SUALLAR VƏ CAVABLAR
Sualınızı soruşunÜrfi məsələ nədir?
Tarixində 17 February 2026 & Saat 10:34
Buyurdunuz ki, gəlinin toydan 40 gün sonra araya çıxması “ürfi”dir. Bilmək istərdim ürfi məsələ nədir? Və ona əməl etməməyin bir zərəri varmı?
Ürfi məsələyə əməl etmək günah hesab olunmur. Sizin əvvəlki, məktubunuz nə barədə idi bilmirəm və izah etməmişdiniz ki, nə barədə idi. Və ürfi məsələlər yəni o şeylər ki, camaatın arasında yayılmışdır və tanınmış bir əməl ünvanı ilə camaatın yanında aşkar şəkildə izah olunur. Əgər camaatın ürfi (adət-ənənə və.s.), şəriətin hökmü ilə müxalif olsa ürfə əməl etmək caiz deyil. Əgər şəriətlə müxalif olmasa işkalı (manesi) yoxdur, amma ona əməl etmək vacib deyil və günah da deyil.
Tövbənin təsir məhdudiyyəti
Tarixində 17 February 2026 & Saat 10:34
Deyirlər ki, Allah bağışlayandır, bu bağışlamaq hansı həddə qədərdir? Əgər bir günaha mürtəkib olsaq və sonra tövbə etsək, görəsən, Allah bizi cəzalandırmaqdan keçir, yaxud bizim axirət əzabımızı bir həddə qədər yüngülləşdirir? Yəni həqiqi tövbədən sonra Allahın bağışlamağı günahın bütün təsirlərini pak edir, yaxud onları bir həddə qədər azaldır?
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab) Sualda fərz olan surətdə, əgər həqiqi tövbə tam şəraiti ilə yerinə yetirilsə, Pərvərdigari-təala günahları bağışlayır: qəzası lazım olan əməllərin gərək qəzaları əncam verilsin, şəriətin maliyyə (mülkiyyət) hüquqlarına və həqqünnasa (camaatın malikiyyətinə) nisbət öhdəsində olan vəzifələrə mütləq əməl edilsin.
Xums haqda
Tarixində 17 February 2026 & Saat 10:34
1-Mərhum Fazil Lənkarani ağanın nəzərinə görə borcu olan və bir neçə il bu borcu ödəyən adama xums vacibdirmi? Əgər vacibdirsə məsələni bilməməzlik uzundən xums verməyibsə vəzifəsi nədir?
2)Sabit qazancı olmayan adam xumsu necə hesablamalıdır?
3) Dovlət tərəfindən əlillik və ya qocalığa görə verilən təqaüdlərə xums gəlirmi?
4) Əgər ər və arvad qazanclarını birləşdirirlərsə xumsu da birləşdirib verə bilərlərmi?
1. Əgər bir şəxsin ehtiyat pulu olarsa və üstündən bir il ötərsə və onun xumsunu verməsə nə vaxt məsələdən xəbərdar olsa gərək onun xümsünü versin və əgər bilməsə keçmiş illərdə nə qədər ehtiyatda pulu olub və xumsunu verməyibsə mərceyi-təqlidinin nümayəndəsi ilə borcunu qaytarıb əldən ələ vermək qaydasi ilə hesablaşa bilər.
2. Verilən suala əsasən özünün hər gəliri üçün ayrıca il qərar verə bilər. Gəlir gəldiyi tarixdən növbəti ilin həmin vaxtına qədər əgər istifadə olunmasa xums düşür.
Həmçinin özünün bütün gəliri üçün müəyyən bir tarixi xums ili adı ilə nəzərdə tuta bilər və xums ili çatanda əldə etdiyinin hər miqdarının xumsunu ödəməlidir.
3.Üstündən bir il ötüb xərclənməyən təqaüd pulunun xumsu vardır. Veteranların və əlillərin hüquqları da bir il ötərsə və xərc olunmazsa ehtiyat-vacibə əsasən xumsu vardır.
4.Bəli şərik olduqları pulun xumsunu həmin puldan bir-birinin razılığı ilə ödəyə bilərlər.
Qəza namazı haqda
Tarixində 17 February 2026 & Saat 10:34
Qəza namazları qılınarkən bəzi zikrləri ixtisarla demək olarmı misal olaraq, qunutda yalnız bir salavat, təsbihati-ərbəədə yalnız bir sübhanəllahu vəlhədu lillahi və la ilahə illəllahu vallahu əkbər deyilə bilərmi?
Ümumiyyətlə hansı ixtisarla namazı qılına bilər?
Azan, iqamə və qunut oxumaq vacib deyil, müstəhəbbidir. Qunut istər vacib, istərsədə müstəhəbbi namazlarda müstəhəbbidir və qəza namazında qunutu oxumaya bilərsiniz, yaxud bir salavat deyin kifayətdir. Azan və iqaməni də oxumaya bilərsiniz, həmçinin təkbirləri, səmiəllah və bihəvlilləh-i namazda oxumaya bilərsiniz. Vacib zikrləri gərək oxuyasınız. Təsbihati-ərbəəni qəza namazında da üç dəfə deyin.
Fal və cadu
Tarixində 17 February 2026 & Saat 10:34
Mənim bir problemim var. 2 ildi evlənmişəm usağım olmur. Həkimlər problemin sizlə əlaqəsi yoxdur deyirlər. Bir fala baxan deyir cadu ediblər. Elə ola bilər?
Xeyr, bu söz düzgün deyil və cadugərlər bir nəfəri övlad sahibi edə bilməzlər. Bunlar şayiədir, bəzi fırıldaqçılar gəlir və sui-istifadə üçün müzakirə edirlər. Bu sözlərə diqqət etməyin. Əgər həkim yolu ilə mümkündür müalicə edin və birdə çoxlu dua edin. “Məfatihul-Cinan” kitabında olan dualardan oxuyun, inşaallah çətinlik həll olar.