SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Tibbi spirt
Tarixində 16 February 2026 & Saat 23:33

Buyurmusunuz ki, əgər bir şey əsil maye və məst edici olsa nəcisdir. Tibbi spirti Həzrət Ayətullah Fazil Lənkərani (Allah rəhmət etsin) məst edici bilmirdi. Əgər bir nəfər dəqiqliklə tibbi spirtin məst edici olmasin bilsə nəcis hökmündədir, amma əgər bir nəfər tibbi spirtin məst edici olub-olmamasını bilməsə pakdır.
Mən araşdırmışam ki, bütün tibbi- spirtlər məst edicidir. Hamısına su əlavə edilib içilməsi mümkün və eyni zamandada içən şəxsin məst olması mütləqdir. Yaxşı, əgər məsələ belədirsə, Həzrət Ayətullah Fazil Lənkərani(Allah rəhmət etsin) ağa deyir ki, mən tibbi spirti məst edici bilmirəm. Onda belə bir nəticə çıxardıram ki, tibbi- spirt özü-özlüyündə məst edici olsada belə mərhum Lənkərani ağa onu məst edici saymadığına əsasən pakdır. Yəni, tibb üçün hazırlanıb və tibdə istifadə olunduğu üçün əsli məst edici olsa belə pakdır. Düzgün başa düşmüşəm? Əgər desəniz ki, yox sənin üçün tibbi spirt nəcisdir.Bu halda belə çıxır ki, mərhum Lənkərani ağa müqəllidləri üçün yox, özü üçün deyirmiş: mən tibbi spirti məst edici bilmirəm. Yəni, kiməsə sübut olunsa, tibbi spirt məst edicidirsə o müqəllid üçün nəcisdir. Düzgün başa düşmüşəm? Əgər desəniz, bəli düzgün başa düşmüsən. Bəs mənim keçmişdə qıldığım namazlarımın hökmü nədir? Çünki, ölkəmizdə böyük alimlər, hətta Müçtehidlərin nümayəndələri deyirdi: tibbi- spirt əsli maye və məst edici olsa belə Lənkərani ağa onu pak bilir. Məndə onların bu sözünə əsasən bədənimdə və paltarımda belə spirt ola-ola namaz qılmışam.

Ayətullah üzma Fazil Lənkəraninin (Allah ona rəhmət eləsin) nəzərinə əsasən tibb spirti məstedici deyil , bu nəzər onun üçün və onun müqəllidləri (ona təqlid edənlər) üçün, tibb spirtinin məstedici olmasına yəqinlik tapılmayana qədər höccətdir.

  Əgər bir nəfər yəqin edə tibb spirtinin tərkibi axıcı və məstedicidir onda o nəcisdir və onunla namaz qıla bilməz.

  Məhz buna görə əgər sizin yəqininiz olsa ki, tibb spirti məstedicidir sizin üçün nəcisdir və onunla namaz qıla bilməzsiniz. Lakin tibb spirtinin məstedici olduğunu bilmədiyiniz halda onunla indiyə qədər qıldığınız namazlarınız düzdür. 

3750 Görüş

Peyğəmbərlərin zühur etdiyi torpaqlar
Tarixində 16 February 2026 & Saat 23:33

Sual:
Salamun aleykum
Nə üçün bütün peyğəmbərlər şərqdə zühur etmişlər və avropa ölkələri və qərbdə peyğəmbər olmamışdır?

Bismillahir-Rahmənir-Rahim

Salamun aleykum

Bu suala cavab olaraq bir neçə məsələyə diqqət edilməlidir:

1-Bu ki, deyilir "nə üçün müəyyən bir məntəqədə peyğəmbərlər çox olmuşlar?" Yaxud "müəyyən bir məntəqədə peyğəmbərlər gəlmişlər", bu məsələ İlahi məsləhətə əsasəndir, yəni "Allah-təala Özü daha gözəl bilir ki, peyğəmbərlərini harada təyin buyursun." Eləcə də insanların xüsusi istedadları və ləyaqətləri ilə də bağlıdır. Sözsüz ki, məntəqələr və diyarlar da öz növbəsində istedadların yüksəlişində təsirlidirlər. Hazırda da deyilir ki, şərq, ürfan və işraq diyarıdır.

2-Doğrudur, "Ulul-Əzm" (şəriət sahibi olan) peyğəmbərlər asiya və yaxın şərq ölkələrindən olmuşlar, amma tarixçilərin arasında bütün peyğəmbərlərin yaxın çərqdə zühur etmələri barəsində nəzər ixtilafları vardır. Bəziləri deyir ki, bütün peyğəmbərlər yaxın şərqdə zühur etməmişlər, ona görə ki, peyğəmbərlər müəyyən bir ölkəyə və ya millətə xas deyillər. İslam nəzəriyyəsinə əsasən bütün ümmətlərin özlərindən peyğəmbərləri olmuşdur. Qurani-Kərim buyurur:

”و لقد بعثنا فی کلّ أمة رسولاً أنِ اعبدواالله و اجتنبوا الطاغوت"

"Hər bir ümmətə peyğəmbər göndərdik (xalqa desinlər) ki, Allaha ibadət edin və bütlərdən uzaq olun."

Həmçinin, bəzi torpaqlarda heç bir peyğəmbərin olmaması və peyğəmbərlərin ancaq Fələstin və Hicaz məntəqələrində olması, özü tarixi baxınmdan isbat edilməmiş bir məsələdir. Qurani-Kərim buyurur:

"و ان من امة الا خلافیها نذیر"

"Bütün ümmətlərdə (insanları pisliklərdən) çəkindirən vardır."

Deməli, Allah-təala tərəfindən insanların hidayəti üçün göndərilmiş xüsusi şəxsiyyətlər (peyğəmbərlər) olmuşdur, lakin biz onları isbat etməyə qadir deyilik.

Bəli, bütün yerlərdə "Ulul-Əzm"  peyğəmbərlərin olması vacib deyildir, belə ki, 124 min peyğəmbər olduğu halda Qurani-Kərim onlardan məhdud şəkildə bəzilərinin adını zikr etmişdir, həmçinin bütün bu peyğəmbərlər beş "Ulul-Əzm" peyğəmbərin dinini təbliğ etmişlər və bu kimi peyğəmbərlər mümkündür bütün torpaqlarda olmuşlar.

Doğrudur, Ulul-Əzm peyğəmbərlər, şəriət və səmavi kitab sahibləri orta və yaxın şərqdə olmuşlar; Nuh peyğəmbər İraqda, İbrahim peyğəmbərin dəvəti İraq və Şam torpaqlarında olmuş və Misr, Hicaza da səfər etmişdir, Musa peyğəmbər də Misrdə dünyaya gəlmişdir.

3-Bəzi müasir yazıçılar əksər peyğəmbərlərin və ya Ulul-Əzm peyğəmbərlərin şərqdə zühur etmələri səbəbini belə izah etmişlər:

"Bəşər cəmiyyətlərinin yaranışı və insan mədəniyyətinin zühuruna diqqət yetirdikdə bu məsələ heç də təəccüblü deyildir. Çünki dünyanın böyük tarixçiləri açıq-aydın bildirirlər ki, şərq aləmi (xüsusən orta və yaxın şərq) insan mədəniyyətinin beşiyidir ki, bu məntəqəni "hilale xəzib", yəni "ay-para şəkilli münbit və bərəkətli torpaqlar" adlandırmışlar.

Misr mədəniyyəti dünyanın ən qədim mədəniyyəti kimi tanınmışdır, İraqda Babul mədəniyyəti, Hicazın cənubunda Yəmən mədəniyyəti, həmçinin İran və Şam vilayətləri mədəniyyəti, bütün bunlar dünya mədəniyyətində tanınmış məntəqələrdir. Bəşər mədəniyyətinin ömrü bu torpaqlarda yeddi min ildən artıq sayılır. Eyni zamanda insan mədəniyyəti ilə peyğəmbərlərin gəlişinin yaxın rabitəsi vardır, çünki mədəni insanlar İlahi dəsturlar və qayda-qanunlara daha çox ehtiyaclıdırlar ki, həm ictimai və hüquqi qanunlara zamin olsunlar, fəsad və təcavüzün qarşısını alsınlar, həm də insanlarda İlahi fitrətin inkişafına çalışsınlar. Ona görə deyirəm ki, bu gün bəşərin, xüsusən də mədəni və inkişaf etmiş ölkələrin məzhəbə ehtiyacları daha çoxdur."



3715 Görüş

İslam və onun qayda-qanunlarını tanıtdırmaq
Tarixində 16 February 2026 & Saat 23:33

Dövlət universitetlərinin birində ikinci kurs tələbəsiyəm. 20 yaşım vardır. Zahirən müsəlmanam, amma Allahı yaxşı tanımıram, dinimi tanımıram. Dünyaya gəldiyim zamandan ancaq onu bilirəm ki, müsəlmanam. Əgər Allah barəsində məndən bir şey soruşsalar, nə cavab verəcəyimi bilmirəm. Heç bilmirəm Allah kimdir?! Adım müsəlman olduğu üçün bir ildir ki, namaz qılıram. Birinci ildir ki, kamil şəkildə oruc tuturam, amma dinimi tanımıram. Dinimi seçmək üçün heç vaxt mənə seçim haqqı verməyiblər.
Hər zaman başqa dinlərin adını çəkəndə, üzdə müsəlman olanların hamısı mənə hücum edir və deyirlər sən müsəlman deyilsənmi? Maraqlıdır ki, özləri də İslamdan heçnə bilmirlər, ancaq iddia edirlər. Hərdən fikirləşirəm ki, adı Allah olub məni yaradan o kəsin qüdrəti məndən daha çox olduğu üçün namaz qılmalıyam ki, həyatda olan şeylərimi məndan almasın, ya hətta varlığına şübhə ilə yanaşdığım o biri dünyada mənə əzab verməsin. Çünki gözlərimlə görmüşəm ki, bir işə başlayan zaman onun adını gətirməyəndə (çəkməyəndə) işimin nəticəsi olmur, hətta bəzi vaxtlar bir ömür səy və zəhmətim hədərə gedib. Hətta hərdən zirvəyə yüksəldiyim zaman onu unudanda, təzədən yerə enmişəm.
Həqiqətən mənim üçün sual yaranır ki, haqqında danışdığımız Allah məni və başqa bir çoxlarını yaratmışdır və bizim ibadətimizə ehtiyacı yoxdur niyə görə onu unudan zaman bizim həyatımızı əlimizdən alır, lakin İslamdan dəm vurub qeybət edənlərlə, yalan danışanlarla bir işi yoxdur?
Ümid edirəm mənim bu suallarım cavabsız qalmayacaqdır, çünki kimdən soruşuramsa, mənə cavab vermir. Mənim Allaha baxışımın dəyişməsi, İslamı yaxşı tanımağım və onun nə olduğunu, nə istədiyini bilmək üçün mənə kömək etməyinizi istəyirəm. Kömək etsəniz sizə minnətdar olaram. Lütfən İslamı nəzərə almadan Allahı tanıtdırın!

Sizin sualınız çox ümumidir və bu sualın cavabı bir məktuba sığmaz. Allahı İslamın həqiqətlərini olduğu kimi tanımaq üçün siz onlar haqqında etiqadi kitablar mütaliə etməli və dərin araşdırmalar aparmalısınız. Lakin qısa və müxtəsər şəkildə sizin sualları cavablayıram:

İslam dini ağıl və fitrətə dayanan (söykənən) bir dindir. Həzrət İsa (ə), həzrət Musa (ə) həzrət İbrahimin (ə) dinləri kimi, bütün öncəki səmavi dinlərin tamamlayıcısıdır.

İslam qanunları insanın məsləhət və zərərləri əsasında bünövrəsi qoyulub və bəyan edilmişdir.

İslam Allahın vücudunun həqiqətini “sübuti-sifətlər” ( Allaha nisbət verilən müsbət sifətlər) səlbi sifətlər” (Allahdan uzaqlaşdırılan mənfi sifətlər) ünvanında (təqdim edir) tanıtdırır.

 

“Sübuti-sifətlər” haqqında: İslam dini “sübuti-sifətlər”də Allahı həmişə var olan, əbədi və əzəli bir mövcud kimi tanıtdırır. Həmçinin Allahı mütləq qüdrət, kamal və elm sahibi kimi təqdim edir.

Allah kainat aləmini onun bütün əzəmət və nizam-intizamını bir iradə ilə yaratmışdır. Aləm Onun qüdrəti sayəsində hərəkət edir. Əgər bir an rəhmət və nəzərini aləmdən götürsə, bütün varlıq aləmi məhv olar və kainatın nizamı bir-birinə dəyər.

“Səlbi sifətlər” haqqında: İslam bütün eyibləri Allahdan uzaq bilir və Onu hər şeydən ehtiyacsız tanatdırır.

Eləcə də Allahı şəriksiz bilir və Allah yeganə varlıqdır ki, başqa bir varlığın iştirakı olmadan əzəmətli kainatı yaradıb və onu idarə edir. Milyonlarla növdə olan məxluqu yaradıb onların hamısına ruzi verir.

 

1.Tövhid:

Allah vahid və yeganə varlıqdır. Əlbəttə Onun vahidliyi və tək olması ədəd mənasında deyil, əksinə misilsiz və tayı-bərabəri olmayan mənasındadır. Belə ki, Allahı bu şəkildə tanıtdırmaq İslamın əqidə əsaslarındandır.

Tövhidin mətəbələri vardır:

a) Zatda tövhid: Allahın zatının bənzəri və tayı-bərabəri yoxdur.

b) Sifətlərdə tövhid: Allahın sifətləri bir həqiqətə qayıdır və Allahın sifətləri eynilə Onun zatıdır.

c) İbadətdə tövhid: Təkcə Onun pak zatı pərəstiş və ibadət edilməyə layiqdir.

d) İşlərdə tövhid: Yaranışın və dünyada olan nizam-intizamın qaynağı Allahdır və bu dünyada hər bir iş və hər bir hərəkət Onun müqəddəs vücudundan irəli gəlir.

İşlərdə tövhidin də özünəməxsus şaxələri vardır:

a)Xaliqiyyətdə tövhid: Yaranış yalnız Ondandır.

b)Rübubiyyətdə tövhid: Varlıq aləminin idarəsi və onlar üçün tədbirin tökülməsi  yalnız Onun əlindədir.

c)Malikiyyətdə tövhid və təkvini (genezis) hakimiyyət: Hər şeyin maliki Allahdır və bütün məxluqata hakimiyyət etmək Ona məxsusdur.

d)Qanunvericilikdə tövhid:

v)İtaətdə tövhid: Yalnız Onun və yaxud itaətinə əmr etdiyi şəxslərin göstərişlərinə  itaət edilməlidir.

 

2.Əsasən Allahı tanımaq üçün 6 yol təqdim olunmuşdur: 5-i əqli,1-i fitri.

1.Nəzm bürhanı1: Bütün aləm nizam-intizamla yaranmışdır.

2.Dəyişiklik və hərəkət bürhanı:

3.Vücub və imkan bürhanı: “Vücub” yəni onun vücudunun heç nəyə ehyiyacı yoxdur, “İmkan” yəni onun vücudunun özündən qeyrisinə ehtiyacı vardır.

4.Səbəb və Nəticə bürhanı: Yəni hər bir varlığın vücuda gəlməsi üçün səbəbə ehtiyacı var.

5.Siddiqin bürhanı: Yəni “vücudun əsaləti” anlayışından faydalanaraq Allahın varlığını sübut edir.

6.Fitrət və daxili seyr yolu:

Qeyd: Əlbəttə bu yolların hər birini izahı üçün tövhid haqqında yazılan əqaid kitablarını mütaliə etməyiniz lazımdır.

 

3.Peyğəmbərləri tanımağın yolları:

a)Möcüzə: Peyğəmbərləri tanımağın birinci sübutu möcüzənin olmasıdır. Yəni “Nübüvvət” iddiası ilə yanaşı başqalarının, hətta sehirbazların da edə bilmədiyi qeyri-adi işləri yerinə yetirsin. Məsələn, İslam peyğəmbərinin (s) “Şəqqül-qəmər” (Ayı parçalamaq) möcüzəsi kimi.

b)Peyğəmbərlərin dəvətinin məzmun və mahiyyətini araşdırmaq.

c)Peyğəmbərlərin risalətinin doğruluğuna dəlalət edən sübut və şahidlərin toplanması.

d)Həmin peyğəmbərdən öncəki səmavi kitabların təsdiqi və öncəki peyğəmbərlərin onun gəlişinə şəhadət verməsi: Allah tərəfindən insanların hidayəti üçün peyğəmbərlərin vasitəsi ilə göndərilmiş dinlərin hamısıın kökü və məqsədi eynidir. Həmişə hər öncəki peyğəmbər özündən sonra gələcək peyğəmbərin xəbərini və hər sonrakı peyğəmbər də özündən öncəki peyğəmbəri təsdiq etmişdir. Bu əsasla İncil və Tövrat kimi öncəki səmavi kitabları İslam peyğəmbəri həzrət Mühəmmədin (s) besəti və gəlişi haqda müjdə vermişdir.

 

4.İmamın tanıma yolları:

a)Quran ayələri: Quran bir sıra ayələrində ümumi imamət və vilayət məsələsini sübut etmişdir: «İnzar – qohum-əqrəbanı İslama dəvət etmək» ayəsi («Rəd» surəsi 7-ci ayə) və «Ulul-əmr – əmr sahiblərinə itaət» ayəsi («Nisa» surəsi 59-cu ayə)

b)Rəvayətlər: İmamətin sübutu üçün çoxlu rəvayətlər vardır ki, ümumi şəkildə bunlardan ibarətdir:

Səqəleyn hədisi”, “Səfinə hədisi”, “Nücum hədisi” “İsna əşər imamların hədisi

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərdə, Həzrət Rəsul (s) 12 imamı öz canişini və özündən sonra camaatın imam və rəhbəri ünvanında təqdim etmişdir və bu rəvayətlər əhli-sünnənin də mənbələrində mövcuddur.

Baxmayaraq ki, sizin dediyiniz kimi ”imam” kəlməsi əhli-sünnənin kitablarında yoxdur, lakin Peyğəmbərin (s) özündən olan hədislər bəyan edir ki, xalqın gələcək rəhbərliyi və hidayəti Peyğəmbərdən (s) sonra 12 imam və rəhbərə tapşırılmışdır və bunun özü “imamət” məsələsinin sübutudur.

 

5.“Niyə namaz qılırıq və Allahın bizim namazımıza nə ehtiyacı var?”sualına cavab olaraq:

Diqqət etməlisiniz ki, Allahın bizim namazımıza ehtiyacı yoxdur, lakin bizim namaz qılmağa ehtiyacımız var. Çünki: Allah insanı kamala çatmaq üçün yaratmışdır və kamala çatmaq yolunu da Özü ilə təmiz qəlblə əlaqədə və Ona ibadət və itaətdə qərar vermişdir. Namaz Allah ilə ən yaxşı əlaqə vasitəsi və ən səmimi ibadətdir. Eləcə də, Allah qarşısında digər ibadətlər də, insanın kamala çatması üçün zəmin yaradır. Bu cəhətə görə insanın namaz qılmağa ehtiyacı vardır.

Əlavə olaraq Allah insana çoxlu nemətlər vermişdir və o nemətlərə görə də Uca tanrıya şükür etmək lazımdır. Ağıl baxımındanağıl sahiblərinin nəzərində əgər kimsə nemət sahibinin qarşısında təşəkkür etməsə məzəmmət olunmuşdur və namaz da ilahi nemətlər qarşısında təşəkkür hesab olunur.

Namaz insanla Allahın arasında olan əlaqə və onunla söhbət etməkdir və hər bir insanın həyatda bir söykənəcəyə ehtiyacı vardır. İnsanın ən yaxşı dayağı Allahdır. Namaz qılmaq həqiqətdə Allahın sonsuz qüdrətinə söykənməkdir.



1           Bürhan” – dəlil, sübut, isbat mənalarında işlədilir.


3690 Görüş

Cadu haqda
Tarixində 16 February 2026 & Saat 23:33

Bizim evdə heç kim bir-biri ilə yola getmir, bir dəfə quran açdırdıq, bildirdilər ki bizə sehr-cadu edilib qəbristanlıqda basdırılmışdır. Doğrusu əvvəllər biz bunlara inanmazdıq, amma dini kitablar oxuduqca məlum oldu ki, peyğəmbərlərin həyatında da bu kimi hadisələr baş vermişdir. Cadunu tapıb çıxarsaq, onu batil edə bilərikmi? Və yaxud yalnız namaz ilə qorunmaq mümkündürmü?

Baxmayaraq ki, sehrin müəyyən qədər həqiqəti vardır, lakin sehrlə hər işi görmək olmaz, eyni zamanda hər bir işi sehrlə əlaqələndirmək düzgün deyildir. Ola bilsin ki, sizin ailənizdə olan rəftarın ayrı səbəbləri vardır və sehrlə heç bir bağlılığı yoxdur. Çalışın belə işlərdə vəsvəsələrdən, şübhələrdən uzaq olun. Belə işlərdə vəsvəsənin özü insanın həyatında problemlər yaradır.

İnsanın ailə ocağını isti və möhkəm edən əsas amillərdən biri, ailədə olan gözəl əxlaq və davranış, sadiqlik və düzgünlükdür. Əgər ailə üzvləri Allaha təvəkkül etsə və öz əlaqələrini Allah-taala ilə möhkəmləndirib əxlaqi keyfiyyət və sədaqətlə bir-birilə yaşasa, yəqininiz olsun ki, heç bir cadugər, sehirbaz onların ailəsini dağıda bilməz.

Buna görə siz çalışın ailədə gözəl əxlaqla rəftar edin və digərlərini də öz əxlaq və rəftarınıza cəzb edin! Sonra onları da gözəl əxlaq və rəftara tövsiyə edin. Ailədə gözəl əxlaqın özü sehri batil edəndir. Hətta demək olar: “Gözəl əxlaq və rəftarın özü başqalarını insana bağlayan bir sehirdir.”

Bununla bərabər əgər sehr və cadudan qorxursunuzsa, sehri batil etmək və onun pisliyindən kənarda qalmaq, onun təsirindən uzaq olmaq üçün aşağıda deyilənlərə əməl edin:

1- Sədəqə verin!

2- Çoxlu quran oxuyun. Məxsusən “Ayətəl kürsü” və əvvəllərində “Qul” kəlməsi gələn Quranın axırıncı surələri olan Qul huvəllah, Qul əuzu birəbbinnəs, Qul əuzu biərəbbil fələq və Qul ya əyyuhəl kafirun surələrin çox oxuyun! Quran oxumaq sehri batil edir.

3- “Məfatihul-cinan” kitabında sehrin batil olması üçün yazılan duaları oxuyun!

Həmçinin böyük alim və ariflərimizdən bizə gəlib çatan göstərişlərə 40 gün əməl edin, inşaallah heç bir sehir sizə əsər etməz! Vacib namazları xüsusən sübh namazını vaxtında qılın. Sübh namazından sonra sağ əli sinənizə qoyun 70 dəfə “Ya Fəttah” deyin, sonra 110 dəfə salavat zikr edin. Bir gündə 5 dəfə “Ayətəl-kürsünü” oxuyub özünüzə pülüyün.(üfləyin). Hər zaman fikrinizdə narahatçılıq yarandı “La həvlə və la quvvətə illa billah” zikrini deyin. Bu göstərişi çalışın 40 gün davamlı şəkildə tamam ailə üzvləriniz də desin. İnşaallah hər bir çətinliklər aradan gedər. Və sizə də heç bir sehr əsər etməz.

3689 Görüş

Spirtin növləri
Tarixində 16 February 2026 & Saat 23:33

Spirtin hansı növləri pak, hansı növləri isə nəcisdir?

Ayətullah üzma Fazil Lənkəraninin (Allah ona rəhmət eləsin) nəzərinə əsasən ağ spirt və tibdə işlədilən xalis olan tibb spirti pakdır, amma şərab və pivədən alınarsa nəcisdir. Həmçinin spirtdən alınmış və səhiyyə ocaqlarında istifadə edilən digər paklayıcı maddələr də  pakdır. Həmçinin sənayedə işlədilən həmin ağ spirt də zəhərli maddə olmasına baxmayaraq pakdır. Odikalon və spirtdən hazırlanan başqa sənaye maddələri də pakdır. Sözsüz ki, əgər insanı məst edən bir şey ola, belə ki, özü-özlüyündə axıcı olarsa, nəcisdir. Amma çətənə və həşiş kimi axıcı olmayan maddələr, hətta onu axıcı etmək üçün ona su da əlavə etsələr yenə də  pakdır.

3687 Görüş