SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunİcazəsiz proqram yükləmək olarmı?
Tarixində 16 February 2026 & Saat 21:59
Proqram sahibinə (əsasən də qeyri müsəlman dövlətlərinə aid olan) heç bir ödəmə eləmədən, açarı ilə birgə internetdən götürülən və ya pirat disklərlə əldə edilən hər hansı bir computer proqramını istifadə etməyin işkalı varmı? İslamın təbliğində bu kimi proqramların istifadə etməyin hökmü nədir? (nəzərə alsaq ki, bu proqramların hamısını almağa maddi imkan yol vermir).
Hər bir
proqramı yükləmək, üzünü köçürtmək və onu kopyalayıb paylamaq
hərçənd kafirdən də olsa, istehsalçının razılığı olmasa caiz deyildir. Lakin
başqa bir nəfər yükləsə və ya onun kilidini qırıb üzünü köçürsə, siz də həmin
kopya olunmuşu ucuz qiymətə alsanız işkalı yoxdur. Kilidi qırılmış və üzü köçürülmüş
proqramdan şəxsi istifadə edib onu ala bilərsiniz, amma onu kopya edib başqalarına
verməyə haqqınız yoxdur.
Nərd taxta oyunu
Tarixində 16 February 2026 & Saat 21:59
Salamun aleykum
Bir şəxsin udub-uduzmaq olmadan nərd taxta oyunu oynaması caizdirmi?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Nərd taxta oyunu hərçənd udub-uduzmaq şərtilə olmasa belə, nə qədər ki, qumar aləti və qumar oyunu üçün yararlı sayılıb fəsad törədə bilərsə, haramdır! Qumar alətləri ilə oyun oynamaq barəsində aşağıdakı mətləbi mütaliə edin:
1- Əgər bir kəs qumar alətləri ilə ünsiyyətdə olub ona əlaqəli olarsa, yavaş-yavaş bu alətin haram olma qəbahəti o şəxsin nəzərində zəifləyəcək və onun pis yola çəkilmək imkanı artacaqdır.
2- İnsan öz-özlüyündə çox qəribə və çətin tanınan, yeri gəlmişkən tez yoldan çıxan bir mövcuddur. İnsanın qumar oyunları ilə əlaqə tapması onu çox qorxulu bir şəraitə gətirib çıxara bilər.
Qurani-Kərim buyurur: « وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبين - Sizin üçün şeytanın hazırladığı yolu getməyin, yəni sizin üçün onun yaratdığı aldadıcı işlərə tabe olmayın. Deməli, şeytan insanı tədricən günaha çəkir və hər addım boyu onu məsiyət və günaha aparır. Məsələn; ilk mərhələdə insanı qumar alətini görməyə çağırır, sonra da onunla udub-uduzmaq olmadan oyuna vadar edir. Elə ki, bu qədər insanı öz ardınca apardı və haram işə onu yaxınlaşdırdı, bu zaman insanda “şeytani curət” yaradır ki, Allah-taalanın: “etmə!” – dediyini, ona etdirir, şeytan və nəfs onu vadar edir ki, sonrakı addımları da atsın və günaha daha da yaxınlaşsın. Yəni bir də görürsən ki, onu qumar oynamağa da vadar edir və artıq qumar oyunu da insan üçün günah əhəmiyyəti daşımır və belə oyuna adi bir iş kimi baxır.
Qumar oyunu ilə baş qarışdırmaq (hərçənd qumar oynamasa belə) tədriclə insanı qumara çəkər. İnsan günaha aludə olmaqdan uzaqda qalsın və onun ruhiyyəsində xoşagəlməz bir təsir yaranmasın deyə, buyurublar ki, hətta qumar aləti ilə baş qarışdırmaq da olmaz və belə əməldən gərək uzaq olasan. Necə ki, həzrət Əli əleyhissəlam günah fikir barəsində buyurub:
"Əgər bir kəs günah əməllər barəsində çox düşünərsə, günahlar onu özünə tərəf çəkib aparar." Həmçinin, o həzrət buyurur:
خوض النّاس فى شىءٍ مقدّمة الكائن"-“ — “Bir iş üzərində çox fikirləşib onun ardınca getməyin nəticəsi, onu tapıb həyata keçirməyə səbəb olar."
(Allah-taalanın razılığına səbəb olan əməllərə nail olmaq müvəffəqiyyətinə çatasınız)İslamda kişilərin qadınlardan üstünlüyünün səbəbi
Tarixində 16 February 2026 & Saat 21:59
Mənim sualım belədir: Qadınlar güman edirlər ki, ”ər-Ricalu qəvvamunə ələn-nisa” ayəsində İslam onların zərərinə danışmışdır. Bu məsələni onlar üçün necə izah edək? Ayə necə təfsir olunmalıdır?
Bu şübhəyə cavab vermək üçün ilk öncə ”kişilərin üstünlüyü” cümləsində məqsədin nə olduğunu və fəlsəfəsini bilməliyik.
”Qəvvam” o şəxsə deyilir ki, başqasının idarəciliyini və islahını öz öhdəsinə götürsün. Qəyyumluq və müdiriyyətin başlıca şərti yaşayışın təmini və idarəsində ləyaqətin olmasıdır.1
Nəzərə almalıyıq ki, ailə kiçik bir cəmiyyətdir və böyük bir cəmiyyət kimi vahid başçı və rəhbəri olmalıdır. Çünki qadın və kişinin müştərək rəhbərliyinin bir anlamı yoxdur. Nəticə etibarı ilə, kişi yaxud qadın ailənin başçısı, digəri isə onun müavini olmalıdır.
Quran burada aydın surətdə bəyan edir ki, başçılıq kişiyə verilməlidir.(Yanlış anlaşılmasın! Bu, diktatorluq və haqqı ayaq altına qoymaq mənasında deyildir, bəlkə məqsəd məsuliyyətləri nəzərə alan nizamlanmış vahid rəhbərlikdir. Bu məsələ müasir dünyada hər zamandan daha aydındır ki, əgər bir heyət (iki nəfərlik heyət olsa belə) bir işi öhdəsinə götürürsə, mütləq onlardan biri ”rəis” və o biri ”müavin ya üzv” olmalıdır. Əks təqdirdə onların arasında hərc-mərclik yaranar. Kişinin evdə başçılıq etməsi də bu kimi misallardandır.)2
Biz ilk öncə ailə məsələlərində bu ləyaqət və qabiliyyətin kimin varlığında (təbiətində) olmasına diqqət etməliyik. Bu məsələni bilmək üçün kişi və qadının yaranışına nəzər salmaq və onların yaranış fəlsəfəsindəki vəzifələrini araşdırmaq lazımdır.
Kişi və qadın arasındakı cismi və ruhi cəhətdən olan təbii fərqləri heç kim inkar edə bilməz. Bu fərqlər təbiidir. Yaranışın kamilləşməsi və insanın ehtiyaclarını təmin etmək üçün lazımdır. Belə fərqlər kişilərin ozündə də vardır.
Misal olaraq:
Bütün insanlar istedad baxımından eynidirlər. Amma onun xüsusiyyətlərində Allahın hikmətinə əsasən bir-birlərindən fərqli yaranmışlar. Bu müxtəlif istedadların çiçəklənməsi nəticəsində, insanın ictimai ehtiyacları müxtəlif zəminlərdə təmin olunur. Məsələn, cəmiyyətin müxtəlif sahələrində, istər qidalanma, istər səhiyyə baxımından, istərsə də abadlıq baxımından ehtiyacları vardır. Allahın da hikməti tələb edir ki, bu ehtiyacların təmin olunmasında, insanları cürbəcür istedadlarla yaratsın və bu istedadların çiçəklənməsi nəticəsində cəmiyyətin ehtiyacları ödənilsin.
Buna əsasən birində doktor olmaq, digərində isə əkinçilik və ya mühəndislik istedadı vardır. Bunlardan hər biri öz vəzifələrinə uyğun cəmiyyətə xidmət göstərir və bir sıra ictimai ehtiyacları təmin edirlər.
Bu həqiqəti Quran belə açıqlayır: ”Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər baxımından) onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilayət və din) onların topladıqlarından daha yaxşıdır.”
İnsanlarda olan istedadların müxtəlifliyi bir insanın başqa insana üstünlüynə səbəb olmadığı kimi kişi və qadının da yaranışı belədir. İnsaniyyət cəhətindən ortaq, təbiət yaranışında isə fərqlidirlər. Kişi və qadının xüsusiyyətində olan bu kimi fərqlər, yaranışın kamilləşməsi, həyatın təbii ehtiyaclarının ödənilməsi və ictimai həyatın təkamülüdür. Çünki yaranışda olan fərqlər, insan nəslinin davamına zəmanət verir və cəmiyyətdə məhəbbətin icad olunmasının, kamilliyə doğru hərəkətin zəminini yaradır. Əks təqdirdə yaranış naqis olar. İctimai kamillik həm qadının, həm də kişinin varlığındadır. Bunlardan da hər biri öz üzərinə düşən vəzifəni yerinə yetirirlər. Allahın ən gözəl yaranışı olan bu nizam qadın və kişinin öz rolunu bu şəkildə həyata keçirməyi tələb edir.
Cismi fərqlərdən əlavə ruhi baxımdan da bu iki varlığın yaranmasında fərqlər vardır. Bu da ictimai həyatın kamilləşməsi üçündür. Uyğun mövzuda bəzi alimlərin nəzəriyyələrini diqqətinizə çatdırırıq:
Dünya şöhrətli fizioloq və bioloq-cərrah Aleksis Karl ”İnsan tanınmamış varlıq” kitabında deyir: ”Qadın və kişi yaranış qanununun hökmünə əsasən fərqli yaranmışdır və bu fərqlilik onların hüquq və vəzifələrinin fərqli olmasını çatdırır.”
Jak Lurbit “Qadın müəllim müqabilində” kitabında deyir: “Qadın və kişi fiziki qüvvə və təbii hiss və emosiya baxımından qəti surətdə fərqlidirlər. Lakin bu fərqlər qadının tənəzzülü demək deyildir.”
İtalyan alim Mantecaza “Qadın fiziyologiyası“ kitabında deyir: «Qadın və kişi fiziologiya cəhətindən fərqlidirlər, amma heç biri o birindən güclü deyildir. Bu təfavütlər onların üzərinə düşən vəzifələrin fərqliliyi nəticəsidir.»
Hüquqların fərqli olması vəzifələrin fərqliliyinə görədir:
Aleksis Karl kimi alimlərin sözlərindəki maraqlı məqamlar bunlardan ibarətdir: “Vəzifə və hüquqların müxtəlifliyi onların təbii fərqliliyinin əsasındadır. Belə ki, onlardan hər biri yaranışlarına uyğun olan vəzifələrinə görə bir sıra hüquqlara malikdirlər. Bu həmin həqiqəti bəyan edir ki, kişi və qadının – yaranışın əvvəlindən – özlərinə uyğun vəzifələri vardır və cismi və ruhi baxımdan da o vəzifələrə uyğun yaranmışlar.
Kişi cismi cəhətdən qadından güclü yaranmışdır. Həmçinin ruhi cəhətdən də, kişilərin ağıl və təfəkkür qüvvəsi qadınlardan çoxdur. Qadınlarda isə məhəbbət, hissiyat və emosiya qüvvəsi çoxdur. Kişilərdə hadisələr müqabilində göstərilən şücaət onları həyatda qəhrəman kimi tanıtdırır. Qadınlarda isə səbirli və təmkinli olmaq xüsusiyyəti öndədir.
Bütün bunlar qadın və kişinin vəzifələrinin fərqli olmasından irəli gəlir. Misal olaraq, qadın insanın yaranmasında mühüm rol oynayır və körpələrin inkişafı onun üzərinə düşür. Qadın cismi cəhətdən uşaqların boya-başa çatmasına və tərbiyəsinə uyğun yaranmışdır. Ruhi cəhətdən də elə ülfət və məhəbbətə malikdir ki, uşaqlarını məhəbbətlə cəmiyyətə təhvil verməyə qadirdir.
Həyatin qanunu iki müxalif cinsdən olan qadın və kişini bir-birinə elə əlaqəli yaratmışdır ki, bir-birinin yanında olamadan kamilləşmələri mümkün deyil. Xilqətdə olan bu rəngarənglik insan nəslinin davamından başqa, həm də kamillik və məhəbbət amilidir. Bu kamal və sevgi-məhəbbət o zaman artır ki, hər biri özünə aid vəzifəsini yerinə yetirsin.
Ailəyə başçılıq və bu kimi işlərdə böyük diqqətə ehtiyacı olduğu üçün İslam ədaləti riayət etməklə kişini qadından üstün bilmişdir. Kişinin qadına bu üstünlüyü, kişinin yaranışında deyil, bəlkə kişinin təbii vəzifəsinə və cismi qüdrətinə görədir.
Çünki ictimai və iqtisadi məsələlərdə ehtiyacları ödəməyi və yaşayışı idarə etməyi kişi öz üzərinə götürməyi bacarır. Elə buna görə kişilər ailə məsələlərindən başqa hökm vermək və müharibə kimi ictimai məsələlərdə də qadınlardan üstündürlər.
Kişinin qadına başçılıq və qəyyumluq etməsi, həmçinin bu vəzifənin kişilərə həvalə edilməsi, nə onların şəxsiyyətinin yüksək olmasına, nə də digər aləmdə üstünlüyə dəlalət edir.
Çünki o imtiyazlar yalnız və yalnız təqvaya bağlıdır. Bəlkə bunların hamısını Allah-taala yaranış baxımından bəşəriyyətin məsləhətinə uyğun olaraq onların arasında qərar vermişdir. Ayənin sonunda buyurulur:
“Və həmçinin bu başçılıq, kişilərin üzərinə götürdükləri öhdəliklərin və ailənin nəfəqəsini ödəməyin müqabilindədir.” Bu kişilər üçün mənəvi üstünlük yox, təbii vəzifədir.İstimna (onanizm)
Tarixində 16 February 2026 & Saat 21:59
İstimna (onanizm) edənin şəri cəzası nədir?
İstimna haram və böyük günahlardandır. Həqiqi mənada istimna bir növ xəstəlikdir, bəzi insanlar da ona düçar olur. Dünyadakı cəza baxımından: bir şəxsin istimna etməsi, şəriət hakiminin yanında sübut olsa, şəriət hakimi məsləhət bildiyi formada cəzalandırılır və lazimi qədər şallaq vurulur. Bu cəzalandırmaq şəriət hakiminin əlindədir.
Amma axirət və ölümdən sonrakı aləmin cəzası nəzərindən: istimna üçün cəhənnəm əzabı vədə verilmişdir. Imam Sadiqdən (ə) nəql olunan rəvayətdə həzrət buyurur: "istimna zina kimidir", yəni zina kimi günahı vardır. Həmçinin Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir, o həzrət buyurdu: "Allah-taala qiyamət günündə üç nəfərlə kəlmə kəsib danışmaz, onlara rəhmət nəzərilə baxmaz, onların günahını bağışlamyıb onları dərdli əzaba düçar edər! Bu üç tayfadan biri: dünyada istimna etmiş şəxsdir."
"TÖVHİD"
Tarixində 16 February 2026 & Saat 21:59
Mənim bütün şeylərə etiqadım var, lakin Allah haqqında daha çox bilmək istəyirəm. Ümumiyyətlə Allah kimdir? Haradan gəlib? və s...
Allahı axtarma və Allahşünaslıq insanın fitrətində olur. Yəni insanlar zatən Allahın varlığına inanmış və müntəzəm olaraq Onu tanımağın arxasınca olmuşlar. Lakin kontekstlər vasitəsi ilə öz Allahlarını düzgün tanıdıqları zaman, tövhidə və təkallahlığa tərəf üz gətiriblər (yönəliblər). Lakin Allahını düzgün tanıya bilmədikdə və həqiqət onlara aydın ola bilməyəndə, Allah axtarma nidasına cavab olaraq ya ifrat (həddindən çox) yolunu getmişlər ya da, təfrit (həddindən az)! Nəticədə daha üstün bir qüvvəyə təmayülün təsirindən və ona güclü əlaqənin hissiyyatından onların az məlumatı olması ilə yanaşı xəyala qapılma, həmçinin qorxu və təhlükə hissi kimi amillərin təsiri altına düşərək şirk yolunu seçərək ay, günəş və s. kimi başqa varlıqlara üz tutublar. Yaxud təfritin təsirindən cahillik və nadanlıqla yanaşı özlərinin daxilində olan yeganəpərəstlik nidasına cavab olaraq ateizm yolunu tutublar. İslam baxımından: Allah o kəsdir ki, insan Onunla söhbət edə bilər, Ona Sən deyə müraciət edə bilər, Onunla dərdi-dil edə bilər və Ondan kömək istəyə bilər. O, elə bir Allahdır ki, yaşayışımıza nəzarət edir, səsimizi eşidir, problemlərimizi görür və yalnız Odur ki, bu problemləri aradan qaldıra bilər.
Allahı cismi gözlə görmək olmaz, yalnız qəlblərimiz Onun vücudunu təsdiq edir, ağlımız öz sübutları ilə Onun vücudunu isbat edir. Biz Onu yalnız sifətləri ilə tanıyırıq. Bizi yaratdığı üçün Xaliq (Yaradan) adlandırırıq, ruzimizi verdiyi üçün Ona Rəzzaq (ruzi verən) deyirik, sözümüzə qulaq asır və hər vaxt dilimiz ilə danışanda, yaxud ürəyimizdə özümüzlə pıçıldaşanda, bizi eşitdiyi üçün ona Eşidən deyirik. Bütün aləm, Onun hüzurunda və nəzərində olduğundan, bütün işlərimiz Onun nəzarəti altında baş verdiyindən Ona Bəsir (Görən) deyirik. Ona Qadir (Qüdrət sahibi) deyirik ona görə ki, qüdrəti olduqca çox və bacarığı da, sonsuzdur. Ona görə Alim deyirik ki, O bütün elmlərin xəzinələridir və elmi olan hər bir kəsə O bu elmi vermişdir. Diri adlandırırıq ona görə ki, məxluqatın yaşayış və həyatı Ondandır.
Biz Onun Yaradan və Ruzi verən kimi bəzi sifətlərini məxluqlara diqqət etməklə dərk edirik. Bəzi həyat, elm və s. kimi başqa sifətlərini isə Allahın sifətlərinə və Ona aid olan xüsusiyyətlərə diqqət etməklə anlayırıq.
Allah Bağışlayan və Mehriban, Alim və Qüdrətli, Dirildən və Öldürən bir Yaradandır. O, yaxşılara mükafat verir və pis iş görənləri cəzalandırır. O, şah damarımızdan belə bizə yaxındır və biz heç vaxt Onun qüdrət əhatəsindən, hakimiyyət dairəsindən xaric ola bilmərik.
O, varlığı yaradaraq aləmə başdan-başa həyat bəxş etdi. O, zülmətləri aradan aparandır. O, gözəldir və hər bir gözəllik Ondan qaynaqlanır. O, mütləq vücuddur, nöqsansız vücuddur, yoxluq Ona yol tapmır, kamil bir varlıqdır ki, heç bir vəchlə Onun ətəyində nöqsanlıq oturmur. Onu bu dünyada bir şeyə oxşatmaq istəsən deməlisən O, mütləq bir Nurdur ki, bütün şeyləri işıqlandırır və işıq saçmağı bacaran hər bir şey Onun köməyi ilə bu xüsusiyyətə sahib olmuşdur.
Qurani-Kərim Allahı yeganə (tayı bərabəri olmayan mənasında) və hər bir şeydən ehtiyacsız tanıdaraq “Tövhid” surəsində ona işarə edir. Qurani-Kərim başqa ayələrdə isə Allahı mütləq Alim, mütləq Qadir tanıtdırır.
Qurani-Kərim “Nur” surəsində Allahın zatının həqiqətini bu cür tanıtdırır:
«الله نورالسموات و الارض مثل نوره كمشكاه فيها مصباح...» “Allah göylərin və yerin nurudur. Onun nurunun məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur.”1
Nurun mənası: "Nur" öz zatında və varlığında zahir və aydın olan bir şeydən ibarətdir. Xarici təsir cəhətindən də, özündən başqasını aydınlaşdıran bir şey olmalıdır. Bu anlamın müxtəlif mənaları vardır ki, onun (anlamın) o mənalara olan düzgünlüyün zəif və güclü olması fərqli olur. Məsələn nuru həm günəşə, həm də bir çırağa aid etmək olar. Çünki həm günəşin, həm də çırağın zatının özü aydın olmaqla yanaşı özündən başqasını da, nurlandırır. Lakin günəşin nuru və nurlandırması hara, kiçik bir çırağın nuru hara?!
İmam Sadiq (ə) Allahın nurunun həqiqətini təsvir edərək belə buyurur:
«عَنْ عَاصِمِ بْنِ حُمَيْدٍ قَالَ ذَاكَرْتُ أَبَا عَبْدِ اللَّهِ ع فِيمَا يَرْوُونَ مِنَ الرُّؤْيَةِ فَقَالَ الشَّمْسُ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نُورِ الْكُرْسِيِّ وَ الْكُرْسِيُّ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نُورِ الْعَرْشِ وَ الْعَرْشُ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نُورِ الْحِجَابِ وَ الْحِجَابُ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نُورِ السِّتْرِ فَإِنْ كَانُوا صَادِقِينَ فَلْيَمْلَئُوا أَعْيُنَهُمْ مِنَ الشَّمْسِ لَيْسَ دُونَهَا سَحَاب».
Səfvan ibn Yəhya, Asim ibn Huməyddən belə nəql edir: Həzrət Sadiq (ə) ilə Allahı görmək haqqında deyilənlər haqqında müzakirə edirdik və onu yad etdik, həzrət buyurdu ki, günəşin nuru Kürsünün nurunun yetmiş hissəsindən bir hissədir ki, Kürsünün nuru günəşin yetmiş nuruna bərabərdir. Kürsünün nuru isə, ərşin nurunun yetmiş hissəsinin bir hissəsidir. Ərşin nuru isə hicabın nurunun yetmiş hissəsinin bir hissəsidir. Hicabın nuru da, Sitrin nurunun yetmiş hissəsinin bir hissəsidir. Belədirsə əgər (Allahı görərik deməklə) düz danışırlarsa, (onda) bulud fasilə salmamaq şərti ilə öz gözlərini günəşin nuru ilə doldursunlar (yəni sadəcə günəşin nuruna baxa bilmirlərsə necə ola bilər ki, Allahı görsünlər).
Allahı tanımağın sübutları:
Allahı tanımaq üçün əsasən altı yol (bürhan, sübut) mövcuddur. Onlardan beşi ağılla, bir yol isə fitri yol ilə olur.
a).Nizam-intizam bürhanı (sübutu)
b).Vacib və mümkün (fəqirlik və ehtiyacsızlıq) bürhanı
c).Dəyişən və hərəkət bürhanı
d).Səbəb və nəticə bürhanı
e).Siddiqlərin (düz danışanların) bürhanı
f).Fitrət və daxili seyr bürhanı
Əlbəttə bu yolların hər birinin izahı haqqında Tövhid zəminəsində olan əqidə kitablarını mütaliə etməlisiniz.
Burada iki sübut və bürhana (yola) işarə olunur:
Nizam-intizam bürhanı (sübutu)
Allahpərəst insanlar dünyanı yaradanın vücudunun isbatı üçün, çoxlu sübutlar gətiriblər və onlardan ən aydın və qaneedici olan sübut nizam-intizam sübutudur. Çünki nizam-intizam sübutu ağılı və vicdanı qane və razı edir. Buna görə də, bu sübut alimlərin və ilahi filosofların diqqət mərkəzində olmuşdur.
Nizam-intizam sübutunun əsas istiqamətləri:
Nizam-intizam sübutu iki əsas istiqamətdə qərar tutur:
1.Dünyanda başdan-başa nizam-intizam, hesab, qanun və hədəf nişanələri və əsərləri gözə dəyir.
2.Hər bir məcmuə və sistemdə olan nizam-intizam, hesab, qanun və hədəf nişanələri və əsərləri ondan xəbər verir ki, o məcmuə və sistemi düzəldənin elm və əqlə malikdir.
İndi isə yuxarıda qeyd olan iki mehvərin izahına diqqət edin:
Birinci mehvər:
Geniş dünyanın bütün nöqtələrində, nizamlı və dəqiq sistemlər gözə dəyir. Halbuki, plan, hesab və qanun hətta ən kiçik onların ən kiçiyinə belə hakimdir.
Dünyanın müxtəlif cür olan bütün canlıları, böyük bir ordunun müxtəlif qruplara bölündüyü kimidir ki, heyranedici nizamlı cərgə ilə, vahid bir sərkərdənin nəzarəti altında müəyyən hədəfə doğru irəliləyir.
Başqa sözlə, yaradılış aləmi dağınıq və nəzimsiz deyil, əksinə mütləq bütün mövcudat və hadisələr, müəyyən yolda hərəkət etməli nəhayət onlar üçün yazılmış son təqdirə çatmalıdır.
Yenə başqa təbirlə desək, varlıq aləminin bütün canlıları və hissələri arasında xüsusi bir əlaqə görünür ki, ilk baxışda onu anlayırıq.
Vacib və mümkün (fəqirlik və zənginlik) bürhanı
Allahın varlığının sübutlarından biri də, vacib və mümkün yaxud fəqirlik və zənginlik sübutudur. Bu sübut hamı üçün anlaşılandır.
Allahın vücudu (varlığı) mütləq zəngin vücuddur və məxluqatın vücudu isə ehtiyaclıdır. Məsələn biz öz vücudumuza baxdıqda, özümüzü başdan-ayağa ehtiyaclı görürük. Həm vücudun əsasında, həm də vücudun davamında üstəlik yaşayışımızın ehtiyaclarını ödəməkdə də, möhtacıq və öz ehtiyaclarımızı ödəmək üçün mütləq öz vücudumuzdan başqasına əl uzadərəq. Lakin əl uzadacağımız hər bir varlığı da, fəqir və ehtiyaclı görürük və mümkün aləm, başdan-başa ehtiyac və fəqirlik içindədir.
Bu ehtiyacları müşahidə etməklə, daxili bir ilhamla bu nəticəyə çatırıq ki, bu dünyada ehtiyacsızlıq və zənginlik bir mənbəyi vardır ki, hamı ehtiyac əlini Ona tərəf uzadır və O, Allah adlandırdığımız varlıqdır, əzəldən və həmişə mövcud olmuşdur.
Bu sübut fəlsəfi çərçivədə müzakirə olunarsa, “imkan və vücub – yəni möhtac və ehtiyacsız” şəklində müzakirə olunmalıdır. Belə ki, vücud iki qismə bölünür: vacibul-vücud və mümkünül-vücud. Mümkünül-vücudun, yəni möhtac varlıqların vücudu onların zatının xaricindən qaynaqlanır. Amma vacibul-vücudun, yəni ehtiyacsız varlığın varlığı onun özündən qaynaqlanır və zatının xaricində deyildir.
İmkan aləminin bütün canlılarının vücudu imkani vücuddur və hər bir mümkün elə bir vücuda çatmalıdır ki, mümkünül-vücudlara varlıq bağışlamaq üçün onun varlığı özündən olmalıdır.
Məsələn sual olunur ki, Zeydin varlığının mənşəyi kimdir? Cavab verilir ki, ata və anası Ömər və b. Bu sualın özü də, Ömər haqqında bəyan olunur və nəhayət bu sual vacibəl-vücud və varlığı zatının eyni olan bir vücudda bitənə qədər sonsuza qədər davam edir. O, aləmin bütün varlığın mənşəyidir.
Həmçinin mümkün aləminin bütün məxluqları, hadisdir yəni əvvəlcədən yox idi sonradan xəlq olunub. Bildiyimiz kimi, bütün yer-göy və bunların arasında olan məxluqlar, həmçinin müxtəlif qalaktikalar aləmi, müxtəlif göy cisimlərinin hamısı hadisdir. Bunlar haqqında fikirləşəndə belə bir sual yaranır ki, onları yaradan kimdir? Əgər desək özü hadis olan bir varlıq bunları yaradıb o zaman eyni sual onun da, haqqında təkrar olunar. Əgər desək özü-özünə yaranıb ağıl və məntiqdən uzaqdır. Səbəbsiz bir şey yaranması qeyri-mümkündür. Söhbət bura çatanda mütləq məxluqlar üçün səbəb tapmalıyıq ki, həmin səbəb hadis olmamalıdır və əzəli olmalıdır ki, bütün bu gözəl mövcudatı yaratsın. Beləliklə O əzəli və vacibəl-vücud olan Allahdır və O, əvvəldən olub axıra qədər də olacaqdır. Yaranışın əvvəlindən mövcud olmuş “Allahın həqiqəti necədir, əzəli olması necədir?” – sualını isə bəşərin məhdud ağlı dərk etmir. Buna görə də, hədislərdə Allahın zatının həqiqəti və necəliyi haqqında düşünmək qadağan olunmuşdur.