehtimalı olarsa, insanın Allah-taalaya mütləq şəkildə itaət etməsi ilə bərabər, xəta və səhvlərə düşə bilən insanlara da mütləq olaraq itaət etməsi əmri bir-biri ilə təzadlı və əks olan tələb kimi qiymətlənməlidir.
3- Quran-Kərim İlahi mənsəb və məqamları “zülmə” mürtəkib olmayan şəxslərə ixtisas vermişdir. İmaməti öz övladları üçün istəyən Həzrət İbrahimin (əleyhissəlam) sualı qarşısında buyurur: لا يَنالُ عَهْدِي الظّالِمِين (Sənin nəslindən olan) zalimlər Mənim əhdimə (İmamlığıma) nail olmazlar! Bunu da bilirik ki, hər bir günah ən azı insanın öz nəfsinə zülm etməsidir və Quran-Kərimin baxımından hər bir günahkar zalım adlanır. Deməli, Peyğəmbərlər (əleyhimussəlam), yəni İlahi risalət və nübuvvət məqamlarının sahibləri də hər növ zülm və günahdan uzaq və pak olmalıdırlar.
4- Bütün Peyğəmbərlər (əleyhimussəlam) istər düşünülmüş, istərsə də səhvlə edilən günahlardan uzaq və pak olmuşlar.Üz qırxmaq
Tarixində 17 February 2026 & Saat 01:05
Şəri hökümlərdə üz qırxmaq haramdır, amma mən hərbiçiyəm. 10 ildir ki, komandir işləyirəm. Mənim hökmüm nədir. Bildiyimə görə əsgəri hərbi xidmətə gedən üçün uz qırxmamağa icazə verilmir. Bildiyiniz kimi əsgəri hərbi xidmət məcburidir.
Saqqal qırxmaq ehtiyat-vacibə əsasən haramdır, amma məsələn, Azərbaycan kimi ölkələrdə əsgərlər çarəsizlikdən saqqalı qırxa, o vaxta kimi ki, əsgərlik vaxtındadırlar və məcburən onların saqqalını qırxırlar maneəsi yoxdur.
Qəzavü-qədər və insanın taleyi-1
Tarixində 17 February 2026 & Saat 01:05
Qəzavü-qədər və tale varmı və insan həyatında dəyişikliyə səbəb olurmu? Bu inanc ixtiyar məsələsi ilə ziddiyyət təşkil etmirmi?
Qəzavü-qədər (müqəddərat) əsla insan ixtiyarı ilə ziddiyyət təşkil etmir. Çünki onun həqiqi mənası belədir: “ Allah-taala iradə etmişdir ki, əgər bir şəxs öz ixtiyarı ilə yaxşı əməllər yerinə yetirsə, onun taleyi yaxşılığa doğru inkşaf edəcəkdir və əgər öz ixtiyarı ilə günah etsə, onun taleyi son dərəcədə pislk və Allahın əzabı ilə yanaşı olacaqdır.”
Sadə bəyanla desək, İlahi qəzavü-qədər insanın öz əli ilə həll olur. Məsələn Allah yaxşı və pis yolu insanlar üçün bəyan etmişdir; Bir yolun sonunu nemət və rahatlıq, digər yolun sonunu isə bəla və əzab müqəddər etmişdir. Əgər hər kəs birinci yol ilə getsə nemətlərlə yanaşı yaxşı taleyi olacaqdır. Yox, əgər öz ixtiyarı ilə buna zidd olan başqa yol ilə getsə, onu acı aqibətlər gözləyəcəkdir. Bunların heç biri də məcburiyyət mənasında deyil ki, insan ixtiyarı ilə ziddiyyət təşkil etsin.
Qız qaçırtmaq
Tarixində 17 February 2026 & Saat 01:05
Gürcüstan Respublikasının şəraitini nəzərə alaraq möminə yaxud qeyri-möminə bir qızı onun icazəsi olmadan qacırmaq( qacırıb onunla evlənmək) olarmı?
Qız qaçırtmaq caiz deyil. Ehtiyat-vacibə görə bakirə qızla evlənmək gərək qızın atasının icazəsi ilə ola, əgər qızın atası razı olsa onların nikahı səhihdir.