SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Şiənin sünni ilə evlənməsi
Tarixində 16 February 2026 & Saat 20:00

Şiə qızın sünni oğlanla nikaha girməsinin hökmü nədir? Şiə qadınla sünni kişi evlənə bilərmi? Əgər evlənməsi caiz deyilsə, səbəbi nədir?

Əgər şiə qızın ya gələcək uşaqlarının əqidəsi üçün təhlükə yaransa, bu evlilik caiz deyildir. Qarşılaşdığımız bir sıra məsələlərə nəzər salsaq, belə evliliyə (izdivaca ) razı olanlar, sonradan onun acı fəsadlarını və nəticələrini gördüyünün şahidi oluruq. Bizim sizə tövsiyəmiz budur ki, mütləq belə izdivaclardan çəkinin.

Bir müddət öncə bir şiə qız bizim sayt ilə əlaqə saxlayaraq, bildirmişdi ki, bir sünni kişi ilə ailə həyatı qurub. Öz etiqadına uyğun əməl edə biməməsindən əlavə, təəssüflər olsun ki, uşaqları da sünni adət-ənənəsinə uyğun olaraq böyüyür. Doğrudanda çox təəssüfləndirici haldır. Qızın əqidəsindən dönməsini və ya qızın əqidəsinə görə təzyiq altında qalmasını nəzərə alsaq, sünni bir kişi ilə evlənməsi caiz deyildir.

8732 Görüş

Müvəqqəti izdivacın dəlil və sübutu
Tarixində 16 February 2026 & Saat 20:00

Salamun aleykum

Sual: Lütfen, siğə adlanan müveqqeti izdivacın şerietimizde olmasına dair cavab verərdiniz; əgər bu hökmün esası varsa, dini mənbələrdən onun dəlil ve sübutunu gətirərdiniz


Bismillahir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab:

İslamda izdivac və evlənmə iki cürdür: daimi və müvəqqəti. Qurani-Kərimin “Nisa” surəsi 24-cü ayədə buyurur:

"وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلاَ مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللَّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآَتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلاَ جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا"

“(Qeyri-müsəlmanlardan əsir olaraq) sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı (hökmü) ilə sizə (haram edildı). Öz mallarınızı sərf etməklə bunlardan başqaları ilə evlənmək sizə halaldır, bir halda ki, iffətli olasız və zinakarlığa yol verməyəsiz. Mütə (müvəqqəti evlənmə və yaxınlıq) etdiyiniz qadınların mehrlərini verməyiniz vacibdir. (Mehr) müəyyən olduqdan sonra (əqdin və ya mehrin vaxtı və miqdarı barəsində) aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Şübhəsiz, Allah-taala (hər şeyi) bilən və hikmət sahibidir.”[1]

Deməli, daimi evlənməyin halal olması barəsində heç bir şübhə yoxdur və bütün məzhəblərdə bunu qəbul edirlər, amma şəriətimizdə müvəqqəti izdivacın halal olması barəsində əhli-təsənnün və şiələr arasında fərqli nəzərlər vardır. Əhli-təsənnün bu şəriət hökmünün İslam dinində əvvəllər olub və sonradan nəsx edilməsini (götürülməsini) iddia edirlər. Lakin onlar öz iddialarını isbat etmək üçün heç bir tutarlı dəlil də gətirməyiblər, əksinə şiələr Qurani-Kərimin dəyişməz ayəsinə əsaslanaraq bu hökmün sabit qalmasını və Peyğəmbəri-əkrəmin (sallallahu əleyhi və alih) həyatının sonuna kimi, eləcə də o Həzrətin vəfatından neçə illər sonraya qədər müsəlmanlar arasında icra edilməsini və təbii ki, hazırda da qüvvədə olmasını sübut edirlər.

Bu əsasla, xalqımız arasında “siğə” adlanan şəriət hökmü olan “mütə”nin vacib şəraitindən biri budur ki, əgər bir kəslə yaxınlıq edilərsə, gərək onun qarşılığı və haqqı ödənilsin. Əlbəttə bütün şəriət hökmlərinin icrasında bir sıra şərait və qaydaların riayət edilməsi lazım olduğu kimi “mütə” məsələsində də dəqiq və zərif şərtlər vardır. Çox təəssüflər olsun ki, bu hökmü istər təsdiq, istərsə də tənqid edən, dini savadı olmayan bəziləri bu barədə öz araşdırmalarını açıqlayaraq, çox hallarda qəbul edilməz səhvlərə yol verirlər. Lakin bu mövzu bəhsimizdən xaricdir və bu barədə danışmaq üçün ayrı bir vaxt tələb olunur.

[1] Nisa surəsi, ayə 24

7781 Görüş

Cinsiyyət dəyişdirildikdən sonra mehriyyənin hansı miqdarı ödənilməlidir
Tarixində 16 February 2026 & Saat 20:00

Cinsiyyət dəyişdirildikdən sonra təyin edilmiş mehriyyənin hökmü nədir? Onun hamısını ödəmək (qadın cinsiyyətini dəyişdirib kişi olduğu təqdirdə) məcburi və vacibdirmi? Mehriyyə ödənilməsə necə? (kişi cinsiyyətini dəyişdirib qadın olduğu təqdirdə). Yaxud evlilik müddəti və mehriyyənin miqdarı bir-biri ilə müqayisə edilməli və birgə yaşadıqları müddət üçün mehriyyə şamil olmalıdır?

Nikah əqdi bağlanmaqla mehriyyə borc olaraq kişinin boynuna gəlir və aydındır ki, mehriyyənin hamısı kişinin öhdəsindədir.Buna əsasən cinsiyyət dəyişdirilsə belə kişi mehriyyənin hamısını ödəməlidir. Çünki cinsiyyət dəyişdirilməklə kişinin boynunda olan öhdəçilik (əlbəttə mehriyyə baxımından) dəyişmir. Həmçinin qadın da cinsiyyətini dəyişdirdikdə, bu hökm öz qüvvəsində qalır. Zahirən mehriyyənin hamısının yaxud yarısının ödənilməsində yaxınlıq olub-olmaması baxımından yaxınlıqdan öncə talaq hökmü deyil, yaxınlıqdan öncə ölmək hökmü icra olunur.

6285 Görüş

Məsumlardan kömək istəmək caizdirmi?
Tarixində 16 February 2026 & Saat 20:00

Salamun aleykum
Sual: Quani-kərimdə və səhih hədislərdə ancaq Allah-taaladan kömək istəmək və hacət diləmək tövsiyə edildiyi halda nə üçün bəziləri həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) və Əhli-beytdən (əleyhimussəlam) hacət diləyirlər? Bu əməl Quran ayələri və Peyğəmbər (sallallahu əleyhi və alih) hədisləri ilə təzadlı deyildirmi?


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab: Allah-taaladan kömək istəməyin doğru olması barəsində heç bir şəkk və şübhə yoxdur, lakin Allah-taala Özü və bəndələri arasında vasitə də qərar vermişdir ki, Qurani-kərim bu barədə buyurur:

يا أَيُّهَا الَّذينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَ ابْتَغُوا إِلَيْهِ الْوَسيلَةَ 

Ey iman gətirən şəxslər! Allah (əmrləri ilə müxalifət)dən çəkinin; Və Ona yaxın olmaq üçün vasitə axtarın…

Vasitə dedikdə insanı Allah-taalaya yaxınlaşdıran hər bir yol və səbəb nəzərdə tutulur.

Bu əsasla, məqsəd o deyil ki, biz Peyğəmbərdən (sallallahu əleyhi və alih) və ya İmam Əlidən (əleyhissəlam) hacət istəyək, əksinə onları Allah-taala yanında hacətlərimizin qəbul edilməsi üçün vasitə qərar veririk və Allah-taalanı bu istəkli bəndələrinin məqamına and veririk ki, arzu və istəklərimizi həyata keçirsin, yaxud bu məqam sahiblərindən istəyirik ki, bizim hacətlərimizin qəbul edilməsi üçün vasitə olsunlar və dua etsinlər. Demək, bu heç də Məsumlardan (əleyhimussəlam) müstəqil surətdə hacət istəmək deyildir.

Bu məna müqəddəs Quranın ayələrindən də açıq-aydın başa düşülür ki, Allah-taala dərgahında saleh insanı vasitə qərar vermək və Allahdan ona xatir bir şey istəmək heç də qadağa edilmir və heç də tövhid və yeganəpərəstliklə müxalif deyildir. Bu barədə “Nisa” surəsinin 64-cü ayəsində oxuyururq:

وَ لَوْ أَنَّهُمْ إِذْ ظَّلَمُوا أَنْفُسَهُمْ جاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيْماً:

“Əgər onlar özlərinə zülm etdikləri (və günaha mürtəkib olduqları) zaman sənin (Peyğəmbərin sallallahu əleyhi və alih) yanına gəlsəydilər və səndən əfv və bağışlanmaq istəsəydilər, sən də onlar üçün (dua edib) əfv diləsəydin, Allah-taalanın tövbələri qəbul edən və rəhmli olduğuna şahid olardın.”

Həmçinin, Yusuf surəsinin 97-ci ayəsində belə oxuyuruq: Yusufun qardaşları atalarından istədilər ki, Allahın dərgahından onların günahlarının bağışlanması üçün istiğfar etsin və Yəqub əleyhissəlam da bu istəyi qəbul etdi.

Tövbə surəsinin 114-cü ayəsində də Peyğəmbərlərin başqa kəslər barəsində dua etməsini və Allah dərgahından onların günahlarının bağışlanması məsələsi, həzrət İbrahimin (əleyhissəlam) atasının günahlarının bağışlanması üçün Allaha istiğfar etməsindən məlum olur.

Həmçinin, şiə və əhli təsənnün məzhəblərinin nəql etdikləri bir çox rəvayətlərdən də yuxarıda qeyd edilən mənada “təvəssül” etməyin heç bir maneəsinin olmaması və əksinə bu məsələnin yaxşı iş hesab edilməsi başa düşülür. Bu barədə hədis və rəvayətlər çoxdur və bir sıra kitablarda qeydə alınmışdır. Biz burada onlardan bir neçə nümunə gətirməklə kifayətlənirik:

Tanınmış sünni alimi Səmhudinin yazdığı “Vəfaul-vəfa” kitabında belə deyilir: Allah-taalanın dərgahında həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) və o həzrətin məqam və şəxsiyyətindən kömək və şəfaət istəmək həm Peyğəmbərin (sallallahu əleyhi və alih) xilqətindən öncə, həm onun təvəllüdündən sonra, həm də rehlətindən sonra və Qiyamət günündə caiz olmuşdur. Sonra həzrət Adəmin həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) məşhur təvəssülünü Ömər ibn Xəttabın dilindən belə nəql edir ki, Adəm əleyhissəlam həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) gələcəkdə xilqəti barəsində olan məlumatına əsasən, Allah-taalanın dərgahına belə ərz edir:

يا رَبِّ أَسْئَلُكَ بِحَقِّ مُحَمَّدٍ لَمَّا غَفَرْتَ لِى:

“Ey Allahım! Həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) haqqına Səndən istəyirəm ki, məni bağışlayasan.”

Sonra hədis ravilərindən, o cümlədən, tanınmış əhli-təsənnün alimlərindən olan Nəsai və Termizidən nümunə olaraq həzrət Peyğəmbərin həyatı dövründə (sallallahu əleyhi və alih) ona təvəssül etməyin caiz olmasına dair daha bir hədis nəql edir ki, xülasəsi belədir: Gözləri görməyən bir kişi həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) gözlərinin şəfaət tapması üçün dua etməsini istəyir, həzrət Peyğəmbər də (sallallahu əleyhi və alih) ona göstəriş verib belə deməsini buyurur:

<أَللَّهُمَّ إِنِّى أَسْئَلُكَ وَ أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ نَبِىِّ الرَّحْمَةِ يا مُحَمَّدُ إِنِّى تَوَجَّهْتُ بِكَ إِلى‏ رَبِّى فِى حاجَتِى لِتَقْضِىَ لِىَ اللَّهُمَّ شَفِّعْهُ فِىَّ:>

“Ey Allahım! Rəhmət peyğəmbəri olan Muhəmmədin (sallallahu əleyhi və alih) xatirinə Səndən istəyirəm və Sənə üz tuturam ey Muhəmməd! Sənin vasitənlə Allaha tərəf, hacətimin qəbul edilməsi üçün üz gətirirəm. İlahi onun şəfaətini mənim üçün qəbul et!”

Daha sonra həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) vəfatından sonra ona təvəssül etməyin caiz olmasına dair belə nəql edir:

Osmanın dövründə hacəti olan bir kişi həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qəbrinin yanına gəlir və belə dua edir:

أَللَّهُمَّ إِنِّى أَسْئَلُكَ وَ أَتَوَجَّهُ إِلَيْكَ بِنَبِيِّنا مُحَمَّدٍ صلى الله عليه و آله نَبِىِّ الرَّحْمَةِ، يا مُحَمَّدُ إِنِّى أَتَوَجَّهُ بِكَ إِلى‏ رَبِّكَ أَنْ تَقْضِىَ حاجَتِى:

“Allahım! Səndən istəyirəm və bizim Peyğəmbərimiz, rəhmət Peyğəmbəri həzrət Muhəmmədin (sallallahu əleyhi və alih) vasitəsilə Sənə tərəf üz tuturam; Ey Muhəmməd! Mən sənin vəsilənlə sənin Allahına üz tuturam ki, mənim çətinliyim həll olsun! Yəni həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) təvəssül edir. Hədisin davamında belə əlavə edir: Çox çəkmədən o kişinin hacəti qəbul olur və çətinliyi həll olur...”

İbni Həcər Məkki “Səvaiq” kitabında tanınmış əhli-təsənnün rəhbərlərindən olan imam Şafeidən nəql edib deyir ki, o həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beytinə (əleyhimussəlam) təvəssül edib belə deyərdi:

  آلُ النَّبِىِّ ذَرِيْعَتِى             وَ هُمُ إِلَيْهِ وَسِيْلَتِى‏

             أَرْجُو بِهِمْ أُعْطى‏ غَداً             بِيَدِ الْيَمِيْنِ صَحِيْفَتِى‏

“Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beyti (əleyhimussəlam) mənim vəsiləmdirlər; onlar (Allahın) dərgahına mənim yaxın olmağım üçün səbəbdirlər”

“Ümid edirəm onların səbəbinə Qiyamət günü; mənim əməl naməm sağ əlimə verilsin.”

Həmçinin, Beyhəqidən nəql edir: İkinci xəlifənin xilafəti dövründə bir il qəhətlik olur və yağmursuz keçir, Bilal bir sıra səhabə ilə birlikdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qəbrinin yanına gəlib belə dedi:

يا رَسُولَ اللَّهِ إِسْتَسْقِ لِامَّتِكَ ... فَإِنَّهُمْ قَدْ هَلَكُوا:

“Ey Rəsuləllah! Allahdan ümmətin üçün yağış istə… mümkündür həlak olsunlar”.

Hətta “Əlxeyratul-hisan” kitabında İbn Həcərdən belə nəql edir ki, “İmam Şafei” Bağdadda olduğu dövrdə Əbu Hənifənin ziyarətinə gedərdi və öz hacətləri üçün ona təvəssül edərdi!

Müvəffəq olasız!

 

 

6218 Görüş

Dəstəmaz aldıqda olunan müstəhəb dualar
Tarixində 16 February 2026 & Saat 20:00

Salamun aleykum
Lütfən, dəstəmaz aldıqda olunan müstəhəb duaların tələffüzü və mənalarını yazardınız. Öncədən təşəkkür edirəm.

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab: Dəstəmaz alarkən müstəhəbb olan duaların tələffüzü və tərcüməsi belədir:

Dəstəmaz alarkən ilk dəfə suya nəzər saldıqda bu duanı oxumaq müstəhəbdir:

" اَلْحَمْدُ لِلَّهِ الَّذى جَعَلَ الْمآءَ طَهُوراً وَلَمْ يَجْعَلْهُ نَجِساً "

“Əlhəmdulilləhilləzi cəələl maə tahurən və ləm yəcəlhu nəcisən”

 “Həmdü-səna yalnız Allah-taalaya məxsusdur ki, suyu pak və pakedici yaratmış və nəcis xəlq etməmişdir.”

 Həmçinin, dəstəmaz alan şəxs əllərini suya toxundurduqda müstəhəbdir ki, belə desin:

بِسْمِ اللَّهِ وَ بِاللَّهِ اَللَّهُمَّ اجْعَلْنِي مِنَ التَّوَّابِينَ وَ اجْعَلْنِي مِنَ الْمُتَطَهِّرِينَ

Bismillahi billah, Əllahumməc`əlni minət-təvvabinə vəc`əlni minəl-mutətəhhirin.”

“Allah-taalanın adı ilə və Onun pak-pakizə zatına sığınaraq! İlahi, məni həqiqi tövbə edənlərdən və paklığı istəyənlərdən et.”

Məzməzə (ağzını yaxalayan) vaxtı belə desin:

اَللَّهُمَّ لَقِّنِي حُجَّتِي يَوْمَ أَلْقَاكَ وَ أَطْلِقْ لِسَانِي بِذِكْرِكَ

Əllahummə ləqqini huccəti yovmə əlqakə ətliq lisani bizikrik.

“İlahi! Səni mülaqat edərkən mənə tutarlı dəlil və hüccət təlqin et və dilimi Sənin zikrini deməyə nail buyur.”

İstinşaq edərkən (buruna su çəkəndə) belə desin:

اَللَّهُمَّ لا تُحَرِّمْ عَلَيَّ رِيحَ الْجَنَّةِ وَ اجْعَلْنِي مِمَّنْ يَشُمُّ رِيحَهَا وَ رَوْحَهَا وَ طِيْبَهَا

Əllahummə la tuhərrim əyyə rihəl-nnəti vəc`əlni mimmən şummu rihəha rovhəha təyyibəha.

 İlahi! Beheştin ətrini mənə haram etmə, məni Beheştin xoş nəsimini və ətrini duyan şəxslərdən et.”

Üzünü yuyan zaman desin:

اَللَّهُمَّ بَيِّضْ وَجْهِي يَوْمَ تَسْوَدُّ فِيهِ الْوُجُوهُ وَ لا تُسَوِّدْ وَجْهِي يَوْمَ تَبْيَضُّ فِيهِ الْوُجُوهُ

Əllahummə bəyyiz vəchi yovmə təsvəddu fihil-vucuhu la tusəvvid vəchi yovmə təbyəzzu fihil-vucuh.

İlahi, üzlərin qara olduğu gün, мəniм üzüмü ağart və üzlərin ağardığı gün мəniм üzüмü qara etмə.

Sağ əli yuyarkən belə desin:

اَللَّهُمَّ اَعْطِنِي كِتَابِي بِيَمِينِي وَ الْخُلْدَ فِي الْجَنَانِ بِيَسَارِي وَ حَاسِبْنِي حِسَاباً يَسِيراً

Əllahummə ə`tini kitabi biyəmini vəl-xuldə fil-nani biyəsari hasibni hisabən sira.

İlahi, мəniм əмəl kitabıмı sağ əliмə əta et və cənnətlərdə əbədi qalмağıмı mənə əta et və мəniм hesabıмı yünkül hesablardan qərar ver.

Sol əli yuyarkən desin:

اَللَّهُمَّ لاَ تُعْطِنِي كِتَابِي بِشِمَالِي وَ لاَ مِنْ وَرَاءِ ظَهْرِي وَ لاَ تَجْعَلْهَا مَغْلُولَةً اِلَى عُنُقِي وَ أَعُوذُ بِكَ مِنْ مُقَطَّعَاتِ النِّيْرَانِ

Əllahummə la tu`tini kitabi bişimali la min vərai zəhri la təc`əlha məğlulətən ila unuqi əuzu bikə min muqəttəatin-niran.

İlahi, мəniм kitabıмı sol əliмə verмə və əмəl kitabıмı boynuмdan asılı halda qərar verмə.

Başa məsh edərkən desin:

اَللَّهُمَّ غَشِّنِي بِرَحْمَتِكَ وَ بَرَكَاتِكَ وَ عَفْوِكَ

Əllahummə ğəşşini birəhmətikə bərəkatikə əfvik

İlahi! Mənə Öz rəhmətini, bərəkətlərini və bağışlamağını şamil et.

Ayağa məsh edərkən belə desin:

اَللَّهُمَّ ثَبِّتْنِي عَلىَ الصِّرَاطِ يَوْمَ تَزِلُّ فِيهِ الْاَقْدَامُ وَ اجْعَلْ سَعْيِي فِي مَا يُرْضِيْكَ عَنِّي يَا ذَا الْجَلاَلِ وَ الْاِكْرَامِ

Əllahummə səbbitni ələs-sirati yovmə təzillu fihil-əqdamu vəc`əl `yi fima yurzikə ənni, ya zəl-lali vəl-ikram.”

İlahi, qədəмlərin lərzəyə gəlib sürüşdüyü gündə Siratda мəni qədəмləriмi sabit et və sə`yiмi Sənin мəndən razı olduğun şeylərdə qərar ver.

Dəstəmazı sona yetirdikdə belə desin:

 اَللّهُمَّ اِنّى أَسْئَلُكَ تَمامَ الْوُضُوءِ وَتَمامَ الصَّلوةِ وَتَمامَ رِضْوانِكَ وَالْجَنَّةَ

“Əllahummə inni əsəlukə təmaməl vuzu və təmaməs-səlat və təmamə rizvanikə vəl-Cənnət.”

İlahi! Səndən kamil dəstəmaz, namaz və tam razılığını və Beheşti istəyirəm.

Daha sonra desin:

اَلْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمينَ

“Əlhəmdulilləhi Rabbil aləmin.”

 Bütün həmdü-səna yalnız Allah-taalaya məxsusdur.

 Həmçinin, hər zaman dəstəmaz alanda qısa surətdə belə demək də müstəhəbdir:

اَشْهَدُ أَنْ لاَ اِلـٰهَ إِلاَّ اللَّهُ اَللَّهُمَّ اجْعَلْنِي مِنَ التَّوَّابِينَ وَ اجْعَلْنِي مِنَ الْمُتَطَهِّرِينَ وَ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعالَمِينَ

Əşhədu ən la ilahə illəllah. Əllahumməc`əlni minət-təvvabinə vəc`əlni minəl-mutətəhhirin, vəl-həmdu lillahi Rəbbil-aləmin.”

Şəhadət verirəm və iqrar edirəm ki, yeganə Allahdan başqa bir məbud yoxdur; İlahi, məni həqiqi tövbə edənlərdən və paklığı istəyənlərdən et; bütün həmdü-səna yalnız Allah-taalaya məxsusdur.

 Dəstəmazı tam bitirdikdən sonra üç dəfə mübarək “Qədr” surəsini oxumaq müstəhəbdir.

Müvəffəq olasınız!

6184 Görüş

Əsas terminlər: Dəstəmaz müstəhəb dualar