SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Müvəqqəti evlənmə
Tarixində 16 February 2026 & Saat 20:00

Siğəni necə etmək olar?

Əgər qadın və kişi siğəni öz aralarında oxusa, əvvəl qadın deyir: "zəvvəctukə nəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni özümü təyin olunmuş mehriyyə və vaxtla sənin müvəqqəti nikahında qərar verdim. Sonra kişi fasiləsiz deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl məhril məlum ", yaxud desin "qəbiltu linəfsi hakəza" yəni qəbul elədim bu izdivacı.

      Kişi qadın tərəfdən vəkil olub onu özü üçün nikah etdikdə, əvvəlcə qadın tərəfdən vəkil olaraq deyir: "zəvvəctu muvəkkilətu filanən (qadının adını de) linəfsi fil muddətil məluməti ələl məhril məlum." Yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində öz vəkilliyimlə səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltut-təzvicə linəfsi fil muddətil məluməti ələl məhril məlum " yaxud "qəbiltu linəfsi hakəza" yəni qəbul etdim bu izdivacı.

      Həmçinin bu ibarə ilə də oxuya bilər: "məttətu muvəkkiləti (filanən) linəfsi fil muddətil məluməti ələl məhril məlum", yəni təyin olunmuş mehriyyə və vaxtın müqabilində vəkilin olaraq səni müvəqqəti nikahımda qərar verdim. Sonra fasiləsiz öz tərəfindən deyir: "qəbiltu linəfsi hakəza", yəni qəbul etdim bu izdivacı.

      Bir məsələyə diqqət edin – daimi ya müvəqqəti əqd oxumağın şərtləri vardır ki, onlara riayət olunmasa əqd səhvdir. O şərtlər ibarətdir:

1. Siğə və əqd ərəbcə düzgün oxunmalıdır. Əgər kişi və qadın özləri ərəbcə düzgün oxuya bilsələr, ehtiyat-vacibə görə gərək ərəbcə düzgün oxusunlar. Əgər özləri ərəbcə düzgün oxuya bilməsələr, ehtiyat-vacib odur ki, gərək ərəbcə düzgün oxuya bilən bir nəfəri vəkil etsinlər. Və əgər özləri oxuya bilməsələr, "zəvvəctu" və "qəbiltu"-nun mənasını çatdıran bir kəlmə desinlər. Əgər əqd oxuduqda onun mənasın dəyişən bir hərf səhv oxusalar, əqd səhvdir.

2. Əqd siğəsini oxuyan şəxs dediyi sözlərin mənasını dəqiq bilməlidir. Əgər ərəbcə oxuyub, hər kəlməni düzgün surətdə desə və ayrı-ayrılıqda hər birinin mənasını bilsə əqd düzgündür.

3. Siğə “inşa” niyyəti ilə oxunmalıdır; qadının "zəvvəctukə nəfsi" deməsindən məqsədi bu ola ki, özünü indi onun qadını qərar verdi. Həmçinin kişi də “qəbiltut-təzvicə” deməklə onu özünə xanım və arvad olmasını indi qəbul etdi. Əgər kişi vəkil olsa "zəvvəctu və qəbiltu” deməklə qəsdi bu ola ki, onu vəkil edən kişi və qadın indi ər və arvad oldular.

4. Müvəqqəti əqddə mehriyyə və müddət təyin olmalıdır; yəni kişi və qadın əqd oxunmamışdan əvvəl mehriyyə və vaxtı təyin etməlidir.

5. Muvəqqəti evlənmədə əgər qız bakirə olsa əksər müctəhidlərin nəzərinə görə ehtiyat-vacibə görə qızın atasından icazə alınmalıdır.

5037 Görüş

Cinsiyyətin təkrar dəyişdirilməsi
Tarixində 16 February 2026 & Saat 20:00

Cinsiyyətin təkrar dəyişdirilməsi caizdirmi? (məsələn bir qadın cərrahiyyə əməliyyatı etdirir, əməliyyat uğursuzluqla başa çatır və o xonsa olur. İkinci əməliyyat isə müvəffəqiyyətlə başa çatır və o kişi olur. Bir müddət belə yaşayandan sonra, onda öz yeni cinsiyyətinə qarşı narazılıq müşahidə olunur və yenidən əvvəlki vəziyyətinə qayıtmaq ücün – yəni qadın olmaq üçün cərrahiyyə əməliyyatına təşəbbüs edir. Həmin şəxsin vəzifəsi nədir?)

Hər fərziyyədə icazəyə əsas olsa, təkrar olmuş olsa belə, caizdir və əhkam baxımından yeni ünvana əsasən əməl etməlidir.

4956 Görüş

Cinsiyyətin “xonsa” (həm kişi, həm də qadın cinsiyyət orqanı olan şəxs) olaraq dəyişdirilməsi
Tarixində 16 February 2026 & Saat 20:00

Bir şəxs yeni cinsiyyətə sahib olmaq və əvvəlki cinsiyyətini dəyişdirmək üçün “xonsanı” yeni cinsiyyət kimi seçə bilərmi?

Bu iş bəzi vacib əməllərin tərk edilməsi və bəzi haram əməllərin yerinə yetirilməsi ilə nəticələndiyinə görə  və eyni zamanda ilahi hüquqlar riayət olunması baxımından  caiz deyildir.

4926 Görüş

Qəza namazı
Tarixində 16 February 2026 & Saat 20:00

Bir insan namaza 40 yaşında başlayıb 58 yaşında vəfat edib. Onun 25 il qəzası qalıb axirətə namaz əhli kimi gedib və ya binamaz kimi?

Qeyd olunan suala görə həmin qılınmayan 25 il namazın qəzası yerinə yetirilməlidir. O şəxs namaz qıldığı zamanlar namaz əhli , namaz qılmadığı vaxtlar isə namazı tərk edən hesab olunur.

4856 Görüş

Cinsiyyət dəyişdirildikdən sonra mehriyyənin şamil olması
Tarixində 16 February 2026 & Saat 20:00

Əgər qadın cinsiyyətin dəyişdirilməsi üçün ərindən icazə alarsa, ona hansı miqdarda mehriyyə şamil olur? Əgər icazə almazsa, hansı miqdarda mehriyyə şamil olur?

Ərin icazəsinin mehriyyənin ləğv edilməsi ilə heç bir bağlılığı yoxdur.

4770 Görüş