SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunAyət namazının qılınma qaydası
Tarixində 16 February 2026 & Saat 20:00
Salamun aleykum
Sual: Lütfən ayət namazının qılınması səbəblərini və qaydasını bəyan edərdiz, təşəkkür edirəm.
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab: Ayət namazı 4 şey vasitəsilə vacib olur:
-Günəşin tutulması.
-Ayın tutulması; onlardan az bir miqdar tutulsa və heç kim qorxmasa da.
-Zəlzələ; heç kim qorxmasa da.
-Göy gurultusu, ildırım, qara-qırmızı küləklər və bu kimi səma hadisələri, camaatın əksərinin qorxduğu surətdə.
Ayət namazı 2 rükətdir və hər rükətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyət etdikdən sonra təkbir deyib bir həmd və tam bir surə oxuyaraq rükuya getsin, rükudan qalxıb yenə həmd və bir surə oxuyub rükuya getsin. Bunu beş dəfə təkrar etdikdən sonra 5-ci rükudan qalxıb iki səcdə etsin, ikinci rükəti də eynilə birinci rükət kimi qılsın, sonra təşəhhüd oxusun və salam versin.
Ayət namazında niyyət, təkbir və həmddən sonra mümkündür ki, insan bir surəni beş yerə bölüb bir ayə, ya ondan çox, ya ondan az ayə oxuyaraq rükuya getsin, qalxıb həmdi oxumadan surənin 2-ci bölümünü oxuyub yenə rükuya getsin və bu qayda ilə beşinci rükudan qabaq surəni tamamlasın. Məsələn: “Qul huvəllah” surəsini oxumaq qəsdilə, “Bismillahir-Rəhmanir-Rəhim” deyib rükuya getsin, sonra qalxıb “Qul huvəllahu əhəd” deyərək ikinci dəfə rükuya getsin, sonra qalxıb “Əllahus-səməd” deyib yenidən rükuya getsin qalxıb “Ləm yəlid vələm yuləd” deyib rükuya getsin, sonra rükudan qalxıb növbəti dəfə “Vələm yəkun ləhu kufuvən əhəd” deyib rükuya getsin sonra rükudan qalxıb 2 səcdə etsin. 2-ci rükəti də eynilə birinci rükət kimi yerinə yetirsin, 5-ci rükudan sonra 2 səcdə yerinə yetirsin və təşəhhüd oxuyub salam versin. Həmçinin, surəni 5-dən az hissəyə də bölmək olar, amma onu hər vaxt tamamlasa, sonrakı rükudan qabaq həmd oxuması lazımdır və ondan sonra gərək bir surə, ya bir surənin bə`zi hissəsini oxusun.
Əgər ayət namazının bir rükətində beş dəfə həmd və surə oxusa, o biri rükətdə isə həmd və surəni beş yerə bölüb oxusa eybi yoxdur.
Əlavə məlumat üçün "Tövzihul-məsail" fiqhi əməllərin risaləsinə müraciət edə bilərsiz, müvəffəq olun.
Sehr və tilsimi batil etmək
Tarixində 16 February 2026 & Saat 20:00
Salamun aleykum
Sual: Bir müddət öncədən özüm və ailəmlə əlaqədar çoxlu anlaşılmaz və xoşagəlməz hadisələrlə üzləşirik. Hər hansı işin ucundan tuturamsa, müsbət nəticəsi olmur, əksinə zərəri yetir. Bəzi insanlar deyirlər ki, mümkündür sehr, cadu və tilsim edilmiş olaq və bu da xeyir-bərəkətin əlimizdən çəkilməsinə gətirib çıxara. Əgər bu həqiqət olarsa, ondan yaxa qurtarmaq yolu nədir? Sehr, cadu və tilsim haqda heç bir anlayışım yoxdur, onun təsirini necə zərərləşdirə bilərəm? Mümkünsə yol göstərin, təşəkkür.
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab:
Hərçənd sehr və cadunun müəyyən həddə həqiqəti vardır, lakin hər bir işi sehr, cadu və tilsimə nisbət vermək düzgün deyildir. Mümkündür sehr və tilsim olunmayıbsız və sizin qorxu və vəhşətinizin başqa bir amili olsun, amma əgər fərz etsək ki, sehr edilmisiz, sehri və tilsimi batil etmək üçün aşağıdakı deyilənlərə əməl edin:
1-Sədəqə verin;
2-Çoxlu Quran oxuyun, xüsusən “Ayətul-kursi”ni (Bəqərə surəsinin 255-ci ayəsini; yaxşı olar ondan sonrakı iki ayə ilə bir yerdə oxuyun) və əvvəli “Qul” kəlməsi ilə başlanan dörd kiçik Quran surəsini, yəni «قل هو الله احد», «قل یا ایها الکفرون», « قل اعوذ برب الفلق», «قل اعوذ برب الناس» surələrini çox oxuyun;
3-Tilsim və sehri batil etmək üçün möhtəşəm “Məfatihul-cinan” kitabında yazılan dualardan istifadə edin;
4-Yunus surəsinin 75-ci ayəsindən 82-ci ayəsinə qədər yazıb özünüzlə gəzdirin və o ayələri çoxlu oxuyun;
5-Hər namazdan sonra çoxlu dua edin;
6-Çalışın mümkün qədər yaxın adamlarınıza, qonşular və dostlarınıza, xüsusən mömin və təqvalı insanlara xeyirxahlıq və yaxşılıq edin, Allah-taala yaxşılıq edənlərə savab və mükafat verər;
Həmçinin, bu deyiləcək qaydaya heç olmazsa, qırx gün əməl edin: Namazları, xüsusən də sübh namazını əvvəl vaxtında qılın; sübh namazından sonra sağ əlini sinənə qoyub yetmiş dəfə “Ya Fəttah” zikrini deyin, sonra 110 dəfə salavat deyin. Gecə-gündüz ərzində heç olmasa 5 dəfə “Ayətul-kursü”nü oxuyub öz üzərinizə üfürün. Hər zaman fikriniz qarışsa və narahatlıq hiss etsəniz, bu zikri oxuyun: «لا حول و لا قوّة الّا باللّه» Bu deyilənlərə qırx gün ardıcıl əməl edin, inşa Allah tilsim müşkülünüz aradan gedər.
Dualarınızda həzrət Fatimei-Zəhra əleyhasəlamın şiələrini unutmayın...
Hacət namazı
Tarixində 16 February 2026 & Saat 20:00
Salamun aleykum
Hacət namazının qılınması ilə əlaqədar məlumat əldə etmək istəyirdim, lütfən bu barədə ətraflı məlumat verərdiniz, öncədən təşəkkür edirim.
Bismilləhir-Rahmənir-Rahim
Hacət namazının ən sadə və asan qaydası odur ki, sübh namazı kimi iki rəkətli namazı hacət namazı niyyəti ilə oxuyub, sonda öz hacətini Allahdan istəyəsən.
Hacət namazının ayrı bir qaydası:
Möhtəşəm “Usuli-Kafi” kitabında imam Sadiq əleyhissəlamdan nəql edilir ki, hər zaman bir hacətin olsa, həzrət Rəsuləllaha (sallallahu əleyhi və alih) pənah aparıb iki rəkət namaz qıl və onu həzrət Peyğəmbərə (sallallahu əleyhi və alih) hədiyyə et.
Bu namazın qaydası belədir ki, əvvəl qüsl edib sonra dəstəmaz alasan, sonra da vacib sübh namazı kimi iki rəkət namaz qılırsan, sonda isə salamları deyib bu duanı oxuyursan:
«اللّٰهُمَّ أَنْتَ السَّلامُ، وَمِنْكَ السَّلامُ، وَ إِلَيْكَ يَرْجِعُ السَّلامُ. اللّٰهُمَّ صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَبَلِّغْ رُوحَ مُحَمَّدٍ مِنِّي السَّلامَ وَأَرْواحَ الْأَئِمَّةِ الصَّادِقِينَ سَلامِي وَارْدُدْ عَلَيَّ مِنْهُمُ السَّلامَ، وَالسَّلامُ عَلَيْهِمْ وَرَحْمَةُ اللّٰه وَبَرَكاتُهُ. اللّٰهُمَّ إِنَّ هاتَيْنِ الرَّكْعَتَيْنِ هَدِيَّةٌ مِنِّي إِلىٰ رَسُولِ اللّٰه صَلَّى اللّٰهُ عَلَيْهِ وَآلِهِ فَأَثِبْنِي عَلَيْهِما مَا أَمَّلْتُ وَرَجَوْتُ فِيكَ وَفِي رَسُولِكَ يَا وَلِيَّ الْمُؤْمِنِينَ»
Duanı oxuduqdan sonra səcdəyə gedib “qırx dəfə” bu zikri deyirsən:
«یَا حَیُّ یَا قَیُّوْمُ یَا حَیّاً لَایَمُوتُ یَا حَیّاً لَاإِلٰهَ إِلّا أَنْتَ یَا ذَا الْجَلالِ وَالْإِکْرامِ یَا أَرْحَمَ الرَّاحِمِینَ»
Sonra üzünün sağ tərəfini torpağa (möhrə) qoyub yenidən həmin zikri təkrar edirsən, daha sonra sol üzünü yerə qoyub həmin zikri qırx dəfə təkrar edirsən. Sonra başını səcdədən qaldırıb əllərini göyə tutursan və o zikri qırx dəfə təkrar edirsən, sonra əllərini boynuna qoyub, şəhadət barmağınla şəhadət verərək o zikri yenə qırx dəfə deyirsən. Daha sonra sol əlinlə saqqalını tutub ağlayırsan, yaxud ağlamaq halını izhar edirsən və bu duanı oxuyursan:
يَا مُحَمَّدُ يَا رَسُولَ اللّٰه، أَشْكُو إِلَى اللّٰه وَ إِلَيْكَ حاجَتِي وَ إِلَىٰ أَهْلِ بَيْتِكَ الرَّاشِدِينَ حَاجَتِي وَبِكُمْ أَتَوَجَّهُ إِلَى اللّٰهِ فِي حاجَتِي.
Ya Muhəmməd! Ya Rəsuləllah! Öz hacətimi Allaha, sənə, və sənin pak Əhli-Beytinədeyirəm və sizin vasitənizlə Allahadan kömək istəyirəm.
Sonra səcdəyə gedib, deyirsən: «یَا اللّٰهُ یَا اللّٰه» nəfəsin tutana qədər bu zikri təkrar edirsən, sonra belə deyirsən: «صَلِّ عَلَىٰ مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وافعل بی کذا وکذا» -kəza və kəza (mənimlə belə et) sözlərinin yerinə öz hacətini diləyirsən.
Sonra həzrət Sadiq əleyhissəlam buyurur: “Mən Allah-taalanın yanında zaminəm, hər kəs belə etsə, yerindən qalxmamış öz hacətinə çatar.”
Möhtəşəm “Məfatihul-cinan” kitabına müraciət etsəniz orada hacət namazlarının müxtəlif formaları qeyd edilibdir. Həmçinin, həzrət Fatimei-Zəhra əleyhasəlamın namazı da bu niyyətlə cümə günlərində oxunur.
Sizlərə həyatda müvəffəqiyyətlər arzu edirik.
Qadının cinsiyyəti dəyişdirildikdən sonra qəzavət etməsi (hökm verməsi)
Tarixində 16 February 2026 & Saat 20:00
Qadın cinsiyyəti dəyişdirildikdən sonra qazi ola bilərmi?
İstimna etməyin hökmü və fəlsəfəsi
Tarixində 16 February 2026 & Saat 20:00
Salamun aleykum
Lütfən istimna etməyin hökmünü və bu əməlin həyati təsirlərini bəyan edin.
Salamun aleykum
Cavab:
İstimna etmək haram və böyük günahlardandır. İstimna bəzilərinin mübtəla olduqları bir növ xəstəlikdir.
İstimna etmək insana ictimai və ruhi baxımdan bir sıra mənfi təsirləri vardır, o cümlədən:
a) Cismi təsirlə: Göz və görmə qabiliyyətinin zəifliyi, bədənin qüvvəsinin aradan getməsi, övlad dünyaya gətirmək çətinliyi, vaxtından tez qocalmaq, sümük oynaqlarının zəifliyi, əlin əsməyi, zahiri görünüşün pisləşməsi və surətin təravətinin aradan getməsi.
b) Ruhi və psixi çatışmamazlıqlar: Hafizənin zəifliyi və fikrin uçması, pərişanlıq, guşənişinlik və cəmiyyətdən ayrı düşmək, iztirablı olmaq, həyatdan ləzzət almamaq və qəmgin olmaq, tündxasiyyətlilik, qəzəbli və bədəxlaq olmaq, daimi süstlük, əsəbin və iradənin zəifliyi.
c) İctimai çatışmamazlıqlar: Ailəyə uyuşmazlıq, evlənmək və arvad almağa meyilsizlik, arvadla cinsi rabitəyə qadir olmamaq, namusu qorumaqda biqeyrətlik, cəmiyyətdən uzaq düşmək hissi, izzətin, paklığın, şərafətin və ictimai mövqeiyyətin aradan getməsi, gec evlənmək, ailə həyatından ləzzət almamaq.
İstimna etməyin haram olmasının ən mühüm fəlsəfəsi onun mənfi təsirləri və nəticələridir.
Həzrət İmam sadiq əleyhissəlamdan nəql ounur ki, buyurur: İstimna zina kimidir, yəni istimna edənin günahı zina edənin günahı kimidir. Başqa bir hədisdə Əbu bəsir həzrət imam Sadiq əleyhissəlamdan belə nəql edir: Allah-taala Qiyamət günü üç dəstə insanlar ilə danışmaz, onlara rəhmət nəzəri salmaz, günahlarını bağışlamaz və onlar üçün ağır əzablar olar. Bu üç qisim insanlardan bir qismi dünyada istimna edən şəxslərdir.