SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Əzadarlıq edib matəm saxlamaq
Tarixində 17 February 2026 & Saat 03:48

Həzrət Seyyiduş-Şühədaya (əleyhissəlam) və digər məsum İmamlara (əleyhimussəlam) ağlamaq və əzadarlıq saxlamağın nə əhəmiyyəti vardır?


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Sualın cavabı:

Həzrət Seyyiduş-Şühədaya (əleyhissəlam) və digər məsum İmamlara (əleyhimussəlam) ağlamaq və əzadarlıq saxlamaq, ən fəzilətli ibadətlərdəndir və bunu bir sıra əxlaqi və tərbiyəvi fəlsəfələri vardır, o cümlədən:

1-Müsəlman ümməti ilə bəşərin haqq və İlahi nümunələri və ülgüləri arasında, onlara diqqət edib həyat yollarını əməli şəkildə davam etdirmək məqsədilə dərin məhəbbət və peyvənd yaratmaq,

2-Geniş şəkildə dini məclislərin bərpası və böyük kütlələrin dini maarifə yiyələnmələri,

3-Ruhun və nəfsin saflanıb təmiz edilməsi,

4-Məzluma vəfadarlıq və zalıma qarşı müxalifət göstərməyin elam edilməsi,

5-Zülmlə mübarizəyə və inqilabi ruha ilham verilməsi,

6-Əzəmətli Hüseyn (əleyhissəlam) inqilabının şükuhlu tarixini və xatirəsini diri saxlamaq,

7-İmam Hüseyn əleyhisslamın qiyamının hədəfinə diqqət etmək; çünki insanların inhirafının qarşısını almaq və dini dəyərləri ucaldıb ehya etmək.

İmam Hüseynə (əleyhissəlam) ağlayıb onun üçün əzadarlıq etmək, ancaq məhərrəm ayında deyil, əslində ilin hər bir fəslində məsum imamlar (əleyhimussəlam) tərəfindən göstərişi verilmişdir. Məsumların özləri də əzadarlıq edib göz yaşı tökmüşlər.

Ümumiyyətlə, İmam Hüseynə (əleyhissəlam) ağlamaq və əzadarlıq etməyin mənası budur ki, Aşura qiyamının yad edilib xatırlanması həmişə ehya edilsin.Əhli-Beyt (əleyhimussəlam) və məxsusən İmam Hüseyn əleyhisslam üçün ağlayıb əzadarlıq etmək İlahi şüar və nişanələrdəndir. Bunun sayəsində İslam dininin yaşaması, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) və Əmirəl-möminin Əlinin (əleyhissəlam) çəkdikləri bütün zəhmətlərin və dinin qorunub hifz edilməsi təzmin olunur. Aşura gününün xatirələrini və həzrət İmam Hüseyn əleyhisslamın bərhəqq olan qiyamının yad edilməsi ilə bərabər ağlayıb əzadarlıq etmək və İmam Hüseyn əleyhisslamın qiyamının hədəfini və Əhli-Beyt əleyhimussəlamın fəzilətlərini bəyan etməklə din tanınır və haqq batildən seçilir, zülm və sitəmin həqiqi çöhrəsi aşkar edilir. İmam Hüseyn əleyhisslamın qiyamı ilə din yeni həyat tapdı, Bəni-Üməyyənin təhrifindən xilas oldu, dinin həqqaniyyəti və həqiqəti aydın oldu. Ağlamaq və əzadarlıq etmək Aşuranı diri saxlayır və Aşuranın diri qalması dinin diri qalması və din hökmlərinin icra edilməsi və zülmlə mübarizə ruhyyəsinin yaranması deməkdir.

2498 Görüş

Uşağa qalmamaq üçün dava-dərmandan istifadə etmək
Tarixində 17 February 2026 & Saat 03:48

Uşağa qalmamaq üçün dava-dərmandan və müxtəlif vasitələrdən istifadə etmək olarmı?


Allahın adı ilə

Cavab: Uşağa qalmamaq üçün zərəri və fəsadı olmayan, eləcə də naməhrəmin əl vurub baxmasına səbəb olmayan hər vasitədən və dərmandan istifadə etməyin maneəsi yoxdur. Eyni zamanda uşağı salmaq –siqt etmək haram və böyük günahlardandır. Günahının olmasından əlavə diyəsi (insanı öldürmək müqabilində şəriətin təyin etdiyi pul cəriməsi) də vardır və uşağı salmaq həyatda çox çətinliklərə səbəb olur. Amma icazə verilən üslublardan istifadə etməklə uşağa qalmanın qarşısını ala bilər.

2497 Görüş

Toyuğun hökmü
Tarixində 17 February 2026 & Saat 03:48

1.-Toyuğ kəsildikdən sonra tükləri yumşalsın deyə, isti suya salınır. Sonra təmizlənməyə başlanılır. Bəzi adamların fikrincə isti suya salınan zaman toyuqdan bəzi nəcis maddələr ayrıla bilər və bu da toyuq nəcisə bulaşmış olmasına gətirib çıxarır. Bu nə dərəcə də doğrudur? (Amma nəzərinizə çatdırım ki, toyuq tam təmizləndikdən sonra bir daha yuyulur).
2.-Toyuq hər hansı bir nəcislə qidalanıbsa onu hansı müddətdən sonra kəsmək olar?

1) Toyuq şəri yolla kəsilmiş olsa və qana bulanmış yerlərini su ilə yusalar,eyni zamanda nəcis bir şey toyuqda olmasa, eybi yoxdur. Toyuğun içalatı da əgər ayrıla pakdır və nəcis olmur.

2) Toyuq insan nəcasətini yeməyə adət edə və xalq arasında "nəcis yeyən toyuq" deyilsə gərək üç gün onu nəcis yeməkdən ayırıb nəcasətdən uzaqda saxlayalar. Üç gündən sonra onu kəsmək olar. Amma əgər toyuq təsadüfən və bəzi vaxtlar insan nəcasəti yesə, onu ayrı saxlamaq lazım deyil.

2482 Görüş

İzdivacdan öncə
Tarixində 17 February 2026 & Saat 03:48

Oğlanla qızın izdivacdan öncə bir-birinə eşq elan etməsinin hökmü nədir?

Əgər izdivac etməyə niyyətləri ciddi olarsa və bu işin baş tutması dəqiqləşərsə, maneəsi yoxdur. Əlbəttə zərurət miqdarında ehtiyata riayət etmək lazımdır.


2480 Görüş

Xanımın işləməsi
Tarixində 17 February 2026 & Saat 03:48

Ailə qurmamışdan əvvəl xanımıma işləməsinə icazə verəcəyimi demişdim. İndi isə işləməsini istəmirəm. Xanımımı şəri cəhətdən işdən çıxartdırmağa nə dərəcədə haqqım çatır?

Xeyr. Əgər əvvəlcə şərt etmisizsə və o qaydaya əsasən evlənmisizsə, onun işləməsinin qarşısını ala bilməzsiniz. Yalnız işin onun üçün fəsadı, təhlükəsi olsa qarşısını ala bilərsiniz.

2472 Görüş