SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunCənabət quslu
Tarixində 16 February 2026 & Saat 20:00
Hər gun boynuna cənabət quslu gələn şəxsin hökmü nədir? Məişət şəraitindən asılı olaraq (hər gün qüsl almaq üçün isti su və s. problemləri) qüsl ala bilməməsi üzündən nə etməlidir? Ümumilikdə hər gün cənabət qüslü gəlməsinin nə ilə bağlı olduğunu izah etsəniz çox şad olaram.
Əgər hər gün həqiqətən cunub olursa qüsl etməlidir. Əgər suyun olmamasına və ya suyun zərərli olmasına xatir qüsl edə bilməsə təyəmmüm etməlidir. Hər zaman qüsl etməyə imkan olsa qüsl etsin.
Amma bilmək lazımdır ki, insandan xaric olan hər bir su və nəmlik məni hökmündə deyildir və cunub olmur və qüsl etməyədə ehtiyacı yoxdur.
Kişilərdə məninin xaric olmasının 3 əlaməti vardır:
1- möhkəm və atılmaq və siçrayışla yolu ilə
2- ləzzət və şəhvətlə
3- insanın bədəni sust və halsız olur
Әgәr insаndаn bir rütubәt хаric оlsа vә оnun bövl, mәni vә yа bаşqа şеy оlmаsını bilmәsә, bu hаldа әgәr şәhvәtlә, sıçrаyışlа çölә gәlsә vә gәlәndәn sоnrа bәdәn süstlәşsә, о rütubәt mәni hökmündәdir. Әgәr оndа bu üç әlаmәtdәn hеç biri, yахud bәzisi оlmаsа, mәni hökmündә dеyil, libas və paltarada dəysə nəcis etməz və dəstəmazıda batil etməz. Аmmа qаdındа vә хәstәdә оnun sıçrаyışlа gәlmәsi lazım dеyil; hәttа әgәr tәkcә şәhvәtlә gәlsә, mәni hökmündәdir, bәdәnin dә süstlәşmәsi lаzım dеyil.
Adətən və çox zaman insan hər gün cunub olmur. Ola bilsin məni xaric olmasın və məzi xaric olsun.
Ər-arvad münasibətləri
Tarixində 16 February 2026 & Saat 20:00
Ər-arvad arasındakı intim münasibət haqqında sual vermək istəyirəm. Ər və arvad arasındakı münasibətlərə bir sərhəd var yoxsa xeyr? İntim munasibət zamanı bəzi şəhhvət gətirici əməllər var. Öyrənmək istərdim bunlar haramdır yoxsa xeyr? İntim munasibət zamanı ər və arvadın üstü açıq olarsa bu Allah qarşısında günahdırmı? Ümumiyətlə ər arvad arasında intim munasibətlər necə olmalıdır?
Şəri cəhətdən ər-arvad bir-birindən hər cür cinsi ləzzət ala bilər və ər-arvad arasında intim münasibətin həddi yoxdur və onların özlərinin istədikləri qədər bir-birindən ləzzət ala bilərlər.
Səs-səda ilə yaxud lüt olmaqla yaxınlıq etmək məkruhdur (bəyənilən iş deyil amma günahı da yoxdur). Amma əgər intim əlaqədə olan vaxt səs-səda başqalarının diqqətini cəlb edən bir məkan və yerdə olarsa fəsadı var və caiz deyildir.
Qəza və qədər
Tarixində 16 February 2026 & Saat 20:00
Qəza ve qədər nədir?
“Qəza” sözünün mənası (hökm), “Qədər” sözünün mənası isə (ölçmək) deməkdir. Qəza və qədər iki qismə bölünür: “Təkvini” və “Təşrii”.
1. Təkvini qəza və qədər: Yəni bu aləmdə hər bir hadisənin və hər bir yaradılmışın səbəbi və ölçüsü vardır. Səbəbsiz və ölçüsüz yaranan heç nə yoxdur.
Buna misal olaraq deyirik ki, hər bir işin həyata keçməsi üçün bir neçə özünə məxsus ləvazim, muqəddimə və səbəbə ehtiyacı vardır. Bunların hər üçü hazır olduqda həmin işin hansısa bir icraçı tərəfindən yaranması və həyata keçməsi şübhəsizdir və mütləq həyata keçir. Təkvini qəza və qədərin mənası məhz budur.
Təkvini qəzadan istifadə olunan bu mənanın, insanın ixtiyar sahibi olması ilə heç bir ziddiyyəti yoxdur. Buna əsasən işin zərurəti və bir anda həyata keçməsi insanın iradə və ixtiyarının önəm daşımaması və rol oynamaması mənasına deyil, əksinə işin həyata keçməsi üçün lazım olan müqəddəmələrlə birgə insanın iradə və ixtiyarının da rol oynadığını bildirir. Bunlar bütövlükdə Allah tərəfindəndir. Buna görə də hər kəsin səadət və bədbəxtliyi öz iradə və ixtiyarına bağlıdır. Başqa sözlə desək, Allah hər şeyi qəza və qədər çərçivəsində və öz ləvazim və səbəbləri vasitəsi ilə idarə edir. Bu ləvazim və səbəblərdən biri də insanın ixtiyarıdır. Allah öz qəza və qədərində, insanın öz ixtiyarı ilə hansısa bir işi həyata keçirməsini və ya onu tərk etməsini təyin edib müəyyənləşdirmişdir. İnsanın taleyi Allah tərəfindən bu şəkildə təyin olunub ki, hər bir insan səadət və xoşbəxtlik yolunu, eləcə də bədbəxtliyi öz ixtiyar və iradələri ilə seçsin. Nəticədə bu iş həm qəza və qədər, həm də ixtiyardır. Əgər ilahi qəza və qədərdən məqsəd, səbəblərin, eləcə də bəşərin iradə və ixtiyar qüvvəsinin inkarıdırsa, bu kimi qəza və qədər yoxdur və heç vaxt ola bilməz.
Quran, aşkar və ya qeyri-aşkar olaraq insanın taleyinin öz əlində olduğunu bəyan edir:
وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَع (Və insan üçün öz səyi və təlaşından başqa heç nə yoxdur)[1].
Həmçinin buyurur: كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ (Hər bir insan öz əməlinin girovudur)[2].
Yenə də buyurur: إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّى يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ (Hansısa bir qövm öz taleyini dəyişmədikcə Allah onlarin taleyini dəyişməyəcəkdir)[3].
İslami rəvayətlərdə də ilahi təqdirlə insanın ixtiyarının müvafiq olmasına təkid olunmuşdur. İlahi təqdiri insanın məcbur olması kimi məna edənlər, bəyənilməmiş və məzəmmət olunmuşdur.
İmam Əli (ə) ondan “Cəbr və ixtiyar” barədə soruşan qoca kişinin cavabında buyurdu: “Siz heç bir halda məcbur deyilsiniz”. Qoca kişi dedi: “Necə məcbur deyilik, bir halda ki, bütün hərəkətlərimiz bütövlükdə ilahi təqdirin əhatəsindədir”?! Həzrət (ə) yenidən cavab verərək buyurdu: “Qəza və təqdirin məcburi olduğunumu duşunursən? Əgər “təqdir” insanın məcbur olmasıdırsa, bu zaman Allahın insana bəxşiş etməsi və ya insanı cəzalandırması mənasız olacaqdır”. (Yəni insanın məcbur olaraq etdiyi gunaha və ya savaba görə Allahın onu cəzalandırması və ya ona bəxşiş əta etməsi anlamsızdır).
Buna əsasən ailə qurmaq da, insanın öz təlaş, səy və seçiminə bağlıdır. Əgər təlaş etsə rəftarı yaxşı olsa, bu zaman yaxşı həyat yoldaşı nəsibi olacaqdir. Amma əgər rəftarı münasib olmasa mümkündür ki, yaxşı həyat yoldaşı nəsibi olmasın və öz əməllərinə uyğun həyat yoldaşı qarşısına çıxsın. Həmçinin ailə qurmaq üşün nəzərdə tutduğu şəxsə qovuşub-qovuşmamaq da belə insanın öz rəftarına, səyinə və məsləhətinə bağlıdır. Əgər seçdiyi şəxs yaxşı olsa və öz təlaş və səyi nəticəsində ona qovuşsa, bu həmin qəza və qədərdir.
2. Təşrii qəza və qədər: İnsanların fərdi və ictimai vəzifələrini, eləcə də həmin vəzifələrin miqdar və ölçüsünü təyin edən ilahi fərmandır.
Buna misal olaraq namazin vacibliyini və gün ərzində onun rükətlərinin sayını qeyd etmək olar. Burada namazın vacibliyi (təşrii qəza) və gün ərzində onun rükətlərinin sayı isə (təşrii qədərdir).
Quran Məbəs günü və ya mübarək Ramazan ayında nazil olmuşdur?
Tarixində 16 February 2026 & Saat 20:00
Salamun aleykum
Qurani-kərimdə müqəddəs ayələrin Ramazan ayında nazil olması göstərilir. Lakin eyni zamanda Rəcəb ayının 27-si Rəsuləllahın (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçilməsi günü kimi, yəni Məbəs günü olaraq qeyd edilir, görəsən, Qurani kərim Məbəs günü və ya mübarək Ramazan ayında nazil olmuşdur?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
“Məbəs” (Peyğəmbərimizin (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçilməsi günü), bizim nəzərimizə görə Rəcəb ayının 27-si baş vermişdir.
Amma sünni alimlərinin baxışları fərqlidir. Onlar, zahirən Peyğəmbərimizin (sallallahu əleyhi və alih) təvəllüdü və Məbəs gününün eyni olmasına etiqadlıdırlar. Arada bizə irad tuturlar ki, siz bu tarixi, hörmətli İslam Peyğəmbərinin (sallallahu əleyhi və alih) peyğəmbərliyə seçilməsi günü elan etmisiniz halbukı Qurani kərim bu gündə nazil olmuşdur. Çünki Allah-təala Qurani kərimdə buyurur:
اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ
Yaradan Rəbbinin adı ilə oxu! “Ələq” surəsi, ayə 1;
Həmçinin, yenə də öz Qurani kərimdə buyurur:
شهْرُ رَمَضَانَ الَّذِي أُنزِلَ فِيهِ الْقُرْآنُ
“Quran Ramazan ayında nazil edilmişdir.” “Bəqərə” surəsi, ayə 185.
Bu məsələdə zahirdə ziddiyyət vardır, lakin həqiqət budur ki:
“İki növ nazil olma, cəm formasında (birdəfəlik nazil olma) və tədrici nazil olma vardır. Quranın cəm formasında nazil olması mübarək Ramazan ayında baş vermişdir. Amma onun tədrici nazil olması “Məbəs” günündən başlamışdır. Bu kitabın tədrici olaraq “Məbəs” günündən nazil olması və mübarək Ramazan ayında isə cəm formasında nazil olması ilə heç bir maneəsi yoxdur”.
Mərhum Əllamə Təbətəbai də “Əl-mizan” kitabında yazır: “Quranın cəm formasında nazil olması ilə onun tədrici nazil olması fərqlidir. Quranın “Məbəs” günündə nazil olmasına hər hansı bir dəlil yoxdur. Çünki bu gündə İslam Peyğəmbəri (sallallahu əleyhi və alih) yalnız peyğəmbərlik məqamına çatmışdır. “Məbəs” günündə Quranın nazil olmasına qail olanlar Aişədən rəvayət nəql edirlər, halbuki Aişə o zaman hələ dünyaya gəlməmişdi”.
Müvəffəq olasınız!
Valideyn və ər-arvadın haqları
Tarixində 16 February 2026 & Saat 20:00
Ata-ana, övlad və ər-arvadın haqları barədə geniş şəkildə məlumat verməyinizi rica edirik.
Ata-ananın övlad üzərindəki haqları:
Ata-ana barədə ayə və rəvayətlərdən istifadə olunan haqlar aşağıdakılardan ibarətdir:
1.Şiə olmasalar belə, ata-anaya hörmət edin.
2.Onlarla həmsöhbət olun.
3.Onların inciməsinə səbəb olan sözlər deməyin.
4.Ata-ananın bütün ehtiyaclarını (maddi və qeyri-maddi) ödəyin.
5.Onlarla mehriban və mülayim rəftar edin.
6.Səsinizi onların səsindən yüksək etməyin.
7.Yol yeriyərkən onlardan önə keçməyin.
8.Onlar öldükdən sonra boyunlarında qalan borcları ödəyin, onlara Allah-taaladan bağışlanmaq istəyin.
Yuxarıda qeyd etdiyimiz incə məqamlar bəzi valideynlər üçün o qədər də əhəmiyyətli olmaya bilər, lakin onları yerinə yetirməklə o incə məqamların ata-ana haqlarından olmasını valideynlərə başa salmaq olar.
Rəvayətdə nəql olunur: “Bir kişi Rəsuli-Əkrəmin (s) yanına gəlib dedi: ”Cihada getməyi çox istəyirəm!”
Həzrət (s) buyurdu: “Allah yolunda cihad et, əgər şəhid olsan, Onun hüzurunda diri olacaq və ruzilərindən bəhrələnəcəksən. Əgər şəhid olmadan ölsən, sənin əcr və savabın Allah ilədir.Əgər cihaddan sağ-salamat qayıtsan, sənin bütün günahların sanki yeni doğulmuş uşaq kimi bağışlanacaqdır.”
Kişi dedı: “Ya Rəsuləllah! Amma mənimlə ünsiyyətdə olmağa adət etmiş qoca ata-anam vardır. Mən getsəm onlar narahat olacaqdır.”
Həzrət (s) buyurdu: Ata-ananın yanında onlarla birlikdə qal! And olsun canım əlində olan Allaha, bir gecə-gündüz ata-anaya xidmət etmək Allah yolunda bir il cihad etməkdən daha fəzilətlidir.”
İmam Səccad (ə) ananın haqqı barədə belə buyurur:
Ananın sənin boynunda haqqı budur ki, biləsən o, səni elə bir vaxtda və elə bir yerdə öz bətnində saxlamışdır ki, heç kəs dıgərinə qarşı bu işi görməzdi. Anan səni öz qəlbinin meyvəsi ilə qidalandırmışdır, halbuki başqaları bunu etməzdi. O səni bütün varlığı və bütün vücudu ilə qoruyub saxlamışdır.Özü ac qalıb sənə yemək vermiş, susuz qalıb sənə su vermiş, səni geyindirib özü paltarsız qalmışdır. Səni kölgədə saxlayıb özü günün altında qalmış, özü yuxusuz qalıb səni soyuqdan və istidən qorumuşdur. Bu qədər zəhmətlərə dözməsinin səbəbi bir övladının olmasıdır. Allahın lütfü, köməyi olmasa, ona layiqincə təşəkkür edib zəhmətlərinin qarşılığını verə bilməzsən.
İmam Səccad (ə) atanın haqqı barədə belə buyurur:
Atanın haqqı budur ki, biləsən ,sənin varlığının səbəbi odur. Əgər o olmasaydı səndə yox idin. Sənin varlığında hər nə qədər xoşa gələn şeylər olsa bil ki, bu nemətin kökü atanın varlığındadır. Bəs, bu nemətə görə yaradana şükr et!
İmam Sadiq (ə) buyurur: “Ata ananın övladın boynunda 3 haqqı vardır:
1. Ata-anadan təşəkkür etmək.
2. Ata-ananın əmr və nəhyinə tabe olmaq (Bu əmr və nəhy Allah yolunda borcunu yerinə yetirməkdən ibarət olsun)
3. Onlarla gizlində və aşkarda həmfikir olsun.
Övladın haqqı:
Övladın ata və ananın boynunda olan haqqı:
1.Yaxşı rəftar
Ata-anaya yaxşılıq, ehtiram etmək övlada vacib olduöu kimi, ata və ananında övlada qarşı bir sıra vəzifələri vardır. Əgər bu haqq riayət olunmasa, “qohumlarla əlaqə” kəsilmiş olur. Çünki ata və anaya ən yaxın qohum onun övladıdır. Sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsmək böyük günahlardandır. Övlad ata-ananın haqqını yerinə yetirməsə və onların üzünə ağ olsa onun acı nəticələrini gördüyü kimi, ata-ana da övladın haqlarını yerinə yetirmədiyi təqdirdə onun acı nəticələrini görəcəkdir. Ata-ananın övladına qarşı riayət edəcəyi zəruri və əhəmiyyətli məsələlərdən biri budur ki, övladın onların üzünə ağ olmasına səbəb olan işləri görməsinlər.
Məsələn, ona çətin işlər tapşırmaq; o da işin cətinliyinə görə ata-anaya tabe olmur və nəticədə ağvalideyn olur .Yada ki, övladın danışığında və ya rəftarında çoxlu səhvlər tutmaq; o da əksər hallarda ata-anaya qarşı ədəbsizliklə nəticələnir.
Yaxşı rəftar iki şəkildə reallaşır:
a).Məhəbbət göstərmək: Övlada məhəbbət göstərmək tərk olunmamalıdır. Övlada məhəbbət göstərmədikdə, övlad da buna uyğun reaksiya verir. Bəlkə ata-ananın borcudur ki, öz övladına bu mühüm və ilahi vacıb tapşırığı (ata-anaya yaxşılıq və ədəb göstərmək) yerinə yetirməyə kömək etsin və elə mehribanlıq göstərsin ki, övlad üçün ağ olmağa şərait yaranmasın. Məsələn, övladın səhvlərini görməzliyə vursunlar, yaxşılıq və itaətini kiçik olsa da, qəbul edib təşəkkür etsinlər. Həmçinin övladı haqqında onun öz yanında ya qiyabında dua etsinlər.
b).Söyüşü tərk etmək: Öz uşaqlarınızı söyməyin. Övladlarını pis tərbiyə edib söyüşlə, təhqir etməklə, öz qanunsuz və çirkin əməlləri ilə onları intiqam almağa, günaha və təcavüzə sürükləyən valideyn Allahın əzabına düçar olacaqdır. Allahın rəsulu (s) buyurdu: “Ey Əli! Öz rəftar və danışığı ilə övladının yolunu azmasına və onu ağvalideyn olmağa məcbur edən ata-anaya Allahın rəhməti nəsib olmasın!”
2. Uşaqlarınızın gələcəyini fikirləşin və onların məişətini təmin edin.
Peyğəmərin (s) zamanında Mədinədə müsalmanların biri ölüm yatağına düşmüşdü. Onun dünya malından cəmi 6 nökəri və bir neçə azyaşlı qızı var idi. Elə ki, hiss etdi öləcək nökərləri azad etdi və qızları üçün heç nə qoymadı. Öldükdən sonra onu dəfn etdilər. Onun ölüm xəbərini və yetim qizları haqda Peyğəmbərə (s) xəbər verdilər. Peyğəmbər(s) onun qulları azad etdiyinə görə naraht oldu (zahirdə yaxşı iş görmüşdür, amma əslində öz uşaqlarını fikirləşməmişdi və onları dünya malından məhrum etmişdi) və buyurdu: “Əgər mənə xəbər versəydiniz mən qoymazdım onu müsəlmanların qəbiristanlığında dəfn edəsiniz. Çünki o, öz uşaqlarını dünya malından nəsibsiz qoymuş və onlar fəqir və pənahsız olduqları üçün camaatdan dilənməyə məcbur olmuşlar.”
Bu hədis xüsusi bir hadisəyə aid olsada, ümumi qanun ələ gəlir ki, bütün məsələlərdə insan gərək dolanışıq cəhətdən öz uşaqlarının gələcəyini fikirləşsin.
3.Yaxşı ad qoymaq: Öz uşaqları üçün yaxşı ad seçməlidirlər. Rəvayətdə gəlmiıdir ki, camaat qiyamət günündə yaxşı adlari iləa fəxr edəcəkdir.
4.Təhqir etməmək: Uşaqlarınızı təhqir etməyin!
5.Şövqləndirmək: Uşaqlarnızı mütləq yaxı işlərə şövqləndirin!
6.Tərbiyə etmək və faydalı yol göstərmək: Bütün hallarda ata-ananın borcudur ki, öz layiqli rəftarları ilə uşaqlarını tərbiyə etsinlər və bütün yaxşı və pis işləri onlara tanıtdırsınlar. Məsələn, onları məktəbə göndərsinlər, onlara Quran öyrətsinlər, uşaqlar üçün elm öyrənməyə şərait yaratsınlar.
Ər-arvadın hüququ:
Ər və arvadın bir-birlərinə qarşılıqlı haqları vardır və hər birisi borcludur ki, bir-birinin haqqını qörusun.
Kişinin daimi nikahında olan qadının üzərindəki haqqı:
1.Arvad ərindən icazə almamış evdən çıxmamalıdır.
2.Arvad gərək ərinin istədiyi ilkin ləzzətlərə təslim olsun.
3.Şəri üzrü olmadan onunla yaxınlıq etməkdən boyun qaçırmasın.
Qadının kişi üzərindəki haqları: (Yuxarıda qeyd olunan hallarda ərinə itaət edən qadının haqları)
1 Yemək, paltar, mənzil və başqa lazım olan şeyləri onun üşün təmin etmək ərə vacibdir. Əgər təmin edə biməsə, istər maddi imkanı olsun, istər olmasın qadına borclu qalır.
2.Kişinin arvadını ev işlərinə məcbur etməyə haqqı yoxdur.
3 Əgər kişinin bir neçə arvadı olarsa, birinin yanında 1 gecə qalsa, digərlərinin də, yanında bir gecə qalmalıdır. Qeyd olunandan başqa təqdirdə qadının yanında qalmaq vacib deyildir. Əlbəttə onun yanına getməyi birdəfəlik tərk etməsi bəyənilmir. Bu məsələdə ən gözəl yol və ehtiyat budur ki, bir qadını olan kişi dörd gecədən bir öz daimi arvadının yanında gecələsin.
4.Kişi öz daimi arvadı ilə onun razılığı olmadan 4 aydan artıq yaxınlığ etməyi tərk edə bilməz. Ehtiyat vacibə əsasən bu hökm zərurəti olmayan səfərdə də sabitdir.
5.Qadının mehriyyəsi hər bir halda qadın tələb etdiyi zaman ödənilməlidir.
6.Əgər qadın vəzifəsi olan işlərdə ərindən itaət etməsə, günah etmişdir. Yemək, geyim, mənzil və əri ilə yatmaq haqqı yoxdur. Ancaq onun meriyyəsi öz haqqı olaraq qalır.
Qeyd: Əgər qadının səfərinin xərci vətəndə olan xərclərindən çox olsa onu təmin etmək ərinin vəzifəsi deyildir. Əgər əri xanımını səfərə aparmaq istəsə onun səfər xərcini də verməlidir.