SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunHər şey Allahla necə əlaqələndirilir?
Tarixində 17 February 2026 & Saat 01:05
Allah darıxırmı? Allaın hövsələsi qutarırmı? Allahın bir kəslə söhbət etməyə ehtiyacı varmı? Allahın bir şeyi görməyə ehtiyacı varmı? Allahın bir şeylə oynamağa ehtiyacı varmı? Allahın öz bəndəsinin ibadətinə ehtiyacı varmı? Allah ona ibadət etsinlər deyə varlıqları yaradır, buna ehtiyacı varmı? Allah mələk, insan və cinlərdən özü üçün ordu toplayır ki, onlar bir-birləri ilə müharibə etsinlər? Allahın mehribançılığa ehtiyacı vardır? Allah adildirmi? Allah ədaləti riayət edirmi?
Sizin cavabinizi bilirəm. Əgər sizin cavabınız düzdürsə o zaman niyə Allah insanı yaratdı? Əgər Allah adildirsə niyə görə, dünyaya gələn bir uşaq şah, digər bir uşaq kasıb olur? Şahın oğlu nemətlərlə böyüyür, amma kasıb olan uşaq hətta bir gecənin yeməyinə belə möhtacdır? Məgər uşaqların dünyaya gəlməsi öz əllərindədir ki, hansı ailədə yaşamaqlarını özləri seçsinlər? Əgər Allah insanı yaratmasaydı hansı bəndə Behiştə getmək istəyərdi, ya hansı bəndənin haqqı tapdalanardı? Hansı bəndə pis əməl görüb Cəhənnəm əhli olmaq istərdi? Əgər Allah mehribandırsa və əvvəldən belə olacağını bilirdisə, edə bilməzdimi ki, heç bir insanı yaratmasın və o insan da günah edib cəhənnəmlik olmasın? Mənə məktəbdə deyirlər ki, ağac, dağ, dünya, yer və zaman varsa, bəs Allah da vardır. Axı yerin və zamanın olması Allahın olması ilə nə əlaqəsi var?
1.Allah-taala sonsuz və tükənməz bir varlıqdır. O mütləq qüdrət sahibidir. O, hər şeyə qadirdir və onun qüdrətinin sonsuz olması şübhəsizdir. Kainat aləminin əzəmət və genişliklə yaranması, həmçinin dünya varlıqları arasında hakim olan dəqiq nizam- intizamın olması Onun qüdrətinə ən yaxşı dəlildir. Qadir, Alim, Həyy (sağ, diri) və bu kimi sifətlər Allahın sifətlərindəndir. Sonsuz varlıq və mütləq qüdrət sahibi olmağın nəticəsi budur ki, onun heç nəyə ehtiyacı yoxdur, bəs nəticə etibarı ilə Allahın heç nəyə ehtiyacı yoxdur.
Mələklərin yaranması Allahın onlara ehyiyacı üzündən deyil, bəlkə Allahın sünnəsi (iradəsi, üslubu) bunu tələb edir ki, dünyanı səbəb və səbəbkar şəklində yaratsın və bu dünyada bütün mühüm hadisələri Allahadan itaət edən mələklərin vasitəsi ilə həyata keçirsin. Mələklər də öz vəzifələrini yerinə yetirərək “səbəb və səbəbkar” qanunu hər yerdə həyata keçirirlər ki, heç kəs bu dünyanın hadisələrinin səbəbsiz həyata keçməsini düşünməsin.
Qurani-kərim buyurur: “Allahın ordusunun (ləşkərinin) sayını özündən başqa heç kəs bilmir.”1
Misal olaraq kiçik bir ağcaqanadın Allahın fərmanı ilə Nəmrud və qoşunlarını məhv etməyə qüdrəti çatır, yaxud Əbabil adlı kiçik quşlar Əbrəhənin qoşununu darmadağın edir. Bütün məxluqat Allahın qoşunudur və bu ehtiyac üzündən deyi, bəlkə dünyadakı işlərin səbəblərini təbii yolu ilə cərəyan etdirməkdir. Hər bir yaranmışın və varlığın bu dünyada özünəməxsus vəzifəsi vardır. Heç nə və heç kim hikmətsiz yaranmamışdır.
2.Allah Adildir. Dünyanı ədalət əsasında yaratmışdır və öz bəndə və yaratdıqlarının haqqında kiçik bir zülm etməsi qeyri-mümkündür. Allahın heç kəs və heç nəyə möhtac olmaması buna bir sübutdur. Onda heç bir zaman zəiflik və süstlük olmur ki, başqalarına zülm etməyə ehtiyacı olsun. Buna görə də mütləq şəkildə Adildir.
Eyni halda Allah mütləq qüdrət sahibidir və başqalarının ona qarşı mehriban olmasına ehtiyacı yoxdur. Əksinə Özü bütün bəndələrinə qarşı mehribandır. Allahın öz bəndələrinə olan məhəbbəti ananın uşağına olan məhəbbətindən də çoxdur. Amma Allahın bu mehribanlığı ona itaət etməklə rəhmət və mehribanlığa zəmin yaradan bəndələrə aiddir. Amma üsyan və günahla Allahın rəhmətini özlərindən uzaqlaşdıran şəxslər öz çirkin və uğursuz əməlləri ilə əzab üçün zəmin yaradırlar.
Amma Allah niyə bəşəri yaratdı?
Bu yaranışdan məqsəd ibadət, itaət və Allahı tanımaqdır. Onun nəticəsi də kamala çatmaqdır. Allah-taala buyurur: “Cin və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.” İbadətin müqəddiməsi Allahı tanımaqdır.
Elə buna görə Allah heç bir varlığı, xüsusilə insanı hədəfsiz yaratmamışdır. Ümumiyyətlə yaranış aləmi məqsədli şəkildədir və Quranda insan və cinlərin yaranış fəlsəfəsini “ibadət” kimi göstərmişdir. Quran təfsirçiləri onu Allahı tanımaq mənasında təfsir etmişlər. Amma bu Allahın bəndələrinin ibadətinə ehtiyacı olması anlamına gəlmir. Əksinə bəşərin Allahı tanımaq qabiliyyəti olması və Allah bu fürsəti onun ixtiyarında qoyması anlamına gəlir. Əgər Allah onu yaratmasaydı belə bir sual yaranardı: «Ey Allah, mənim belə qabiliyyətim olan təqdirdə niyə mənə fürsət vermədin və niyə yaratmadın ki, kamala çatam?!»
3.“Biri şah doğulur və o biri kasıb, yaxud biri əlil doğulur o biri sağlam” – sualına gəlincə, bunların Allahın ədalətinə heç bir aidiyyəti yoxdur. Cünki Allah bəşəri bərabər və heç bir fərq qoymadan yaratmışdır. Amma dediyimiz kimi Allah dünya işlərini təbii yolla cərəyan etdirir. İnsanın yaranışı da o qayda üzərindədir. Ona görə bir sıra amilləri valideynin özləri yaradır və nəticədə uşaq əlil olur. Yaxud başqa amillərin təsir qoyması da mümkündür. Eləcə də bəndələrin bir-birlərinə zülm etməsi və aralarında ayrı-seçkilik salması birinin şah, digərinin kasıb və dilənçi olmasına səbəb olur. Bütün dünya hökumətləri – Allah qanunu ilə olan hökumətdən başqa – zalım, qəddar və Allah hökumətinin qarşısında duran hakimlərdir. Allah-taala bu dünyada onlara möhlət verir, sonda onları əzab və bəlaya düçar edir. Əslində onların özü bu bəlanı insanlara zülm etməklə qazanmışlar.
4.Amma Behişt və Cəhənnəm məsələsi: Bilməlisiniz ki, Allah-taala insanı Cəhənnəm üçün yox Behişt üçün yaratmışdır. Allah insanı yaratmış və bundan əlavə tərəqqi, inkişaf, mərifət və səadətə çatmaq nemətini də onun ixtiyarında qoymuşdur. Bir az öncə də qeyd etdik ki, “insan” adlı varlığın kamala çatmaq qabiliyyəti varıdır.
Amma insanların bir çoxu yolunu azmış və nəticədə Allahın əzabına düçar olur. Mümkündür bu məsələyə şübhə ilə yanaşılsın. Ona görə də məsələyə açıqlama gətiririk:
Cavab: Əgər ata uşaqlarına məhəbbət üzündən bütün imkanlarını onların ixtiyarında qoyub bu sərmayədən yaxşı istifadə et, əyri yola getmə deyirsə, lakin övlad öz ixtiyarı ilə sərmayəni hədərə verib kasıblasa məsuliyyət onun özü ilədir. Onu bu vəziyyətə salan atası deyil, onun əməllərinin nəticəsidir. Bu cəhətdən Allah-taala Quranda buyurur: ”Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.”
Behişt və Cəhənnəm insanın öz əməllərinin nəticəsidir və hər kəs sərmayəni özü əldən versə və ya onun vasitəsi ilə özü üçün acı aqibət düzəltsə özünü danlamalıdır. Yalnız məcburi hallar istisna olunur və o şəraitdə də Həkim Allah o şəxsə əzab vermir.
Amma həmişə belə deyildir. İnsan hər bir işi öz ixtiyar və seçimi ilə görür. Çünki həm ağlı vardır həm də ixtiyarı. Bunlardan əlavə Allah-taalanın peyğəmbər və imamlarının vasitəsi ilə hidayət nemətlərindən də faydalanmışdır.
İndi bu təfərrüatla sizə sual verirəm: İnsafla deyin, biz Allahı borclu çıxarmalıyıq ya özümüz ona borcluyq? Əgər yaxşı əməllər görsək və Allahın əbədi nemətlərinə çatsaq, bu işin özü yaranışın məqsədli olmasına yetmirmi? Yenə burda təkrar edirəm ki, əgər Allah bəşəri bu qabiliyyətlə yaratmasaydı sual yaranmazdımı ki, bir şey mövcud olub səadətə çata bilərdisə, niyə Allah bu neməti ondan əsirgədi?
5.Amma Allahın elmi: Allahın insanların əməllərinə olan elmi belədir ki, Allah bilir insan öz ixtiyarı ilə belə iş görəcəkdir.
Nəticədə Allah insanı ixtiyar sahibi yaratmış və ona ağıl və ixtiyar vermişdir. Peyğəmbər və övliyalarının hidayət nemətini də onun ixtiyarında qoymuşdur. Allah-taala heç kimi alçaq və bədbəxt olmağa məcbur etməmişdir.
İxtiyarın da mənası belədir ki, insan yaxşı olmağı da, pis olmağı da bacarır və Allahın bu məsələyə alim olması da insanı məcbur etmir. Çünki Allahın elmindən məqsəd Allahın filan şəxsin öz ixtiyarı ilə cinayət törədəcəyini bilməsidir.
6- Amma məktubun axırıncı hissəsi: Yer və zaman, dağ, ağacın Allahın varlığı ilə necə əlaqəsi var?
Əgər siz özünüz bir az diqqət edib fikirləşsəniz onun cavabını əldə edə bilərsiniz.
Qısa bir bəyanla, siz tüstünün varlığından odun varlığını, həmçinin gözəl bir binanı gördükdə mahir bir bənnanın varlığını anlayırsınız. Onda fikirləşin, bu genişlikdə dünyanı, bu qədər sabit və səyyar planet və ulduzları, bu gözəl, böyük və faydalı dağları, ağacları, otları və bu qədər varlıqları kim yaratmışdır? Bunların varlığından mütləq Yaradan Allahın varlığını anlamırsınızmı?
Ümüd edirəm ki, bu qısa cavab sizi qane etsin! Daha ətraflı tanışlıq üçün şəhid Mütəhhərinin “Allahın ədaləti” və cənab Qiraətinin kitablarına müraciət edə bilərsiniz.
Qız uşağı ilə izdivac etmək
Tarixində 17 February 2026 & Saat 01:05
Bəzi alimlərin kiçik yaşlı qız uşağı ilə izdivac etmək barədə fətvalarına aydınlıq gətirmənizi istərdik
Bismilləhir-Rahmənir-Rahim
Amma kiçik yaşlı qız uşağı ilə yaxınlıq və ya hər növ cinsi ləzzət almaq, bir halda ki, uşağın əziyyətinə səbəb olarsa, məlum məsələdir ki, haramdır.
Əslində kiçik yaşlı qız uşağı ilə izdivac vacib deyil, əksinə bu məsələ uşağın vəlisi onun məsləhətini nəzərə alaraq bu məsələyə icazə verir.
Bu məsələnin əsas dəlili müqəddəs Qurani-Kərimdir, hansı ki, əhli-sünnət də onu rədd etməyə qadir deyillər. Allah-taala Qurani-Kərimdə buyurur:
وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ" (الطلاق : 4)
Yəni “heyzdən kəsilmiş qadınlarınız” – (məqsəd yaşlarının çoxluğu səbəbinə heyzləri qət olan qadınlardır ki, artıq heyz olmamalarını bilirlər) –“barədə əgər şübhə etsəniz” – (və onların iddəsini təyin etməkdə çətinlik çəksəniz) –“bilin ki, onların iddəsi üç aydır və heyz yaşına çatmayan qızların da iddəsi, həmçinin” – (yaşlarının hələ həddi buluğa yetişməməsi səbəbinə heyz görməyən uşaqların da iddəsi üç aydır).
Bu mübarək ayədə həddi buluğa yetməyən qız uşaqlarının iddəsi üç ay təyin olunmuşdur. İddə sözünün mənası isə ancaq nikahdan sonra talaq verildikdə qadının (qızın) növbəti ərə getməsinə şəri qanunla icazə verilmə müddəti deməkdir. Deməli, bu mübarək ayə həddi-buluğa yetməyən kiçik yaşlı uşaqla nikah əqdinin səhih olmasına dəlildir ki, əqd oxunduqdan sonra ona talaq vermək və talaq verildikdən sonra iddə saxlaması da mümkün olur. Lakin yaşının kiçik olması və izdivac məsələsində öz məsləhətini tam təyin etməsinə qadir olmaması üçün bu məsələdə uşağın öz icazəsi deyil, əslində onun vəlisinin icazəsi mötəbər sayılır.
Kiçik yaşlı uşağın məsləhəti olan surətdə onunla izdivac əqdinin oxunması məsələsi ancaq şiə məzhəbinə aid deyildir, həqiqətdə bu məsələ bütün əhli-sünnə məzhəblərində də qəbul edilmiş və aydın bir məsələdir. Bu müddəanın doğruluğunu təsdiq edən bir rəvayətə işarə edirik:
Əhli-sünnətin kitablarında gələn səhih və mötəbər rəvayətə əsasən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Aişə ilə izdivacı, Aişənin altı yaşında baş vermişdir. Əgər kiçik yaşlı uşaqla izdivac etmək səhih olmazsa, bu rəvayət əhli-sünnətin kitablarında nə üçün gəlmişdir?
Səhih Buxari kitabında belə deyilir: “Peyğəmbər (sallallahu əleyhi və səlləm) Aişə (rəziyəllahu ənha) ilə izdivac etdi, bir halda ki, onun (Aişənin) 6 yaşı vay idi, amma duxul (yaxınlıq) zamanı Aişənin 9 yaşı var idi. Əbu Bəkr (rəziyəllahi ənhu) qızının Peyğəmbərlə (sallallahu əleyhi və səlləm) izdivac etməsinin fəzilət və bərəkətini əldən verməmək üçün onu 6 yaşında Peyğəmbərlə (sallallahu əleyhi və səlləm) izdivac etdirdi”. (صحیح بخاری: باب «تزویج النبی صلى الله علیه وسلم عائشة» حدیث۳۶۸۳)
Əhli-sünnətin böyük alimlərindən olan İbni Qudamə “Şərhul-Kəbir” kitabında (20-ci cild, səh. 119) deyir: “Amma qız uşagı barəsində, 9 yaşına çatmayan – bəkarəti olan – qız uşağını, əgər ona münasib və uyğun şəxs olsa, atası onu ərə verə bilər (izdivac etdirə bilər), bu məsələdə heç bir nəzər ixtilafə yoxdur”.Qız uşağının miladi tarixi ilə həddi-büluğ sinni
Tarixində 17 February 2026 & Saat 01:05
Qız uşağına neçə yaşdan şəriət əməllərini yerinə yetirmək vacibdir?
Allahın adı ilə
Cavab: Qızların yaşı hicri qəməri tarixi ilə doqquza yetişdikdə namaz qılıb oruc tutmaq və sair şəriət hökmlərini yerinə yetirmək onlara vacib olur. Hicri qəməri tarixinin doqquz ili, miladi və şəmsi tarixi ilə 8 il, 8 ay və 22 günə bərabərdir. Deməli, hər bir qız uşağının yaşı günəş və miladi tarixi ilə 8 il, 8 ay və 22 günə yetdikdən sonra şəriət əməlləri onun üçün vacib olur. Bu yaş həddinə qız uşağının həddi- buluğ sinni deyilir.
Əhli-Beytə (əleyhimussəlam) məhəbbət, sünni mənbələrdə
Tarixində 17 February 2026 & Saat 01:05
Salamun aleykum
Bəzən Həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) Əhli-Beytinə (əleyhimussəlam) göstərilən məhəbbət Allah-taala dərgahında ibadətlərin qəbul olunması şərti kimi qiymətləndirilir. Bu mövzunun təsdiqində Quran Kərim və sünni mənbələrində dəlil və sübut varmı?
Bismillahir-Rəhmanir-Rəhim
Salamun aleykum
Allah-taala Quran Kərimdə buyurur: (Maidə surəsi, ayə 67)
“يا أَيهَا الرسُولُ بَلغْ مَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبكَ وَ إِنْ لَمْ تَفْعَلْ فَمَا بَلغْتَ رِسَالَتَهُ وَ اللَّهُ يَعْصِمُكَ مِنَ الناسِ إِن اللَّهَ لا يَهْدِى الْقَوْمَ الكَافِرِينَ”
Ey Peyğəmbər! Pərvərdigar tərəfindən sənə nazil olanı xalqa çatdır! Əgər bu əməli etməsən, öz peyğəmbərlik vəzifəni yerinə yetirməmisən. Allah səni camaatın xətərindən qoruyandır. Allah-taala kafir (və küfrində inadkar) insanları hidayət etməyəcək.”
Əhli sünnə alimlərinin bir çox kitabında rəvayət edilir ki, bu ayə Qədir-Xum vaqiəsində nazil olmuşdur. O cümlədən, Alusi özünün “Ruhul-məani” kitabında, 6-cı cild, səh. 193-199 (Daru ehyait-turas ul-ərəbiyy nəşri); Cəlaləddin Suyuti özünün “Durrul-mənsur” kitabında, 2-ci cild, səh. 298-299 (Darul-mərifə nəşri, 1365 hicri-qəməri) və əhli-sünnənin digər elmi mənbələrində bu barədə açıq-aşkar məlumat verilir.
Qeyd olunan bu mübarək ayədə Allah-taala çox aydın şəkildə Rəsulullaha (sallallahu əleyhi və alih) buyurur: “Əgər Həzrət Əli əleyhissəlamın vilayətini ümmətə çatdırmasan, Allah-taalanın risalət və peyğəmbərliyini yerinə yetirməmisən! Yəni Həzrət Peyğəmbərin İslam və din yolunda çəkdiyi bütün zəhmətləri bada gedəcəkdi və heç biri qəbul olmayacaqdı.
Vilayət mövzusunun əhəmiyyətindən danışarkən bu incəliyə diqqət yetirmək lazımdır ki, Allah-taala bu mübarək ayədə Öz Rəsulu, Həzrət Peyğəmbərlə (sallallahu əleyhi və alih) təkid və təhdidlə danışır. Bunun mənası da belədir ki, bu andan belə yeni bir məmuriyyət və məsuliyyət daşıyırsan, halbuki bundan öncə Allah-taala Öz Quranında əziz Peyğəmbərinə: (sallallahu əleyhi və alih) “یا ایها النبی “- Ya əyyuhən-Nəbiyy!-deyə ürək-dirək verib daha mehribanlıqla xitab buyurmuşdur. Məsələn, Taha surəsi, 2-ci ayədə buyurur:
“مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَى “
(Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik!) Yaxud, Şüəra surəsi, 3-cü ayə və bir qədər fərqlə, Kəhf surəsi 6-cı ayədə buyurur: “فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ “- (Ya Rəsulum!-müşriklər-iman gətirməyəcəklər deyə, bəlkə üzünü həlak edəsən?! Yaxud, Ya Rəsulum! Yoxsa bu Qurana inanmasalar, arxalarınca təəssüflənib özünü həlakmı edəcəksən?!)
Lakin qeyd etdiyimiz mübarək ayədə “یا ایهاالرسول “- məzəmmətli bir xitab edərək əhəmiyyətli və yeni bir məmuriyyəti bəyan buyurur. Belə ki, bu məmuriyyəti başa çatdırmaq, Həzrətin peyğəmbərlik yolunda çəkdiyi 23 illik zəhmətin nəticəsinə bərabər görülmüşdür. Yəni əgər bu məmuriyyət başa çatmazsa, peyğəmbərlik yerinə yetirilməmişdir. Ona görə ki, peyğəmbərlərin bütün zəhmətləri və Rəsulullahın (sallallahu əleyhi və alih) 23 illik zəhməti vilayətin sayəsində öz səmərəsini tapır və silinib aradan getmir.
Deməli, bu mübarək ayənin əhəmiyyətindən belə məlum olur ki, Əhli-Beytin (əleyhimussəlam) vilayəti olmadan namaz və oruc kimi ibadətlər qəbul deyildir.
Quran ayəsindən əlavə əhli-sünnənin din mənbələrində də Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edilmişdir ki, Əhli-Beyti (əleyhimussəlam) qəbul etmədən əməllər qəbul olmaz.
Məşhur təfsir alimi mərhum Təbərsi, əhli-sünnənin tanınmış müfəssiri və mühəddisi olan Hakim Həskaninin “شواهد التنزيل” kitabında Əbu Əmamə Bahilinin nəql etdiyi hədisi gətirərək belə deyir: Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) buyurdu:
“إِنَّ اللَّهَ تَعالى خَلَقَ الانْبِياءَ مِنْ أَشْجارٍ شَتّى، وَ خُلِقَتْ أَنَا وَ عَلِىٌّ عليه السلام مِنْ شَجَرَةٍ واحِدَةٍ، فَأَنَا أَصْلُها، وَ عَلِىٌّ عليه السلام فَرْعُها، وَ فاطِمَةُ عليها السلام لِقاحُها، وَ الْحَسَنُ وَ الْحُسَيْنُ ثِمارُها، وَ أَشْياعُنا أَوْراقُها “...
Nəhayət hədisin davamında buyurur:
“لَوْ أَنَّ عَبْداً عَبْدَاللَّهِ بَيْنَ الصَّفا وَ الْمَرْوَةَ أَلْفَ عامٍ، ثُمَّ ألْفَ عامٍ، ثُمَّ ألْفَ عامٍ، حَتّى يَصِيْرُ كَالْشَّنِّ الْبالِي، ثُمَّ لَمْيُدْرِكْ مَحَبَّتَنا كَبَّهُ اللَّهَ عَلى مِنْخَرَيْهِ فِى النَّارِ، ثُمَّ تَلا: قُلْ لاأَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً: “
“Allah-taala Peyğəmbərləri müxtəlif ağaclardan xəlq etmişdir, lakin mən və Əlini (əleyhissəlam) vahid bir ağacdan yaratdı. Mən o ağacın gövdəsi və əsasıyam Əli (əleyhissəlam) isə onun budaqlarıdır, Fatimə (əleyha salam) o ağacın bar verməsi səbəbi, Həsən və Huseyn (əleyhiməssəlam) onun meyvələri və bizim şiələrimiz isə onun yarpaqlarıdır...”
Həzrət sonra buyurur: “Əgər bir kəs Səfa və Mərvə dağları arasında Allah-taalaya min il, sonra yenə min il, daha sonra yenə min il ibadət edib məşk kimi köhnələrsə, amma bizim məhəbbətimiz qəlbində olmazsa, Allah-taala onu üzü üstə cəhənnəm oduna atacaqdır. Sonra Həzrət bu mübarək Quran ayəsini tilavət edir: (Şura surəsi, ayə 23)
“قُلْ لاأَسْئَلُكُمْ عَلَيْهِ أَجْراً إِلَّا الْمَوَدَّةَ فِى الْقُرْبى“
Ya Peyğəmbər! De: Mən sizdən bunu (risalətin təbliği) müqabilində ən yaxın qohumlarıma (Əhli-Beyt əleyhimussəlama) məhəbbət göstərmənizdən başqa bir şey istəmirəm.”
Bu hədisin mənası belədir ki, əgər bir şəxsin qəlbində Əhli-Beyt (əleyhimussəlam) məhəbbəti olmazsa, hər nə qədər ibadət etsə belə faydasız və sonda yeri cəhənnəmdir.
Əhli-sünnənin böyük müfəssiri və alimlərindən sayılan Fəxri-Razi, Quranın təfsirində yazdığı “Təfsir Kəbir” kitabında Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) çatan bir hədisi belə nəql edir:
“الآ ومن مات على بغض آل محمد جاء يوم القيامة مكتوبٌ بين عينيه آيس من رحمة الله”
Agah olun! Əgər hər bir kəs Həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Əhli-Beytinə (əleyhimussəlam) ədavətli olub dünyadan bu halda gedərsə, Qiyamət günü iki gözünün arasında: “Bu şəxs Allah-taalanın rəhmətindən naümiddir və Allah-taalanın rəhməti ona şamil olmaz”- yazılmış halda məhşur və cəhənnəm oduna düçar olar.”
Bəhsin nəticəsi: Hədislərə əsasən, həqiqətdə iman və ibadətin ruhu olan Əhli-Beytin (əleyhimussəlam) vilayət məsələsinin böyük əhəmiyyətini diqqətlə izlədikdə aydın olur ki, Əhli-Beytin (əleyhimussəlam) vilayəti olmadan heç bir kəsin namaz, oruc, zəkat və s. ibadətləri Allah-taalanın dərgahında qəbul edilməyəcəkdir!
Namazın müstəhəb və vacib zikri
Tarixində 17 February 2026 & Saat 01:05
Namazın ruku və səcdənin zikrini bədən aram halında demək vacibdir, onda əgər aram olmadan və qəsdən desə namaz batil olarmı? Ruku və səcdədən qalxanda təkbir deyəndə də bədən aram olması vacibdirmı? Rukuya ya səcdəyə gedən vaxt Allahu Əkbər desəm caizdir yoxsa, ondada bədənin aram halda deyilməsi vacibdir?
Namazın rüku və səcdələrinin zikri kimi vacib olan zikrləri bədənin aram olması ilə deyilməlidir. Amma bir kəs bilərəkdən bədənin aram olmadığı halda vacib zikrləri deyərsə namazı batildir. Əgər səhvən də olarsa gərək yenidən bədənin aramlığı ilə desin.
Həmçinin namazın müstəhəb zikrləri də əgər namazın müstəhəb zikri niyyəti ilə deyilərsə ehtiyac-vacibə əsasən bədənin aram halında deyilməlidir, amma əgər bir kəs mütləq zikr qəsdi ilə (nəinki namazın müstəhəb zikri qəsdi ilə) deyərsə rükuya və səcdələrə əyilib duranda da, deyə bilər.
Buna görə də əgər bir kəs təkbiri (Allahu əkbəri) rukudan qabaq və sonra, yaxud səcdələrdən qabaq və sonra namazın müstəhəb zikri qəsdi ilə deyərsə ehtiyat-vacib budur əsasən, bədən aram olan halda deməli, sonra rüku və səcdəyə gedərək, yaxud rüku və səcdələrdən qalxaraq, aram olandan sonra zikri deməlidir.
Əgər namazın müstəhəb zikri niyyəti ilə deyil, əksinə təkbiri mütləq zikr qəsdi ilə deyərsə rüku və səcdələrə gedəndə yaxud başını rüku və səcdələrdən qaldırandan sonra qalxan halda deyərsə maneəsi yoxdur.
Qeyd: Mütləq zikr, insan namaz qılan halda dediyi zikri namazın müstəhəb zikrindən bilməsinə deyilir.